Müşavirədə rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Müşvairədə Azərbaycan Respublikası Prezidentinin fərmanı və sərəncamlarının yerinə yetirilməsi, vətəndaş müraciətlərinə müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq operativ surətdə baxılıb, özlərinin iştirakı ilə araşdırılaraq vətəndaş məmnunluğunun təmin olunması, şəhid və qazi ailələrinin problem və sosial qayğılarının öyrənilib həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların Elektron sistemə işlənilməsinin nəticələri və çatışmazlıqların aradan qaldırılması, vətəndaşlar tərəfindən payızlıq əkinlərin ilin sonunadək bəyan edilməsi, nizam-intizam qaydalarına riayət olunması, rayon ərazisində abadlıq quruculuq işlərinin aparılması, yaşayış məntəqələri ərazisində qanunsuz tikililərin qarşısının alınması məsələləri müzakirə olunub.
Müzakirə olunan məsələlər barədə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev, rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov və digərləri çıxış ediblər.
Müzakirə olunan məsələlər barədə icra başçısı aidiyyəti qrumların rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.


Tərtər şəhərində abadlıq və yenidənqurma işlərinin icrası uğurla davam etdirilir, küçələr müasir standartlara uyğun olaraq yenidən qurulur.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında 28 noyabr 2022-ci il tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı yanında dəyirmi masa keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev ili” kimi qeyd olunması və “Heydər Əliyev ili”nin tədbirlər planının təsdiq etməsi haqqındakı Sərəncamları müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin parlaq həyatının və fəaliyyətinin öyrənilməsi ilə bağlı həyata keçiriləcək tədbirlərə start verib.



.Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz və qiymətli nailiyyətdir, bu nailiyyəti, dövlət müstəqilliyimizi daim qoruyub sax-layacağıq.
Tərtər şəhər 1 saylı tam orta məktəbin idman zalında boks idman növü üzrə turnir keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Tərtər rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şəhram Quliyev çıxış edərək Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışaraq, yarışın keçirilmə məqsədləri haqqında məlumat verib.
Yeni ismarıclar