Aşıq yaradıcılığında təcnisə (qoşmanın cinas növü) xüsusi yer və diqqət ayrılır. Təcnis ta qədimdən bu günümüzə qədər mövcudluğunu saxlamaqdadır. Tufarqanlı Abbasdan, Qurbanidən bəri yaradıcı aşıqlar və bir çox şairlər təcnis növünə müraciət etmişlər. Aşıq Alıda, Dədə Ələsgərdə, Dədə Şəmşirdə olduqca dərin mənalı təcnislər oxuyuruq. Öz dövründə Aşıq Alıya “Təcnis Alı” ləqəbi də verilmişdir. Həmyerlimiz, istedadlı qələm sahibi Talıb Məmmədlinin yaradıcılığında da təcnis janrına rast gəlinir. Aşağıda bunlardan bir neçəsini oxucularımıza təqdim edirik.
DAŞ QALA
| Xoş niyyətlə çapa bənna çapanda, Saray qura, ya möhtəşəm daş qala. Qərəz ilə qoyulmaya sapanda, Tərəfləri sövq etməyə daş qala. |
Qaladırmı, bir həmləyə yad aşa? Basqı edib, zəhər qata yad aşa. Cirə, tuta ya atəşə, ya daşa, Deyə: haydı, güllə yağdır, daş qala. |
|
Minnət yurdun qayasına, salına, |
Talıb, ha yaz, misra-misra əri də, |





Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində nitq söyləyib.
Ölkəmizdə Zəfər seçkiləri başa çatdı. Xalqımız növbəti dəfə birlik nümayiş etdirdi. Azərbaycanın gələcəyini düşünən insanlar öz səslərini Qalib Liderə – İlham Əliyevə verdilər.
Tərtərli seçicilər öz namizədlərinə səs vermək üçün səhər saatlarından etirabən Dairə Seçki Komissiyasının məntəqələrinə axışıblar. Məntəqələrin qarşısında böyük insan izdihamı müşahidə edilirdi. Seçicilər arasında şəhid ailələri, qazilər, gənclər də aktivlik nümayiş etdiriblər. Hər kəs öz layiqli namizədini seçmək üçün məntəqələrə gəlməyi vacib hesab edib.
2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan, xalqımızın sevimli və əvəzolunmaz Lideri, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev cənabları bir daha inamlı qələbə qazandı. Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə əsasən, seçicilərin mütləq əksəriyyəti cənab İlham Əliyev cənablarına səs verərək onu növbəti dəfə 7 il müddətinə Azərbaycana Prezident seçdi. Tarixə Zəfər seçkisi kimi düşən budəfəki prezident seçkisində yüksək seçici fəallığı nümayiş olundu. Belə ki, respublika üzrə 5 milyona yaxın seçici seçki hüququndan istifadə edərək seçki məntəqələrinə gedərək öz iradələrini ifadə ediblər. Bu seçki digərlərindən bir daha ona görə fərqlənir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ərazi bütövlüyü təmin olunmuş dövlət olaraq bütün ölkə ərazisi üzrə seçkilər keçirilmişdir. Bu seçkilərin keçirilməsi böyük tarixi hadisədir. Beləliklə, qalib xalq ərazi bütövlüyü və suverenliyi təmin olunmuş ölkənin vətəndaşı olaraq qalib Liderinə – şanlı Zəfərin müəllifinə səs verməklə Heydər Əliyev ideyalarına sədaqət, cənab İlham Əliyevə minnətdarlıq ifadə etdi. 
Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov öz ənənəsinə sadiq qalaraq rayon prokuroru Əli Qurbanovla birlikdə Gəncə Beynəlxalq Xəstəxanasında açıq ürək əməliyyatı keçirən Vətən müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif müəllimi ziyarət edib.
Seçki günü məntəqələrə gələ bilməyən yaşlı insanların da bu kampaniyada iştirakını təmin etmək üçün tədbirlər görülüb.
Yeni ismarıclar