HEYDƏR ƏLİYEV VƏ MUZEYLƏRİMİZ
Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Milli Məclisin deputatı, Azərbaycan-İsrail parlamentlərarasi işçi qrupunun rəhbəri Anatoliy Rafaylov və İnsan Hüquqları Mərkəzinin və “Magen David Group” Xeyriyyə Cəmiyyətinin direktoru David Seliverstov Tərtər rayonuna səfər ediblər. Qonaqları qəbul edən Tərtər rayonunun İcra başçısı Müstəqim Məmmədov ra-yon haqqında ümumi məlumat verib və qonaqlarla birgə Ümümmilli Lider Heydər Əliyevin abidəsini və Şəhidlər Abidə Kompleksini ziyarət ediblər.
Sonra Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Tərtər rayonunda yerləşən Heydər Əliyev Mərkəzinə, Tarix-Diyarşünaslıq, Dövlət Rəmzləri, Vətən müharibəsində ermənilər tərəfindən atılmış qadağan olunmuş “smerç” raketi nəticəsində dağılmış Sahib İsmayılova məxsus ev-muzeylərinə səfər ediblər. Mərkəzi Meydanda Vətən müharibəsi zamanı Tərtər rayonuna dəymiş ziyanı özündə əks etdirən fotostendlərə, ermənilərin Tərtərə atdığı qadağan olunmuş raketlərin qalıqlarına, Şıxarx qəsəbəsində şəhidlərin xatirəsinə salınmış “Vətən bağı”na və ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində özləri tərəfindən ucaldılmış “Marağa–150” abidəsinin qalıqlarına baxıblar.
Rayon rəhbəri qonaqları 44 günlük Vətən müharibə-sində rayonun mülkü müdafiə qərargahının yerləşdiyi zirzəmi ilə tanış edib və onlara müharibə dövründə rayona dəymiş ziyanla bağlı məlumat verib. Görüşdə Tərtər rayonunda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi sahəsində görülən işlər barədə də danışılıb.
Həmçinin Beynəlxalq Muzeylər Gününün tarixindən də danışılıb. Qeyd olunub ki, Azərbaycanda muzey işinin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın tarixi-mədəni irsinin qorunmasında muzeylərin rolunu qeyd edən Ulu Öndər respublikada muzey şəbəkəsinin genişləndirilməsini, maddi-texniki bazasının möhkəmləndirilməsini daim diqqət mərkəzində saxlamışdır. Məhz Ümummilli Lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Azərbaycan mədəniyyətinin parlaq nümayəndələrinin ev-muzeyləri, xatirə muzeyləri yaradılmışdır. Muzey işinin inkişafı ilə bağlı Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi prioritetlər bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, eləcə də Azərbaycanın birinci xanımı Mehriban Əli-yevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən uğurla həyata keçirilir.