Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 26Avq

    DSC_7323Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüş-qəbulu Cəmilli kəndində keçirildi. Görüşə həmçinin qonşu kəndlərin sakinləri də gəlmişdilər.
    İcra başçısı və qonaqlar məktəbin həyətindəki şəhidlər abidə-kompleksini ziyarət etdilər və önünə gül dəstələri qoydular.DSC_7296
    Görüş-qəbulu açan rayon rəhbəri tədbir iştirakçılarını salamladı. Sonra Cəmilli kənd İƏD üzrə nümayəndə Manaf Məmmədov kənd haqqında qısa məlumat verdi. Bildirdi ki, nümayəndəlik 2 kəndi–Cəmilli və Balakəngərli kəndlərini əhatə edir. Hər iki kəndin iqtisadiyyatını əkinçilik və maldarlıq təşkil edir. İcra nümayəndəsi qeyd etdi ki, ölkə Prezidenti möhtərəm İlham Əliyevin sərəncamı ilə yenidən tikilən, 5 yaşayış məntəqəsini birləşdirən Cəmilli-Dəmirçilər magistral yol kəndlərimizdən keçir. Balakəngərli kəndinə mavi qaz yanacağının çəkilməsi, əhalinin içməli su ilə təmin olunması da bu qayğının təzahürüdür. Cəmilli kəndinə də qaz çəkilişi sürətlə davam etdirilir.
    Sonra müraciətlər oldu. Görüş-qəbulda iştirak edən Cəmilli kənd sakinləri Əfsəl Bünyadov, Fəxrəddin İsmayılov, Famil Məmmədov, İsmayılbəyli kəndindən Qurban Axundov, Seydimli kəndindən Hümbət Vəliyev, Dəmirçilər kəndindən Fazil Rəhimov, Borsunludan Çingiz Əliyev və Ağkənd kəndindən Cavad Əliyev görülən yaxşı işlərlə yanaşı gündəlik həyatda qar-şılaşdıqları problemlərdən–1967-ci ildə tikilmiş Cəmilli kənd tam orta məktəbinin təmirə ehtiyacından, sosial yardımla bağlı məsələlərdən, su çatışmazlığından danışdılar. Sakinlər tərəfindən edilən müraciətlərin əsasını havaların isti keçməsi ilə əlaqədar kəndlərdə yaranan su problemi təşkil edirdi.
    Müraciətlərin bir çoxu yerində öz həllini tapdı. Qalan məsələlər barədə müxtəlif strukturların rəhbərlərinə tapşırıqlar verildi. Digər məsələlər nəzarətə götürüldü.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:31

    Teqlər:

İsmarıclar bağlıdır.