Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyevlə birlikdə Tərtər rayonunun Evoğlu kəndindən olan şəhid Əhmədzadə Məftunun atası Seymur Əhmədovu 55 illik yubileyi münasibəti ilə təbrik edib, ona səmimi arzularını çatdırıblar. İcra başçısı bütün şəhid valideynlərinin baş tacımız olduğunu bildirib. Şəhid atasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edilib.
Qeyd edək ki, Əhmədzadə Məftun Seymur oğlu 2 fevral 1996-cı il tarixdə Tərtər rayonunun Evoğlu kəndində anadan olub. 2014-cü ildə Evoğlu kənd tam orta məktəbini bitirib. Elə həmin ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Ordudan tərxis edildikdən sonra bir müddət “İctimai dəstəkli polis” layihəsinin iştirakçısı kimi fəaliyyət göstərib, sonra yenidən öz kəndlərində əkin-biçin işlərilə məşğul olmağa başlayıb. Nəhayət, 2021-ci ilin noyabr ayında anasına bildirib ki, müddətdən artıq hərbi qulluqçu kimi orduda xidmət etmək istəyir. Anasının xeyir-duasını alaraq, “Komando” dəstəsinə yazılıb. Şəmkirdə xidmət edib. Hadisədən bir ay əvvəl öz istəyi ilə ən çətin əraziyə–Laçın rayonuna dəyişdirilib.
Məftun Əhmədzadə 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatlar nəticəsində şəhid olub. Sentyabrın 16-da qəhrəmanımız böyük izdihamla doğulduğu Evoğlu kəndinin qəbiristanlığında torpağa tapşırılıb.
Subay idi. Ailədə üç uşaq olublar, bir qardaş, iki bacı.
Məftun Əhmədzadə ölümündən sonra döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli ”Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.


Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Milli Məclisin Deputatı Sahib Alıyev ilə birlikdə Köçərli kəndində Birinci Qarabağ müharibəsi əlili Hacıyev İlyas Rasim oğlunu evində ziyarət edib, onun və ailəsinin qayğı və problemləri ilə maraqlanıblar.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş ordumuzun hərbi qulluqçusu, 2005-ci il təvəllüdlü, rayonun Seydimli kənd sakini Səfərov Cavid Rövşən oğlunun doğum günü məzarı önündə qeyd olunub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Yuxarı Qarabağ regional koordinatorluğunun təşkilatçılığı, Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilmiş görüşdə Sahibkarlığın İnkişafı Fondunun, İqtisadiyyat Nazirliyinin Yuxarı Qarabağ regional bölməsinin, Aqrar Kredit və İnkişaf Agentliyinin, Dövlət Vergi Xidmətinin, Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin, RabitəBank ASC, Bank Respublika ASC, AccessBank QSC-nin nümayəndələri, eləcə də rayonda fəaliyyət göstərən sahibkarlıq subyektləri iştirak edib.
Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən Şikar Şikarov adına şəhər 5 saylı tam orta məktəbin inzibati binasında “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Mən milliyətcə erməniyəm. Azərbaycanın tabeliyində olan Xan kəndində anadan olmuşam. Doğma Qarabağda baş verən hadisələr məni sonsuz dərəcədə sarsıdır. İki ildən çoxdur ki, uşaq da, böyük də gərgin vəziyyətdədir.
Avropa Şurası Parlament Assambleyasının qərəzli davranışı beynəlxalq riyakarlığın təzahürüdür. 2001-ci ildə sözügedən təşkilata üzv olandan sonrakı dövrün təcrübəsi göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər.
Sovet dövründə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. Bu, öncədən planlaşdırılmış hərbi cinayət idi.
Yeni ismarıclar