Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 220 şagird yerlik Qapanlı kənd tam orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, pedaqoji və şagird kollektivləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Məktəbdə görülmüş işlərlə yaxından tanış olan rayon rəhbəri tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdənyayınma hallarına yol verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb olunmasını, “Covid-19” pandemiyası ilə mübarizə üçün gündəlik gigiyenik qaydalara əməl olunmasını tövsiyə edib.
Rayon rəhbəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Milli Ordunun qazandığı şanlı qələbə və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında məlumat verib, şəhidlərin qısa, ancaq hər kəsə örnək olan həyatlarından, onların döyüş şücaətlərindən danışıb, məktəblilərə təhsildə uğurlar arzulayıb.


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Qaraağacı kənd İƏD üzrə nümayəndəliyinin Yuxarı Qaradağlı kəndində keçirilib.
“Ag ölüm”ün yaşı niyə cavanlaşır? Nəyə görə şərəfli tələbə adını qazanan savadl, gələcəkdə dövlətimizə, Vətənimizə böyük xeyir verə biləcək gənclər narkomaniyanın bataqlığına düşərək, həyatlarını məhv edirlər? Cəmiyyətimizin bu bəladan təmizlənməsi üçün nə etməliyik?
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası bu gün həm Azərbaycanda, həm də ölkəmizdən kənarda yaşayan hər bir həmvətənlimizin diqqət mərkəzində olan hadisədir.
Ulu Öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Bütün sahələrə, o cümlədən elm və təhsilə diqqət və qayğı artırıldı. Bu, təsadüfi deyildi. Çünki dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət verilməsindədir. Bir təhsil işçisi olaraq mən də bu qayğını ömrüm boyu öz üzərimdə hiss etmişəm.
Rzayev Ülfət Novruz oğlu əslən Kəlbəcər rayonundandır. Digər həmvətənləri kimi, onun ailəsi də erməni terrorizmi nəticəsində 1993-cü ildə dədə-baba torpaqlarını tərk ediblər. Ailə Tərtər rayonunun Cəmilli kəndində məskunlaşıb, sonradan isə onlara qaçqınlar üçün tikilmiş Yeni Qəsəbədə ev veriblər.
Mustafayev Əlizamin Baxış oğlu böyük bir ailənin ən kiçiyidir. Onlar 8 qardaş, 1 bacı olublar.
Məhərrəmli Fuad Füzuli oğlu 10 may 2001-ci ildə Tərtər rayonunun Düyərli kəndində anadan olub. 2007-ci ildə Bakı şəhəri Suraxanı rayonundakı Yeni Ramana qəsəbəsində yerləşən Fərrux İsrafil oğlu Mehdiyev adına Qubadlı rayon Qaralar kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub. Orta məktəbi bitirdikdən sonra 2019-cu ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Fuad hərbi xidmətdə ol-duğu müddətdə də öz biliyi, bacarığı və nümunəvi xidməti ilə fərqlənib.
Yeni ismarıclar