06Avq
Salam Sadıqov 1956-cı ildə rayonumuzun Əksipara kəndində doğulub. Orta məktəbi Qarağacı kəndində bitirib. Kursk şəhərində torpaqşünaslıq ixtisası üzrə ali təhsil alıb. Sonra Sumqayıtda polis orqanlarında çalışıb.
Hazırda həmyerlimiz təqaüddədir. Moskva şəhərində yaşayır və bizneslə məşğul olur. İşinin çoxluğuna baxmayaraq, Salam Sadıqov vaxtaşırı doğma kəndinə gəlir, həmkəndlilərilə görüşür. Hər gəlişində eli-obası üçün hansısa bir iş görməyə çalışır: məktəbin təmirinə kömək edir, xeyir-şər mağarı düzəltdirir, qəbristanlığa gedən yolu abadlaşdırır.
Salam müəllim deyir ki, iri şəhərlərdən sonra uşaqlıq və gənclik illəri keçdiyi doğma yerlər onun ruhuna sakitlik gətirir, mənən rahatlıq tapır. Tərtər şəhərinin və onun kəndlərinin abadlaşdırılması, gözəlləşməsi isə çox sevindiricidir.
İnsanların həyatında, məişətində də dəyişikliklər, yeniliklər çoxdur. İndi kənd sakinləri heç də pis yaşamırlar. İşıqlar daim yanır, evlərdə “mavi alov” şölələnir, müasir rabitə-texnologiya vasitələrindən istifadə olunur.
İş adamının ürəyincə olan bir məsələ də var ki, bu da elində-obasında insanların milli-mənəvi dəyərlərimizi daim uca tutmasıdır. O deyir ki, sürətli dəyişikliklər dövründə Əksiparada insanlar arasında saf münasibətlər, böyüyə-kiçiyə hörmət, torpağa, yurda bağlılıq əvvəlki kimi qalmaqdadır.
Ceyran QULİYEVA
Teqlər: Digər
06Avq
Haqqında çox yazılmayan igid oğullarımızdan biri–İsmayılov Mayıl Zakir oğlu Qarabağ müharibəsində qardaşı Əli ilə birlikdə mənfurlara qarşı döyüşürdülər. Əli şəhid olub, Mayıl isə əlildir. Daha ətraflı »
Teqlər: Digər
06Avq
HƏYATIMIZA PƏRÇİMLƏNƏN EYBƏCƏRLİKLƏR
Milli-mənəvi dəyərlərimizin çox hörmətli tutulduğu yaxın keçmişdə kimsə bir səhv iş tutsaydı, ailə üzvlərindən kəndin ağsaqqal-ağbirçəyinə qədər yığılıb onu danlayırdılar ki, niyə bu səhvə yol verib. Bu qınağın tərbiyə prosesində çox böyük təsiri olardı, nöqsana yol verən insan bu tənbehin qarşısında utanardı, qızarardı, “yerə girərdi”, elə tövbələtmə alardı ki, bir daha həmin addımı atmazdı. Və belələrinə: “Ay bərəkallah” deyərdilər. Daha ətraflı »
Teqlər: Digər, Ədəbiyyat
06Avq
İclas salonunda boş yer qalmasa da, tam sakitlik idi. Rəyasət heyətində ən hörmətli adamlar, o cümlədən rayon icra hakimiyyətinin başçısı əyləşmişdilər. Salona daxil olan Loğman bu mənzərəni görüb bir az tutuldu, əlindəki fotoaparatı daha möhkəm sıxaraq irəli addımladı. Burada onun əmək kitabçasına ilk sətirləri yazan insan – “ Yeni Tərtər “ qəzetinin redaktoru əyləş-mişdi. O, gənc fotomüxbiri yanına çağırıb astadan redaksiyada verdiyi tövsiyələri bir daha təkrarladı; “ Sənin vəzifən yalnız şəkil çəkmək deyil , yiğıncağın ən mühüm anlarını oxuculara çatdırmalısan Daha ətraflı »
Teqlər: Digər
06Avq
2005-ci ildə, rayon qəzeti 7 illik fasilədən sonra yenidən fəaliyyətə baş-layanda, rayonumuzda hələ tək-tək gənclər kompüter kurslarını bitirmişdir. Onlardan biri Türkan Ağayeva idi. Orta məktəbdə “əla” və “yaxşı” qiymətlərlə oxumuş Türkan kompüterin sirlərini də az müddətdə mənimsəmişdi. Lakin rayonda münasib iş yeri yox idi. Daha ətraflı »
