Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 08May

    Kənd sakinlərinin müraciətləri əsasında tədbirlər görülüb, tapşırıqlar verilib

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul-görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
    Təsdiq olunmuş qrafikə uy-ğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Cəmilli kəndində keçirilib.
    Qəbulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, YAP rayon təşkilatının sədri Eldar Əsədov, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
    Əvvəlcə icra başçısı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinə kənddə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb. Sonra əhali ilə görüş keçirilib.
    Rayon rəhbəri qəbulda möhtərəm Prezident cənab İlham Əliyevin diqqət və qayğısı ilə respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən danışıb. Vətən müharibəsində qazandığımız Zəfərin insanlar arasında yüksək əhval-ruhiyyə doğurduğunu diqqətə çatdırıb. Qeyd edib ki, işğaldan azad edilmiş kəndlər sürətlə bərpa olunur.
    Artıq Talış kəndinə əhali köçürülüb və bu yerlərdə həyat öz axarına düşür.
    İcra başçısı ölkə rəhbərinin Novruz bayramında Talış kəndinə səfərindən, şəhid və qazi ailələrinə, Vətən müharibəsi veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən danışıb. Aprelin 23-nün Azərbaycanın tarixinə ən əlamətdar bir tarix kimi həkk olunduğunu bildirib. Qeyd edib ki, həmin tarixdə Azərbaycan tərəfindən Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsinin qurulması ölkəmizin əraziləri üzərində suverenliyinin növbəti təsdiqidir. Bununla yanaşı, Cənubi Qafqazda sülhün, sabitliyin, rifahın, əminamanlığın təməlinin qoyulması istiqamətində mü-hüm addımdır. Rayon rəhbəri həmçinin aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirakından da danışıb.
    Sonra kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verilib.
    Bildirilib ki, Cəmilli kəndinin 465 hektar ərazisi, 344 təsərrüfatı, 1639 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 tibb məntəqəsi, 1 kitabxana, 2 ticarət, 1 iaşə və 2 məişət xidməti obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su ilə təmin olunub.
    Sakinlər 650 baş iribuynuzlu, 730 baş xırdabuynuzlu heyvan, 6780 baş quş, 72 arı ailəsi sax-layırlar.
    Son üç ildə Cəmilli kəndində şəhidlərin xatirəsinə bulaq tikilib, Cəmilli kənd tam orta məktəbinin dam örtüyü, işıq və istilik sistemi, 100 kubluq su anbarı əsaslı təmir edilib, 16 yaşayış evini birləşdirən körpü sel suları nəticəsində sıradan çıxdığı üçün bərpa edilərək vətəndaşların istifadəsinə verilib, magistral və kəndarası yolların kənarına 2000 ədəd çəkil tingi və 210 ədəd çinar ağacları əkilib, pay torpaqlarına gedən su arxları 6 km məsafədə lildən təmizlənib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.
    Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
    İcra başçısı sonra sözü sakinlərə verib.
    Kənd sakinlərindən Faya Abdullayeva məktəbin təmir olunması, Nicat Nəsibov işlə təmin olunma, Elgün Rzayev Məşğulluq Mərkəzi tərəfindən hevandarlıq aktivləri ilə təmin olunma, Nofəl Kərimov su arxının təmizlənməsi, Rəşid Sultanov sel nəticəsində həyətinə aşmış ağacların budanaraq götürülməsi ilə bağlı müraciət ediblər.
    Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
    * * *
    Qəbuldan sonra icra başçısı Cəmilli kənd tam orta məktəbində mövcud şərait və kümçülərin işi ilə tanış olub.

    Müəllif: Redaktor, 09:41

İsmarıclar bağlıdır.