“Güllər daşır, daşlar gülür Qarabağda”


Çoxdan idi ki, səhər tezdən bir yerə səfər etmirdim. Buna görə də Medianın İnkişafı Agentliyinin təşkil etdiyi Şuşa səfərinə sevindim. Səhərin sazağı, alatoranlıq heç vəchlə xoş ovqatımıza mane olmurdu. Ona görə ki, arzu qanadlarında, doğma Qarabağımızın tac şəhərinə yol alacaqdıq. Bir azdan qış günəşi çıxacaq, qırmızı şəfəqləri yolumuzu işıqlandıracaqdı. Zəngin mədəniyyət beşiyimiz olan Zəfər şəhərini ziyarət etmək, bulaqlarından su içmək, hər qarış torpağına müqəddəs şəhidlərimizin ruhu hopmuş müstəqil Azərbaycan Respublikasının alınmaz qalasını görmək çoxdankı arzum idi. Düzdür, düz 40 il əvvəl anamla Şuşaya yaxın yerə – Ağdamın Şahbulağına, qardaşım Ənvərin yanına gedəndə bunu arzulamışdım, amma gedə bilməmişdim. İndi gedirəm. Bakı, Gəncə və Lənkəran şəhərlərindən jurnalistləri Şuşaya aparmaq üçün 3 avtobus yola düşmüşdü. Dan yeri söküləndən sonra Füzuli rayonunun Qaraxanbəyli kəndinə çatdıq. Bu, həmin Qaraxanbəylidir ki, işğal dövründə “keçilməz” Ohanyan səddi və neytral zona burada yerləşirdi. Təsəvvür edin ki, Azərbaycan torpağında düşmən səddi… Düşdük, baxdıq. Televiziya ekranlarından gördüyümüz dağıdılmış kəndlər, viranə evlər də elə buradan başlanır. Bir az qabaqda, yolun sağında qəbiristanlıqdakı məzarlara qırmızı lentlər bağlanmışdı. Yəni ki, sakinlər doğmalarının məzarlarını ziyarət ediblər. Bundan qabaqkı Alxanbəyli kəndindəki postda polislər sənədlərimizi yoxlayıb, bizim Şuşa səmtinə getməyimizə xoş niyyət göstərdilər. Qrupumuzun rəhbəri, MEDİA nümayəndəsi Elşən Ağayev bu yerlərdə bir neçə dəfə olduğundan Qarabağın qədim tarixi, yaşayış məskənləri, 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş yerlər haqqında məlumatlar verir, suallarımızı cavablandırırdı. Elşən müəllim Qaraxanbəylinin Füzulinin işğaldan azad edilmiş ilk kəndlərindən olduğunu, ermənilərin Ohanyan səddinin müzəffər ordumuzun gücüylə qısa müddətə dağıdıldığını xatırlatdı. Dedi ki, strateji və sosial obyektləri, qəbiristanlıqlar, daşı daş üstə qalmamış binaları, yolu, cığırları belə tanımaq olmur. Düşmən ağlasığmaz vandallığı ilə “Qafqazın Xirosiması” adlı acınacaqlı bir tablo yaradıb. Füzuliyə çatanda ürəyimiz bir qədər toxdadı. Şəhər müasir standartlara uyğun şəkildə bərpa olunur. İrəlilədikcə abad yolları görürdük. Yolun hər iki tərəfində quruculuq işləri gedir, ucu-bucağı görünməyən torpaqlarda müasir traktorlar işləyir, taxıl əkilirdi. Adamın sevincdən köksü qabarırdı… Daha ətraflı »


Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər Heydər Əliyev gənc nəslə qayğını əsirgəməyib. Ümummilli Liderin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.
7 fevral 2024-cü il tarixə təyin olunmuş növbədənkənar Prezident seçkilərində 97 saylı Tərtər-Naftalan-Goranboy seçki dairəsi üzrə dairənin tərkibində 59 seçki məntəqəsi fəaliyyət göstərir. Mövcud seçki məntəqələrinin 2-si işğaldan azad olunmuş ərazilərdə – Ağdərə və Suqovuşanda yaradılıb.

