Prezident İlham Əliyev 2023-cü il 16 yanvar tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində iştirak edib. Dövlət başçısı mərasimdə çıxış edib.
O bildirib ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər strateji əhəmiyyətə malikdir.
Azərbaycanda enerji təhlükəsizliyi bir neçə il əvvəl təmin olunub. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir.
Prezident diqqətə çatdırıb ki, bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik.
Cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdir.
Təbii qaz ixracımız artır – 2021-ci ildə 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. Artım davam edəcək. Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planlarımız təkcə Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil.
Qeyd olunub ki, quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Bu səbəbdən Azərbaycana kifayət qədər ixrac marşrutları lazımdır.
“Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzaladılar. Bu qısamüddətli bir layihədir. Ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. “Masdar” ilə apardığımız əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir.
Bildirilib ki, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq. Daha ətraflı »


Yanvarın 10-da Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Jurnalistlərin suallarına cavab olaraq Prezident deyib ki, ikinci Qarabağ müharibəsindən sonra əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib.
Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Mərasimdə Prezident İlham Əliyev çıxış edib. Dövlət başçısı bildirib ki, hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu.
Zöhrab Məmmədov 1941-ci ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur. O, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (indiki Gəncə Dövlət Aqrar Universitetini) bitirmişdir. İlk əmək fəaliyyətinə rayonumuzun “Oktyabr” kolxozunda baş iqtisadçı kimi başlamış, ictimai əsaslarla kolxoz sədrinin müavini işləmiş, sonra rayon komsomol komitəsi-nin I katibi, Azərbaycan KP MK-da təlimatçı, müxtəlif vaxtlarda Qubadlı, Abşeron rayonlarının I katibi vəzifəsində çalışmışdır. Onun əmək fəaliyyətinin ən qaynar dövrü Ulu Öndərin hakimiyyəti dövründə olmuşdur.
Tarix şəxsiyyətlər yetirir. Şəxsiyyətlər isə tarixi yaradır. Bəşər tarixinə nəzər salsaq onun dahi şəxsiyyətlərin çiynində dayandığını görərik.
Tərtər rayon İcra Hakimiyyətinin, Bərdə Regional Mədəniyyət İdarəsinin və AVMVİB-nin Tərtər regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Qurtuluşdan Zəfərə” adlı sənədli filmin ilk sınaq çəkilişləri olub.
Ötən ilin son günlərində rayonumuzdan olan şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan daha 5 nəfərə dövlətimiz tərəfindən tikilmiş fərdi evlər təqdim olundu. Şəhid ailələri– Seydimli kəndindən olan Şirin İsmayılova, Əskiparadan Niyaz Qasımova, Hacıqərvənddən Rəcəb Muradov və Birinci Qarabağ müharibəsinin ikinci qrup əlilləri –Tərtər şəhər sakini Cəmil Səfərov, Qaradağlı kənd sakini Abil Quliyev 2023-cü ili yeni evlərində qarşıladılar.
Baramaçılıq kənd təsərrüfatının gəlirli sahələrindən biridir. Tərtərlilərin bu sahədə zəngin təcrübəsi var. Belə ki, sovet dönəmində kəndlərimizin hamısında ipəkqurdu saxlanılır, yüksək nəticələr qazanılırdı.
Yeni ismarıclar