Cəlilabad rayonuna səfəri zamanı Prezident İlham Əliyev demişdir ki, “…bizdə Bakı ilə başqa şəhərlər arasında fərq azalmalıdır. Lakin bu fərq yalnız o hesaba azalmalıdır ki, başqa şəhərlər Bakıya oxşamalıdır.” Dövlət başçısı şəhər və kəndlərin görkəminin dəyişdirilməsi ilə yanaşı əhalinin rifah halının yüksəldilməsini də diqqət mərkəzində saxlayır. Bu məqsədlə ölkədə bir sıra sosial proqramlar həyata keçirilir. Məhz bunun nəticəsidir ki, dünyanı bürüyən böhrana baxmayaraq, son illər ölkəmizdə insanların güzəranı yaxşılaşır. Əhalinin sayı da getdikcə artır, o cümlədən Tərtər rayonunda doğulanların sayı ölənlərdən çoxdur. Tərtər Rayon Statistika İdarəsinin 2015-ci ilin iyul ayının 1-i vəziyyətinə olan məlumatında bildirilir ki, rayonun əhalisi ilin əvvəlindən 374 nəfər və ya 0,3 faiz artaraq 102,1 min nəfər olmuşdur.1 iyul 2015-ci il tarixə 631 körpə doğulmuş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu, 40 nəfər və ya 6,8 faiz çoxdur.
1 iyul 2015-ci il tarixədək rayonda 105 nəfər gələn , 81 nəfər gedən qeydə alınmışdır. Rayon üzrə təbii artım 350, miqrasiya artımı 24, ümumi artım 374 nəfər təşkil etmişdir.
Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin Bakıda keçirilmiş 61-ci sessiyasında Prezident İlham Əliyev demişdir:” Ölkəmizdə ağır vəziyyətdə yaşayan ailələrə dövlət tərəfindən dəstək verilir… Dünyada hökm sürən maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycanda bir dənə də olsun sosial proqrama dəyişiklik edilmə-mişdir. Əksinə, Azərbaycan pensiyaçılarının pensiya təminatı yaxşılaşdırılmışdır və orta hesabla pensiyalar 40 faiz artmışdır.” Rayon statistika idarəsi-nin məlumatına görə, ilin əvvəlinə rayonda 10348 nəfər pensiyaçı var. Onlardan 6902-si yaşa görə, 2678-i əlilliyə görə, 768-si ailə başçısının itirilməsinə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği 2011-ci ildə 95,41 manat, 2012-də 131,3 manat, 2013-də 134,87 manat, 2014-də 151,55 manat, 2015-ci ildə isə 152,86 manat olmuşdur. Bundan başqa, rayonumuzda 1081 nəfər ailə ünvanlı dövlət sosial yardımı alır. Ünvanlı dövlət sosial yardımı alan ailə üzvlərinin sayı isə 4926 nəfərdir. Bir nəfərə düşən aylıq ünvanlı dövlət sosial yardımının məbləği 35,15 manatdır.
Cari ilin birinci yarısı ərzində rayonumuzda 281 ölüm halı qeydə alınmışdı. Bəs, rayonumuzun əhalisi əsasən hansı xəstəliklərdən əziyyət çəkir? Bunlar yoluxucu və parazitar xəstəliklər, endokrin sistemi və maddələr mübadiləsinin pozulması, qan və qanyaradıcı orqanların, əsəb sistemi, qan dövranı sisteminin, sümük-əzələ sistemi və birləşdirici toxumaların xəstəlikləri və s. Ölkə başçısı İlham Əliyevin sərəncamı əsasında hər il Azərbaycanda pulsuz tibbi müayinələrin keçirilməsi dövlətin öz vətəndaşlarına göstərdiyi qayğının əyani təzahürüdür.Bu müayinələr bir çox xəstəliklərin vaxtında aşkarlanıb müalicə edilməsinə köməklik göstərir.
Ölkəmizin digər regionlarında olduğu kimi, Tərtərdə də səhiyyə müəssisələrinin sayı ildən-ilə artır, bunların təmiri, yenidən qurulması diqqət mərkəzində saxlanılır. Rayon mərkəzi xəstəxanasının əsaslı təmiri və bütün lazımi müasir tibbi avadanlıqlarla təmin olunması möhtərəm Prezident İlham Əliyevin Tərtərə və tərtərlilərə göstərdiyi diqqətin nümunəsidir.
Məhz buna görə də Prezident öz vətəndaşlarına müraciət edərək deyir: “Mən demək olar ki, hər bir xəstəxananın, diaqnostika mərkəzinin açılışında qeyd edirəm ki, hər bir vətəndaş ildə bir dəfə müayinədən keçməlidir. İndi buna şərait də imkan verir. Əvvəlki dövrdə bu, mümkün deyildi.”
2015-ci ilin əvvəlinə rayonumuzun əhalisinin sağlamlığı keşiyində 121 həkim, 379 orta tibb işçisi dayanıb. Ölkəmizin digər bölgələrində olduğu kimi, rayonumuzda da əhalinin ömrünü uzadan amillər sırasında dövlət qayğısı ilə yanaşı xalqımızın gözəl adət-ənənələri–ağsaqqala, ağbirçəyə hörmət ön planda dayanır. O yerdə ki, bunlar göz-lənilir, bin-bərəkət də olur, ömür də uzanır.
Svetlana BAĞIROVA
-
26Avq
Müəllif: Redaktor, 10:02
Teqlər: Digər