Tərtər rayonunda nəşr edilən “Tərtər” ictimai-siyasi qəzetinin və eyni adlı saytın Baş redaktoru Svetlana xanım Bağırovaya.
Şəxsiyyətinə hörmət bəslədiyim, şəxsən tanıdığım, həmkarım, yorulmaz jurnalist Svetlana xanım.
Bu yaxınlarda mətbuatdan öyrəndim ki, “Yeni Tərtər” qəzetinin 90 yaşı tamam olacaq.
Qeyd edim ki, Sovet dövründə də, indinin özündə də “Yeni Tərtər” qəzetinin hər nüsxəsi Bakı şəhərində çap olunduqdan sonra bizim də redaksiyaya göndərilir. Təbii ki, rayonda görülən işlər, tədbirlərlə qəzet vasitəsilə tanış oluruq. Artıq Masallının “Yeni həyat” qəzeti redaksiyasında Svetlana xanım, Sizin qəzetin qovluğu vardır. Verilən materiallar səlistdir, jurnalistikanın tələblərinə cavab verir, operativdir, oxunaqlıdır. Hiss olunur ki, Tərtər rayonunun qəzet əməkdaşları redaksiyada işini günün tələbləri səviyyəsində qurublar. Bu, yaxşı haldır, müasir oxucunu sevindirir, əhvalını xoş edir. Daha ətraflı »



Mayın 1-də Beynəlxalq Avrasiya Mətbuat Fondu prezidenti Umud Mirzəyev ispaniyalı fotoqraf Qervasio Sançez Fernandezlə “Yeni Tərtər” qəzetinin redaksiyasını ziyarət edib. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da birgə mətbuat konfransı keçiriblər. Prezident İlham Əliyev mətbuat konfransında çıxışı edərək bildirib ki, İkitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir. COP29-a ev sahibliyi etmək Azərbaycan üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir. 
Biz iqlim dəyişikliyi ilə mübarizə baxımından COP29-un uğurlu olmasını istəyirik.
24 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər. Dövlətimizin başçısı bəyanatında bildirib: “Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir. 
Prezident İlham Əliyev cari ilin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək, həmçinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü zamanı çıxışı etmişdir
Prezident İlham Əliyev cari ilin 16 aprel tarixində yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində iştirak edib. Dövlət başçısı mərasimdə çıxış edib.
1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuş Zərifə Əliyeva öz həyatını səhiyyə elminin inkişafına həsr etmişdir.


Yeni ismarıclar