Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19May

    Odur ki, narkomaniyaya “yox” deyək!

    Narkomaniyanın digər adı “ağ ölüm”dür. Ağ rəng adətən xəyalımızda xoşbəxt günləri, hadisələri canlandırır. Bu bəlanın da əsl üzü elə budur: Əvvəlcə insanda xoş duyğular yaradır, sonra bir-birinin ardınca ölümə aparan qara günlər başlayır…
    “Ağ ölüm”lə mübarizənin isə bir yolu var: ailə, məktəb, cəmiyyət olaraq birləşmək, böyüməkdə olan nəsli maarifləndirmək, onların ömür yoluna bu qorxulu kabusun daxil olmasına yol verməmək.
    Tərtər Rayon Polis Şöbəsinin Mamırlı kənd tam orta məktəbində keçirdiyi tədbirin məqsədi də elə bu idi.
    Məktəbin şagird və müəllim kollektivlərinin, valideynlərin iştirakı ilə keçirilən görüşə polis şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov, Tərtər Təhsil Sektorunun müdiri Oqtay Sarıkişiyev, həkim Lütüfə Bağırova, Mamırlı kənd İƏD üzrə nümayəndə Qabil Bəylərov və “Yeni Tərtər” qəzetinin baş redaktoru Svetlana Bağırova gəlmişdilər.
    Əvvəlcə tədbir iştirakçıları polis polkovniki Elçin Qasımovun narkomaniyaya və erkən nikahın fəsadlarına aid məruzəsini dinlədilər. Hər cümləsində bir çağırış, xəbərdarlıq, tövsiyə, dost məsləhəti olan bu məruzədən sonra həkim Lütüfə Ba-ğırova narkomaniyadan qorunmağın yolları, onun törətdiyi fəsadlar və erkən nikahla bağlı məlumat verdi, şagirdləri bu məsələlərdə daim ayıq-sayıq olmağa çağırdı. Oqtay Sarıkişiyev keçirilən tədbirin əhəmiyyətini qeyd edərək bildirdi ki, Azərbaycanın gələcək inkişafı bu gün parta arxasında əyləşən şagirdlərin mənəvi, fiziki cəhətdən sağlam və savadlı olmasından asılıdır. Bunun üçün hər kəs cəmiy-yət qarşısında öz məsuliyyətini dərk etməli, pis vərdişlərdən kənar durmalıdır.
    Sonda qonaqlar məktəbin coğrafiya müəllimi Səbuhi Kərimovun təşəbbüsü ilə burada yaradılan “Ekoklub”un fəaliyyəti ilə tanış oldular və xatirə şəkli çəkdirdilər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:06

İsmarıclar bağlıdır.