May ayının 10-da respublikamızın hər yerində olduğu kimi xalqımızın Ümummilli lideri Heydər Əliyevin 100 illik yubleyi Tərtər rayonunda da qeyd olunub. Minlərlə tərtərli Mərkəzi Meydanda Ulu Öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz hörmət və ehtiramını, ümumxalq məhəbbətini nümayiş etdiriblər.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə(Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq –mühafizə orqanlarının kollektivləri, şəhid ailələri və qazilər, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rayon ərazisində yerləşən N saylı hərbi hissələrinin zabit və əsgərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların kollektivləri, kütləvi informasiya vasitələrinin və ictimai birliklərin nümayəndələri iştirak ediblər.