Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 15Okt

    20151013_1134191999-cu ildə YUNESCO-nun təşəbbüsü ilə oktyabrın dör-düncü həftəsinin bazar ertəsi günü Dünya Məktəb Kitabxanaları Günü kimi təsis edilmişdir. 2008-ci ildən etibarən isə bu gün bir aylıq silsilə tədbirlərlə qeyd edilir. Bu isə hər bir məktəb kitabxanasına aylıq çərçivəsində ən münasib tarixi seçərək bayramı qeyd etməyə imkan verir.
    Bu ilki dünya məktəb kitabxanaları aylığı “Məktəb kitab-xanaları: həyata giriş qapıları” devizi altında keçirilir. Kitabı uşaqlara ən yaxşı tanıdan məktəb, bir də onun kitabxanasıdır. Burada ayrı-ayrı fənlərə əlavə materialları, tarixə, ədəbiyyata dair müxtəlif kitabları, ensiklopediyaları, bir sözlə, axtarılan sualların əksəriyyətinə cavab verəcək mənbələri tapmaq mümkündür.
    Tərtər rayon ümumtəhsil məktəbləri üzrə 42 məktəb kitabxanası fəaliyyət göstərir. Məktəbdə təlimin əsas vasitəsi olan kitabla işin təşkilinə metodik rəhbərlik edir. Bu il ümumtəhsil məktəblərində kitabxanaların dəqiq uçotunun aparılmasına, kitabxana fondunun qorunmasına diqqət daha da artırılmışdır.
    Dərslik kitabxana fondunun əsas hissəsini təşkil edir. “Ümumtəhsil sistemində dərslik siyasəti” sənədi hökumət tərəfindən təşkil edilmişdir.
    Bu il Tərtər rayonu ümumtəhsil məktəblərinə 23132 ədəd dərslik verilmişdir. Bu dərsliklər təhsil şöbəsinin bölgüsü əsa-sında nömrələnmiş şəkildə məktəb kitabxanalarına paylanılmışdır. Bu kitabların işlənməsi üçün bütün məktəb kitabxanalarına uçot kitabı, inventar kitabı verilmişdir. Bildiyimiz kimi, bu sahədə Təhsil Nazirliyinin “Kitabxana işi haqqında” 1999-cu il 115 №- li qərarı var və bu qərar bütün məktəb kitabxanalarına şamil edilmişdir.
    Bu məqsədlə bütün ümumtəhsil məktəblərində iş planına uyğun olaraq, pulsuz paylanmış dərslik və bədii kitabların qorunub saxlanılmasına nəzarəti gücləndirmək üçün məktəb direktorlarına göstəriş verilmişdir. Bildirilmişdir ki, kitabxanalarda görülən işlərin uçot məlumatlarına əsasən kitabxananın bir dərs ili ərzində ümumi hesabatı tərtib edilsin və bu hesabat əsasında kitabxanaçı məktəb şurasının son iclasında məruzə ilə çıxış etsin. kifiŞagirdlərdə mütaliə mədəniyyətinin yaradılması müəllimlərin və məktəb kitab-xanasının birgə işidir. Lakin burada kitabxana daha geniş imkanlara malikdir. Son illər təhsil sahəsində aparılan islahatlar çərçivəsində məktəb kitabxanalarının inkişafı üçün də xeyli işlər görülmüşdür. Məktəb kitabxanalarının madditexniki bazası yenilənmiş, dərslik və kitab fondu zənginləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin latın qrafıkası ilə kitabların kütləvi nəşri haqqında sərəncamlarına müvafiq olaraq vaxtilə kiril qrafikası ilə buraxılmış bütün kitablar, o cümlədən Azərbaycan ədiblərinin, dünya klassiklərinin əsərləri latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunaraq məktəblərə verilmişdir.
    Məktəb kitabxanaları eyni zamanda yeni ensiklopediya, lüğət və digər məlumat-soraq kitabları ilə zənginləşdirilmişdir. Təhsilə, məktəbə, ədəbiyyatımıza, böyüməkdə olan nəslin tərbiyəsinə göstərdiyi bu diqqət və qayğıya görə biz möhtərəm Prezidentimizə minnətdarlığımızı bildiririk.
    Ümumiyyətlə, şagirdlərdə mütaliəyə maraq yaratmağın yolları çoxdur. Hər bir məktəbin kitabxanaçısı onlardan yaradıcı şəkildə istifadə etsə, bu yolları öz yaradıcılıq nümunələri ilə zənginləşdirsə, məktəblilərin mütaliəsinin zəif olmasına görə keçirdiyimiz narahatlıq aradan qalxar və böyüməkdə olan nəsil böyük tərbiyə vasitəsi sayılan kitabdan ayrı düşməz.
    1 və 6 nömrəli şəhər tam orta məktəbləri, 2 saylı məktəb-lisey, 1 nömrəli Sarıcalı, Dəmirçilər, Qazyan, Qaynaq, Köçərli kənd məktəb kitabxanaları bu sahədə fərqlənmişlər. Bir metodist kimi təhsil sistemində dövlət qayğısına cavab olaraq təhsil quruculuğunda yeni-yeni nailiyyətlər qazanmaq üçün səylə çalışacağıq.

    Kifayət MÜRSƏLOVA,
    Tərtər rayon Təhsil Şöbəsinin metodisti, Azərbaycan dili və ədəbiyyatı müəllimi

    Müəllif: Redaktor, 10:39

    Teqlər:

İsmarıclar bağlıdır.