Dərin hörmət və məhəbbət hissi ilə anırlar
Su-kanal idarəsinin kollektivi də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində əbədiyaşar Liderimizin Tərtərin mərkəzi meydanındakı abidəsini böyük məhəbbət və ehtiram hissi ilə ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
YAP rayon təşkilatının inzibati binasında davam edən tədbirdə idarənin kollektivi ilə yanaşı rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının nümayəndələri iştirak ediblər.
Tədbirdə Ümummilli Liderin həyat və fəaliyyəti ətrafında geniş söhbət aparılıb, dahi şəxsiyyətin Azərbaycan xalqının həyatındakı mişilsiz rolu qeyd olunub. Bu barədə rayon icra hakimiyyəti aparatında İçtimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev danışıb. O bildirib ki, Ulu Öndərin irsi milli sərvətimizdir. Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası nəinki azərbaycanlıları, ölkəmizdə yaşayan bütün xalqları, dünyaya səpələnmiş soydaşlarımızı vahid ideya ətrafında birləşdirir.
“Dəyirmi masa”da çıxış edən Su-kanal idarəsinin rəisi Elnur Abbasov, İstismar qrupunun rəhbəri Namiq Məmmədov, texnoloq Elçin Əhmədov, mexanik Rais Abbasov, operator Kəmalə İsmayılova qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən inkişaf strategi-yası sahibkarlığın inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir.
Müasir Azərbaycanın bütün nailiyyətlərinin əsasında Ulu Öndərin müəyyənləşdirdiyi si-yasi kurs dayanır. Bu yolla gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır.
”YENİ TƏRTƏR”