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 34 il keçir. Keçən bu illər ərzində xalqımız hər il 20 Yanvar–Ümumxalq Hüzn Gününü kədər və böyük qürur hissi ilə qeyd edir. Çünki 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayət olsa da, həm də Azərbaycan xalqının qəhrəmanlıq manifesti, azadlıq mücadiləsidir.
Ağdərə həsrəti çox uzun çəkdi. Bu illər ərzində agdərəlilər doğma yerləri xatirələrində, yuxularında yaşatdılar. 2023-cü ilin 19-20 sentyabr günlərində isə bir möcüzə baş verdi: Ağdərənin, bütün Qarabağımızın azad olması haqqında xəbəri eşitdik. Əvvəl eşitdik, sonra isə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdərədə, erməni terrorcularından azad edilmiş digər ərazilərdə bayraq ucaltdı-ğının şahidi olduq. Həmin gündən yalnız ağdərəlilərin deyil, hər bir azərbaycanlının həyatı dəyişdi. Hər kəs bütöv bir Vətənin vətəndaşı olmağın qürurunu yaşadı.
30 illik işğal dövründən sonra ilk dəfə olaraq Azərbaycanın bütöv ərazisində Prezident seçkiləri keçiriləcək. Uzun illərin həsrətindən sonra doğma torpaqlarına qayıdan, burada lazımi şəraitlə təmin edilən insanlar məhz bu yerlərdə təşkil olunan seçki məntəqələrində səs verəcəklər. Belə məntəqələrdən biri də 58 saylı Suqovuşan seçki məntəqəsidir.
7 fevral 2024-cü il tarixdə keçiriləcək Prezident seçkilərində YAP-ın sədri möhtərəm Prezidentimiz İlham Heydər oğlu Əliyevin namizədliyinin irəli sürülməsi cəmiyyətimizin yekdil rəyi və xalqın iradəsinin ifadəsidir.
2024-cü il öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş müsttəqil Azərbaycan Respublikasının həyatında parlaq səhifələrin açılması ilə başladı.
Məlum olduğu kimi, 7 fevral 2024-cü il tarixdə növbədənkənar Prezident seçkiləri keçiriləcək. Mən bu seçkilərlə bağlı YAP Tərtər Rayon Təşkilatında yaradılmış təbliğat-təşviqat qrupunun üzvüyəm və bununla qürur duyuram. Qürur duyuram ki, Qalib Liderin təbliğat-təşviqat işlərində yaxından iştirak edirəm. Vətəndaşlarla görüşlərimiz zamanı seçicilərdə Ali Baş Komandana olan sevgi, dəstək insana qürur verir. Hər bir görüş zamanı eyni bir fikirlə rastlaşıram: Biz Ali Baş Komandandan başqa namizəd tanımırıq.
Budəfəki seçkilər bir sıra özəlliklərinə görə diqqət çəkir. Ərazi bütövlüyünü və suverenliyini təmin etmiş müstəqil Azərbaycanın müasir dövlətçilik tarixində ilk dəfə seçkilər bütün ölkə ərazisində keçiriləcək. Yəni bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Bu, həm də Zəfər seçkiləri kimi Azərbaycanın siyasi tarixinə ən şanlı səhifə olaraq yazılacaq. 30 ildən sonra doğma torpaqlarına qayıtmış keçmiş məcburi köçkün soydaşlarımız öz yurdlarında seçici olaraq səsvermədə iştirak edəcəklər. Artıq ölkəmiz yeni dövrə qədəm qoyub, regionda yeni reallıqlar yaratmışdır ki, bu reallıqlarla bütün dünya razılaşır. Biz güclü dövlət kimi dünyada tanınırıq və dünya ölkələri üçün etibarlı tərəfdaşıq. Mən belə qeyd edə bilərəm ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, müzəffər Ali Baş Komandamız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında 27 sentyabar 2020-ci ildə başlamış 44 günlük Vətən müharibəsində, eləcə də 19-20 sentyabr 2023-cü il tarixlərində həyata keçirilən düzgün siyasət və hərbi əməliyyatlar nəticəsində ölkəmizin ərazi bütövlüyü və süverenliyi tam bərpa olunmuşdur. Bununla da möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin layiqli davamçısı olduğunu sübut etmiş oldu. Mənim də öz seçimim məhz xalqın qa-lib lideri olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevdir.
Yeni ismarıclar