Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 16Okt

    Изображение 174Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun birgə təşkilatçılığı ilə rayon mərkəzi xəstəxanasında qanvermə aksiyası keçirilib. Aksiyada rayonda fəaliyyət göstərən bütün idarə və təşkilatların işçiləri, o cümlədən sıravi vətəndaşlar da həvəslə iştirak ediblər.
    Qanvermə aksiyasının məqsədi hemotologiya və talessemiya irsi qan xəstəlikləri olan şəxslərə kömək etməkdir.
    Qanvermə aksiyasında iştirak edənlər əvvəlcə müayinədən keçib, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib.
    Tədbirdə 211 nəfər qan verib.
    Aksiyada iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, həyatının davamı üçün baş-qalarının köməyinə ehtiyacı olan insanlara yardım etmək hər birimizin vətəndaşlıq borcudur. Gəlin, belə insanların taleyinə biganə qalmayaq və imkanımız yetdiyi qədər onlara öz əlimizi uzadaq.

                                                                      “Yeni Tərtər”

     

     

    Müəllif: Redaktor, 08:17

    Teqlər:

İsmarıclar bağlıdır.