Teqlər: Digər
06Avq
Ucalığa gedən yol
1958-ci il oktyabr ayının 25-də Qaradağlı kəndinin sakini Arıx Müstafayevin ailəsində bir oğul övladı dünyaya gəldi. Körpənin adını Ramiz qoydular. O, böyüdükcə hər şeyə maraq göstərməsi, nadincliyi ilə öz yaşıdlarından fərqlənirdi. Hələ beş yaşı olarkən əlifbanı və vurma cədvəlini öyrənmiş, müəyyən sözlərin yazılışını mənimsəmişdi. Daha ətraflı »
Teqlər: Digər
06Avq
“Yeni Tərtər”in 10 yaşı tamam olur
Həyatda elə insanlar var ki, başqa bir sahənin təhsilini alır, o sahədə formalaşır. Elə insanlar da var ki, bir neçə sahədə formalaşaraq kamilləşir, tanınmış bir şəxsiyyətə çevrilir. Bax elə bizim Tofiq müəllim kimi. Əmək veteranı , şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Mətbuat Şurasının üzvü, “Qızıl qələm” və “Məmməd Araz” mükafatları laureatı Tofiq Yusif kimi. Tofiq müəllim bütün bu adlara, hətta yenicə mükafatlandırıldığı “Tərəqqi” medalına məhz yaradıcılığının sayəsində çatmışdır. Mən deyərdim ki, ilahi verginin nəticəsində bütün bunlara nail olubdur. Özü isə ixtisasca tamam başqa sahənin adamıdır. Daha ətraflı »
Teqlər: Digər, Ədəbiyyat
06Avq
NAİLİYYƏTLƏRİN RƏHNİ ZƏHMƏTDİR
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı geniş nitqi ilə əlaqədar rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə rayon icra hakimiyyəti başçısının hesabatı dinlənilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Mərkəzi Meydanda ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmiş, sonra tədbir Gənclər Mərkəzinin iclas zalında davam etdirilmişdir. Daha ətraflı »
Teqlər: Tərtər ŞİH-də
27İyl
Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə təltif olunan media işçiləri arasında “Yeni Tərtər” qəzetinin baş redaktoru Hüseynov Tofiq Yusif oğlu (Tofiq Yusif) də vardır.
Tofiq Yusifi yüksək dövlət mükafatına–“Tərəqqi” medalına layiq görülməsi və Azərbaycan milli mətbuatı yaranmasının 140 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona cansağlığı, jurnalist fəaliyyətində yeni uğurlar diləyirik. Arzu edirik ki, ömrünün bir hissəsini həsr etdiyi “Yeni Tərtər” qəzeti bundan sonra da region mətbuatı sırasında sayılıb-seçilən mət-bu orqanlarından, onun baş redaktoru isə respublikamızda sevilən və yazıları oxunan jurnalistlərdən olsun.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
27İyl
YAP Tərtər Rayon Təşkilatı yaradılmasının 22-ci ildönümünə həsr olunmuş təntənəli yığımcaq keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə tər qərənfillər düzülüb.
Yığıncaq Heydər Əliyev Mərkəzinin iclas zalında davam etdirilib. Mərasimdə YAP Tərtər Rayon Təşkilatının Şura üzvləri, Qadınlar Şurasının, Gənclər Birliyinin, Nəzarət-Təftiş Qrupunun üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, fəal YAP üzvləri və mətbuat nümayəndələri iştirak ediblər. Daha ətraflı »
Teqlər: Xəbərlər
Yeni ismarıclar