Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,487
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Avq

    İllər ötür, I və II Qarabağ müharibələri bizdən uzaqlaşır. Ancaq döyüşlərdə qəhrəmanlıq göstərərək, canı-qanı bahasına xalqımıza xoş günlər bəxş edən insanlar və onların ailə üzvləri heç zaman yaddan çıxmır.
    Rayon rəhbəri, ictimaiyyət nümayəndələri daim şəhid ailələrinin yanında olur, onların qayğı və problemləri ilə maraqlanırlar.
    Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun İsmayılbəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidi Quliyev Şəmil Əli oğlunun anası Adilə Quliyevanın yas mərasimində iştirak edib, ailə üzvlərinə başsağlığı veriblər.
    Adilə ana düz 30 il oğul həsrəti ilə yaşamışdı. Oğlu Şəmil Quliyev Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə fəal iştirak etmişdir. O, 1994-cü ilin yanvar ayının 7-də şəhid olub.
    Şəmil ailəli idi. Şahin adlı bir oğlu var. Yaxınları deyirlər ki, oğul dərdi ananı çox üzürdü, lakin 44 günlük Vətən müharibəsindən sonra sanki bir təsəlli tapmışdı. Deyirdi ki, Şəmilin və onun kimi yüzlərlə şəhidin qanı yerdə qalmadı. Onların qisası alındı.
    * * *
    Rayon rəhbəri həmçinin rayonun Evoğlu kəndində Birinci Qarabağ müharibəsinin ikinci dərəcəli əlili Səyavuş Allahverdiyevin anası Mərziyyə Allahverdiyevanın yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı verib.
    31 il əvvəl, 1993-cü ilin iyul ayında Ağdərə döyüşləri zamanı yaralanan Səyavuş Allahverdiyev qeyd edib ki, döyüşlərdə aldığı xəsarətlərə görə ona ikinci dərəcəli əlillik təyin olunub. Həmçinin bildirilib ki, onun ailəsi daim dövlətimiz tərəfindən qayğı ilə əhatə edilib. Rayon rəhbəri Müstəqim Məmmədov da ailənin problemlərinə həssaslıqla yanaşır.
    Eləcə də 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatı nəticəsində qazanılan qələbə keçmiş döyüşçülərin əhval-ruhiyyəsinə böyük təsir göstərib.
    * * *
    Asif Rəcəb oğlu Bayramov 1956-cı il aprel ayının 16-da Tərtər şəhərində anadan olub. O, orta təhsilini 1 nömrəli orta məktəbdə almış, sonra Bakı şəhərində 64 saylı texniki peşə məktəbində oxumuşdur. Qarabağ uğrunda müharibə başlanan vaxt rayon uşaq xəstəxanasında texniki işçi işləyirdi. Xocalı soyqırımından sonra erməni faşistlərindən qisas almaq üçün könüllü olaraq Milli Orduya yazılıb. 1992-ci il may ayının 11-də Ağdərə bölgəsində gedən döyüşlərdə şəhid olub.
    Şəhidimiz evli idi. Adil adlı oğlu, Kəmalə və Lalə adlı qızları yadigar qalıb.
    Bu ailədə deyirlər ki, oğul, ata həsrətinə təsəlli torpaqlarımızın işğaldan azad edilməsi, eləcə də dövlətimizin, insanlarımızın onlara göstərdiyi qayğıdır.
    Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Asif Bayramovun qardaşının yaş mərasimində iştirak edib. Mərhumun ailə üzvlərinə başsağlığı verib.
    * * *
    Vətən, xalq öz qəhrəmanlarını və onların doğmala-rını heç zaman unutmur.

    “Yeni Tərtər”

     

    Müəllif: Redaktor, 13:29

İsmarıclar bağlıdır.