Bu günlərdə Ağdam Dövlət Dram Teatrının kollektivi tərtərlilərin qonağı olmuşdur. Kollektivin təqdim etdiyi Miraslan Mirtoviçin “Gecə yarısı soyğunçuluq” tamaşası teatrsevərlər tərəfindən böyük maraqla qarşılanmışdır. Daha ətraflı »
-
11AprMədəniyyət Ağdam teatrı rayonumuzda üçün şərhlər bağlıdır
Teqlər: Mədəniyyət
-
11AprMilli-mənəvi dəyərlər Dini radikalizmlə mübarizə üçün şərhlər bağlıdır
Tərtərdə Daxili İşlər Nazirliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə “Dini radikalizmlə mübarizə” mövzusunda tədbir keçirmişdir.Tədbirdə Tərtər, Goranboy, Naftalan və Şuşa rayon polis şöbələrinin rəhbərləri və şəxsi heyəti iştirak etmişdir.
Tədbiri DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı, hüquq üzrə fəlsəfə doktoru, Polis Akademiyasının dosenti Hikmət Eyvazov giriş sözü ilə açmış, sonra “Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mübarizə” mövzusunda məruzə etmişdir.
Sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səy-yad Salahlı radikal qeyri-ənənəvi dini cərəyanların ölkəmizdə yayılmasının əsas səbəbləri, onların forma və metodları, hədəf aldıqları kontingent, həmçinin, istifadə etdikləri psixoloji təsir vasitələri barədə danışmışdır.
Tədbiri Tərtər Rayon Polis Şöbəsinin rəisi Rauf Məcidov yekunlaşdıraraq bildirmişdir ki, rayonda dini radikalizmə qarşı mübarizə daim diqqət mərkəzində saxlanılır.
Teqlər: Xəbərlər
-
11AprXəbərlər Tariximizin faciəli səhifələri üçün şərhlər bağlıdır
Tariximizin faciəli səhifələri
Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş mərasim rayonumuzdakı Şəhidlər abidəsinin önundə keçirildi. Tədbirə rayon ictimaiyyətinin nümayəndələri toplaşmışdılar.Öncə Tərtər «Cümə» məsçidinin axundu Hacı Sadiq soyqırım qurbanlarının ruhuna dua oxudu. Sonra onların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycanlıların soyqırımı ilə bağlı geniş və ətraflı məruzə etdi. O bildirdi ki, son iki əsrdə Qafqazda erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirimiş etnik təmizləmə və soyqırım siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Bu siyasət planlaşdırılmış senari uzrə tarix boyu mərhələlərlə davam etdirilmişdir. Bunun nəticəsində indi Ermənistan adlandırılan, lakin azərbaycanlıların minillər boyu yaşadıqları torpaqlarından didərgin salınaraq, kütləvi şəkildə qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus yaşayış məskənləri dağıdılıb viran edilmişdir.
Erməni quldur dəstələri 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda 50 mindən çox azərbaycanlını qətlə yetirmiş, yüz minlərlə insanı öz dədə-baba yurdlarndan didərgin salmışlar.
Təkcə 1918-ci ilin mart hadisələri zamanı Şamaxı qəzasının 86 kəndi yandırılıb, 7 minədək insan, o cümlədən 1653 nəfər qadın, 965 nəfər uşaq güllələnib. Bakı quberniyasında 229, Gəncə quberniyasında 272, Quba qəzasında 162, İrəvan quberniyasında 211, Qarabağın dağlıq hissəsində 157 kəndi və bu yerlərdəki bütün məsçidləri, məktəbləri, qədim memarlıq abidələri məhv etmiş, əhalisini qırmışlar.
Rayon rəhbəri sonda bildirdi ki, artıq 17 ildir biz 31 martı Azərbaycanlıların Soyqırımı Günü kimi böyük urək ağrısı ilə qeyd edirik. Bu gün hamımız üçün tarixi bir görk olmalıdır və heç vaxt yadımızdan çıxmamalıdır.
Tədbirdə Tərtər Rayon Böyük Vətən Müharibəsi Veteranları Şurasının sədri İman Almuradov, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, Umudlu kənd tam orta məktəbinin direktoru Zabil Zeynalov çıxış edərək zaman-zaman ermənilərin azərbaycanlıların başlarına açdıqları müsübətlərdən danışdılar.
Sonda toplantı iştirakçıları abidə önünə tər gül-çiçək dəstələri düzdülər.
