Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Apr

    Müstəqil auditorun hesabatı

    “NƏRGİZ KREDİT İTTİFAQI” MMC-nin RƏHBƏRLİYİNƏ MÜSBƏT RƏY

    Mən, “NƏRGİZ KREDİT İTTİFAQI” Məhdud Məsuliyyətli Cəmiyyətinin 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyətini əks etdirən balans hesabatının və cari ilin mənfəət və zərərləri haqqında hesabatından ibarət, habelə pul vəsaitlərinin hərəkəti haqqında qeydlərdən ibarət maliyyə hesabatlarının auditini apardım.
    Maliyyə hesabatlarının hazırlanmasına görə
    rəhbərliyin məsuliyyəti
    Rəhbərlik bu Maliyyə Hesabatlarının Beynəlxalq Stan-dartlarına uyğun olaraq hazırlanmasına və ədalətli təqdimatına və daxili nəzarətin elə bir sisteminin düzgün təşkilinə məsuliyyət daşıyır ki, rəhbərliyin fikrincə, bu sistem dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərə yol verilmədən maliyyə hesabatlarının hazırlanması üçün zəruridir.
    Auditorun məsuliyyəti
    Mənim vəzifəm apardığım audit əsasında bu maliyyə hesabatına dair rəy verməkdən ibarətdir. Mən auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışam. Həmin standartlara uyğun olaraq etik normalara əməl edilməli və audit elə planlaşdırılıb aparılmalıdır ki, maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin olub-olmadığına dair tam əminlik əldə edilsin.
    Audit maliyyə hesabatlarında göstərilən məbləğləri və məlumatları təsdiqləyən audit sübutlarını əldə etmək üçün prosedurların yerinə yetirilməsini əhatə edir. Prosedurların seçilməsi auditorun peşəkar təcrübəsinə, o cümlədən maliyyə hesabatlarında dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflər riskinin qiymətləndirilməsinə əsaslanır. Həmin risk qiymətləndirmələrini apararkən auditor müəssisənin daxili nəzarətinin səmərəliliyinə dair rəy vermək məqsədilə deyil, konkret vəziyyətlərdə zəruri olan audit prosedurlarını işləyib hazırlamaq məqsədilə maliyyə hesa-batlarının hazırlanması və ədalətli təqdimatı ilə bağlı daxili nəzarəti nəzərdən keçirir. Auditə həmçinin, maliyyə hesabatlarının ümumi təqdimatının qiymətləndirilməsi kimi istifadə edilmiş uçot siyasətinin məqsədəuyğunluğunun və rəhbərliyin apardığı uçot qiymətləndirmələrinin əsaslılığının qiymətləndirilməsi daxildir.
    Mən hesab edirəm ki, əldə etdiyim audit sübutları rəyimi əsaslandırmaq üçün yetərli və münasibdir.
    Mənim fikrimcə, maliyyə hesabatları «NƏRGİZ KRE-DİT İTTİFAQI» MMC-nin 31 dekabr 2022-ci il tarixinə olan maliyyə vəziyyətini və habelə maliyyə fəaliyyətinin nəticələrini, göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkətinin maliyyə hesabatlarının Beynəlxalq Standartlara uyğun olaraq bütün əhəmiyyətli aspektlərdən düzgün və ədalətli əks etdirir.

    Sərbəst auditor:
    Nuriyev Alqış Tərlan oğlu

    Auditor rəyi 03 fevral 2023-cü il tarixdə tərtib edilmişdir. Ünvan: Tərtər rayonu, Azadqaraqoyunlu kəndi.

     

     

     

    Müəllif: Redaktor, 09:49

İsmarıclar bağlıdır.