Son zamanlar şəhərimizdə xeyli dəyişikliklər olub. Şəhər ərazisində yerləşən binaların qarşısında sakinlərin, uşaqların rahat çıxıb dincəlmələri, söhbət etmələri üçün söhbətkahlar düzəldilib. 2022-ci ildə ümumilikdə 7 ədəd söhbətgah tikilib. Nizami küçəsində yerləşən 40a, 40b, 40, 40q binalarının qarşısında 3 ədəd, V. Həsənov küçəsində yerləşən çoxmənzilli binaların qarşısında 2 ədəd, Ədalət Paşayev küçəsində yerləşən çoxmənzilli binaların qarşısında 2 ədəd söhbətgah tikilib istifadəyə verilib.
Bu işlər 2023-cü ildə də davam etdirilib. Belə ki, yaşayış binalarının qarşısında 4 ədəd söhbətgah tikilib sakinlərin istifadəsinə verilib. Nizami küçəsində yerləşən 2 mərtəbəli yaşayış binalarında 1 ədəd, N. Nərimanov küçəsindəki 2 mərtəbəli yaşayış binalarının qarşısında 1 ədəd söhbətgah tikilmişdir.
Bu il isə E.Səfərov küçəsində şəhid ailələrinin və mü-haribə əlillərinin yaşadığı çoxmənzilli yaşayış binalarının həyətində 1 ədəd, N.Nərimanov küçəsindəki binaların qarşısında 1 ədəd, E.Hüseynov küçəsindəki 2 mərtəbəli binaların qarşısında 1 ədəd, Ə.Paşayev küçəsində yerləşən 2 mərtəbəli binaların qarşısında 2 ədəd söhbətgah tikilmişdir. Tərtər rayonunda yerləşən ictimai yaşayış binalarının qarşısında ümumilikdə 14 ədəd söhbətgah tikilib əhalinin istifadəsinə verilib.
Hafis Ələkbərov,
Mənzil İstehsalat Təmir-İstismar İdarəsinin rəisi