Teqlər: Xəbərlər
-
11AprXəbərlər Famil Qulami küçəsində barılar sahmana salınır üçün şərhlər bağlıdır
Şəhərimizin çoxsaylı əhali yaşayan küçələrindən biri də Famil Qulami küçəsidir. Burada küçə boyu 1500 metr məsəfədə yolun hər iki istiqamətində gecə işıqlandırılması quraşdırıldıqdan sonra istinad divarlarının aqlayla üzlənməsi işlərinə başlanmışdır. Daha ətraflı »Teqlər: Xəbərlər
-
11AprXəbərlər Mahir Əsədov küçəsində abadlıq işləri üçün şərhlər bağlıdır
Şəhərimizin mərkəzi küçələrindən olan Tofiq İsmayılov və Mahir Əsədov küçələrində yo-lun hər iki istiqaməti boyunca istinad divarlarının müxtəlif bəzək daşları və aqlayla üz-lənməsi davam etdirilir. Daha ətraflı »Teqlər: Xəbərlər
-
11AprXəbərlər Yeraltı “SİP” kabeli çəkilir üçün şərhlər bağlıdır
Rayonumuzda hər gün yeni bir dəyişikliyin şahidi oluruq. Bir neçə gündür ki, şəhərimizin Heydər Əliyev prospekti boyunca ağacların arası ilə keçən yüksək gərginlikli elektrik xətləri yeraltı “SİP” kabelləri ilə (1300 metr uzunluğunda) əvəz olunur. Daha ətraflı »Teqlər: Xəbərlər
-
11AprXəbərlər Tibbi müayinə davam edir üçün şərhlər bağlıdır
Rayonumuzun əhalisinin tibbi müayinəsi uğurla davam etdirilir. Rayon mərkəzi xəstəxanası baş həkiminin müalicə işləri üzrə müavini Sevda Əliyeva bu barədə məlumat verərək dedi:Tibbi müayinənin yüksək səviyyədə təşkil edilməsi məqsədilə rayon icra hakimiyyətində komissiya yaradılıb və cədvəl tərtib olunub. Rayon-da və eləcə də kəndlərdə 78 min 717 nəfər tibbi müayinədən keçməlidir. Daha ətraflı »
Teqlər: Xəbərlər
-
11AprDigər Zenit-raket qurğusunun komandiri üçün şərhlər bağlıdır
Mehman Sadıqov rayonumuzun Qaradağlı kəndindəndir. 1973-cü ildə anadan olub. Kənd orta məktəbini bitirib. Sonra Gəncə Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Təhsilini başa vurmamış – 1993-cü ilin ilk aylarında torpaqlarımızın bütövlüyü uğrunda gedən müharibəyə qoşulub. O, bir müddət zenit topu üzrə baş atıcı kursu keçəndən sonra zenit-raket qrupunun komandiri təyin edilib. Bir sıra bölgələrdə – Şəmkirin Seyfəli kəndində, Göygöl, Qazax, Gədəbəy, Tərtər və digər rayonlarda uzaqvuran silahlardan istifadə qaydalarını gənc əsgərlərə öyrədib. 1997-ci ildə hərbi xidmətdən tərxis olunub. Daha ətraflı »Teqlər: Digər
-
11AprDigər Vətəndaşlıq borcu üçün şərhlər bağlıdır
Quliyev Yelmar Süleyman oğlu 9 iyul 1973-cü ildə Tərtər rayonunun Qaradağlı kəndində anadan olmuşdur. 1980-ci ildə Qaradağlı kənd orta məktəbinin I sinfinə getsə də, orta təhsilini 1988-ci ildə həmin kənddə yerləşən 183 saylı Texniki Peşə məktəbində bitirmişdir.
1992-ci ildə avqustun 22-də həqiqi hərbi xidmətə çağrılmışdır. 1993-cü ildən Tərtər rayonunda yerləşən hərbi hissədə qulluq etmiş, dəfələrlə döyüş əməliyyatlarında fəallıq göstərmişdir. 1994-cü ildə Ağdərə istiqamətində gedən döyüşdə yaralanmışdır. Gəncə hərbi hospitalında müalicə olunduqdan sonra təkrar ön cəbhəyə qayıtmışdır. Daha ətraflı » -
11AprDigər Hüsənli kəndinin itkin oğulları üçün şərhlər bağlıdır
Qanlı-qadalı Qarabağ müharibəsi! Azğınlaşmış ermənilərin qıcanmış dişləri ilə Azərbaycanın kəsilən-çeynənən hissəsi. Ərən-ərgən oğul-larımızın səbr kasasının coşub-daş- dığı, ürəklərin Xocalı dəhşətindən, düşmənə əsir düşən torpaqlarımızın həsrətindən intiqam hissi ilə alışıb yandığı vaxt.
Kaş bu vaxtın hər dəqi-qəsini, saatını çəkib dayandı-ran ilahi qüvvə olaydı. Onda oğullarımız şəhid, itkin olmazdı. O zaman yağı düşmənin üzərinə nərə çəkərək atılan cəngavərlərimiz yaralı qartala çevrilməzdilər. Heyflər olsun ki, bu günləri gördük və yaşadıq. Özü də düşünmədiyimiz, heç bir xəbərimiz olmadığı halda yaşadıq. Daha ətraflı »Teqlər: Kəndlərimiz


Yeni ismarıclar