Şəhid anası
Qələbənin bir addımlığında…
Hər bir ana övladını xoş günlər üçün böyüdür. Övladın boyu artdıqca, anaların arzuları çoxalır, onlarla bağlı nə qədər xəyallar qururlar.
Ancaq İltifat xanım oğlu Cahangirlə birlikdə bu arzularını Vətənə, bayrağımıza, torpağa qurban verdi.
Cahangir Surxayzadə 44 günlük Vətən müharibəsində Şuşa uğrunda gedən döyüşlərin sonuncu günü, qələbəmizin bir addımlığında şəhidlik zirvəsinə ucalıb.
İltifat ana deyir:
–Cahangir çox vətənpərvər övlad idi. 2016-cı ildə əsgəri borcunu yerinə yetirib, gəlmişdi. Düşünürdük ki, kəndimizdə qalıb təsərrüfat işlərilə məşğul olacaq. Ancaq o, razılaşmadı Səbəbini hamımız başa düşürdük. Vətənimizin, torpaqlarımızın, azadlığı onun üçün hər şeydən üstün idi.
Beləliklə də Cahangir Surxayzadə yenidən orduya qayıdır. Müddətdən artıq hərbi qulluqçu kimi DİN-in Daxili Qoşunlarında xidmət edirdi. Döyüş yolu Füzuludən, Cəbrayıldan, Qubadlıdan, Daşaltıdan keçdi.
İltifat ana danışır ki, çox az halda o zəng edib ailəsi ilə danışa bilirdi. Erməni quldurları Bərdəni raket atəşinə tutanda, burada doğum evində qardaşı Babəkin övladı dünyaya gəlməliydi. Cahangir elə bu anlarda zəng elədi. Çox həyəcanlıydı. Bildirdi ki, narahat olmayın, düşmən törətdiyi hər cinayətin cəzasını alacaq, elə alır da. Biz onları qova-qova gedirik. Tezliklə görüşəcəyik. Daha ətraflı »


“Elm fədaisi” ifadəsini tez-tez eşidirik. Bu sözlərin çox böyük mənası var. Çünki həyatını elmə həsr edən insan həqiqətən fədai olmalıdır. Bizim yaxşı tanıdığımız və çox sevdiyimiz Həqiqət xanımın atası Cavanşir müəllim kimi. Bu məqalədə biz atasının yolunu layiqincə davam etdirən bir övlad haqqında söhbət açdığımıza görə, Azərbaycanın görkəmli seleksiyaçı alimi, bir neçə kəşfin və patentin müəllifi Cavanşir Həşimovu da yada salmaq istəyirik.
İnsan həyatı həmişə hamar olmur. Xüsusən qadınlar çox sınağa çəkilirlər. Yalnız səbrli, dözümlü, ən əsası isə, zəhmətkeş insanlar uğur qazanıb həyatlarını davam etdirirlər. Onlardan biri də rayonumuzun Soyulan kəndinin sakini, hazırda sahibkar kimi fəaliyyət göstərən Əskinaz Məmmədovadır.
İdmanın kinqboksinq növü ilə məşğul olan Banuçiçək Vəlizadənin adı nəinki rayonumuzda, ondan kənarda da çoxlarına tanışdır. Dəfələrlə regionlararası və respublika yarışlarında iştirak edərək qalib olub, hətta 2022-ci ildə yeniyetmələr arasında keçirilən yarışda Azərbaycan çempionu adını qazanıb. Bu il isə Bakıda keçirilən və Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş “Xocalıya ədalət!” adlı turnirdə I yerə çıxıb.

Milli Qəhrəman Elman Hüseynovun əziz xatirəsinə həsr edilmiş kikboksinq idman növü üzrə açıq Tərtər birinciliyi keçirilib
Ənənəyə sadiq qalan Tərtər şəhər 1 nomrəli tam orta məktəbin rus bölməsinin 8”v” sinif şagirdləri sinif rəhbəri Təranə müəllimlə birlikdə şəhid Vasif Rüstəmovun anasi Şövkət müəllimi “ANALAR GÜNÜ” münasibətilə ziyarət ediblər. Onlar eyni zamanda 2 il öncə əkdikləri ağaclara qulluq ediblər.
Bismilləhir Rahmənir Rahim!
Budur ana təbiətin oyanış fəsli olan baharın – folklorçuların əzbərində, aşıqların sazının tellərində, xanəndə və müğənnilərin avazında vəsf olunan, neçə-neçə qədim ənənələriylə cavanların əhvalına şuxluq qatan nazlı baharın mübarək qədəmlərinin sədaları duyulmaqdadır. Gəlişiylə təbiətə gözəllik, ürəklərə hərarət, zəhmətkeş insanlara həvəs gətirən baharın, zaman-zaman yaradıcı aşıq və şairlər tərəfindən şəninə sayagəlməz qədər biri-birindən gözəl şeirlər söylənən, nəğmələr oxunan baharın sədalarıdır bu sədalar.
10 mart 2020-ci il tarixində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxış edən dövlət başçısı bildirmişdir ki, qanunvericilik hakimiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi və sağlam siyasi münasibətlərin bərqərar olunması üçün sistemli islahatlar aparılmalıdır. Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi.
Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar.
Yeni ismarıclar