Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Avq

    “Mən istəyirəm ki, gənclərimiz vətənpərvər, peşəkar, bilikli, savadlı olsunlar, vətən sevgisi ilə böyüsünlər.”                                                                                                                                                                                                        Prezident İlham Əliyev

    Vətən bizim namusumuz, şərəfimiz, azadlığımız, mənliyimizdir. Vətən torpağı müqəddəsdir. Vətən dəyişmir, satılmır, köhnəlmir, qocalmır. O, əbədi və əzəlidir. Vətən bizə əcdadlarımızdan, babalarımızdan yadigardır. Vətənə məhəbbət hissi uşağın qanına, canına, ruhuna işləməlidir, “xəmirimiz” vətənə məhəbbət hisi ilə “yoğrulmalıdır”.
    Vətən sevgisi ana südündən, ana laylasından başlayır. Əlbəttə ki, uşaqların vətənpərvərlik ruhunda formalaşmasında ailənin rolu çox böyükdür.Təbii ki, vətənpərvərlik hissi ailədən başlayır, bağçada, məktəbdə davam edir, cəmiyyətdə formalaşır. Vətənpərvərlik tərbiyəsi vətəndaş tərbiyəsinin əsasıdır.
    Uşaq ilk kəlmələrini evdən, ailədən öyrənir. Cəbhə bölgəsində olan, itkinin ağrısını yaşamış, hərbçi ailələrində böyüyən uşaqların düşüncəsində vətənpərvərlik hisi daha çox ön planda olur. Hansı ailədə ki, vətən sevgisi güclüdür, vətən mövzusu hər zaman diqqətdədir, o ailədə uşaq da vətən sevgisiylə böyüyür və formalaşır. Övladın necə yetişməsi ailədən asılıdır. Bağçada da bu işlər davam etdirilir. Çünki, uşaq bağçadan çox, anadan, atadan aldığı informasiyanı ürəklə qəbul edir.
    Bağçaya gedən uşağa ilk olaraq Azərbaycan Himni, dövlət atributları öyrədilir. Elə ilk addımlar da buradan başlayır. Bu hissin aşılanması məktəbdə davam etdirilir. Şagirdlər qələm tutub yazı yazmağa, oxumağa başladıqda yazıb-oxuduqları ilk kəlmələr “Ana” və “Vətən” kəlmələri olur.
    Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Gənc nəslə qayğı isə hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən biridir. Sabahımızın əsgərləri olacaq məktəblilər Birinci və İkinci Qarabağ müharibəsinin, həmçinin Aprel döyüşlərinin qəhrəmanlarının döyüş yolu ilə tanış olur, onların ailələri ilə görüşür, onlar haqqında məlumat əldə edirlər. Onları özlərinə örnək və iftixar mənbəyi bilirlər. Vətənpərvəlik hissləri güclü olan gənclərimiz elə indidən özlərini vətənin əsgəri hesab edirlər.
    44 günlük Vətən müharibəsində gənclərimizin necə vətənpərvər ruhda böyüdüyünün şahidi olduq. Əbəs yerə deyilməyib ki, “Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir”. Sinəsini düşmən gülləsinə sipər edən neçə-neçə vətənə sədaqətli, peşəsini layiqincə yerinə yetirən, qeyrətli vətən oğuları vətənpərvərliyi, cəsurluğu, mərdliyi ilə gələcək nəsillərə nümunə oldular. Ulularımızın yadigarı olan vətən torpaqlarını bizlərə əmanət etdilər. Onu qorumaq isə bugünkü gənc nəslin üzərinə düşür.
    İndi rayonumuzda, demək olar ki, hər bir ailədə qazi, şəhid var. Və bu ailələrdə sabahın əsgəri, həkimi, müəllimi və digər peşə sahibi böyüyür. Peşəsindən asılı olmayaq, hər bir kəs vətəninə şərəflə, ləyaqətlə xidmət etməlidir. Necə ki, Vətən müharibəsində biz bunun şahidi olduq. Əsgərlərimiz ön cəbhədə, vuruşduqları kimi, jurnaistlərimiz mediada düşmənlə mübarizə aparırdı. Həkimlərimiz ən qaynar nöqtələrdə əsgərlərimizə, yaralılarımıza kömək edirdilər. Xalqımız bir yumruq kimi Prezidentimizin, Ordumuzun arxasında birləşmişdi. Biz bu müharibədə xalq, iqtidar, ordu, birliyini gördük. Tək biz yox, bütün dünya bunun şahidi oldu. Hər kəsin bir amalı vardı: Torpaqlarımızı azad etmək. İndi bu gün Azərbaycan xalqlı tarixinin ən şərəfli mərhələsini yaşa-yır.
    İşğaldan azad edilmiş torpaqlarda böyük bərpa-quruculuq işləri görülür. Əlbəttə ki, bu işlərin önündə ilk növbədə ailədə vətənpərvərlik ruhunda böyüyən gənclər gedirdilər.

    İlahə Pəşazadə

    Müəllif: Redaktor, 13:15

İsmarıclar bağlıdır.