Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 26Avq

    DSC_737020 avqust 2015-ci ildə 7 illik fasilə-dən sonra rayon qəzetinin ilk nüsxəsinin çapdan çıxması təkcə redaksiya kollektivi üçün deyil, rayon sakinlərindən ötrü çox sevincli bir hadisəyə çevrildi. Bu münasibətlə yaxından-uzaqdan hamı bizi təbrik etdi, işimizdə uğurlar arzuladı. Həmin tarixdən 10 il ötüb. Bu günlərdə redaksiyamızda keçirilən yubiley tədbirində ötən illərə bir daha nəzər salındı, uğurlarımızdan və qarşıda duran vəzifələrdən danışıldı.
    Bizi təbrik etməyə qonaqlar da gəlmişdilər. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, başçının müavini Elvin Umudov və baş referent Svetlana Əzizova şirin çay süfrəsi arxasında gedən söhbətdə redaksiya əməkdaşları ilə birlikdə istirak etdilər.
    Elə ilk xoş sözləri də rayon rəhbərindən eşitdik.”Yeni Tərtər”çiləri yubiley münasibəti ilə ürəkdən təbrik edən icra başçısı dedi:
    –Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə milli mətbuatımızın inkişafında yeni mərhələ başlandı. Media üzərindən dövlət nəzarəti götürüldü. Eyni zamanda azad və demokratik mətbuatın fəaliyyətinə hər cür qayğı və diqqət göstərilməyə başlandı. Hazırda bu siyasət Ümummilli Liderin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən davam etdirilir.DSC_7388Biz bunu region mətbuatının, o cümlədən “Yeni Tərtər”in timsalında da aydın görürük. Bu yaxınlarda qəzetin baş redaktoru Tofiq Yusifin “Tərəqqi” medalı ilə təltif olunması, qəzetin əməkdaşlarının dəfələrlə respublika miqyasında fərdi jurnalist yazı müsabiqələrində qalib gələrək mükafatlandırılmaları məhz dövlət başçısının yerli jurnalistlərin, bütövlükdə redaksiya kollektivinin zəhmətinə verdiyi yüksək qiymətdir, göstərdiyi qayğıdır.
    Sonra rayonumuzda görülən geniş quruculuq işlərindən bəhs edən rayon rəhbəri bildirdi ki, bunlar hamısı tərtərlilər üçündür, onların rifahının yaxşılaşdırılması məqsədi ilə görülür. O, razılıq hissi ilə qeyd etdi ki, bu işlərin işıqlandırılmasında və təbliğində “Yeni Tərtər”in rolu böyükdür.
    Qəzetin baş redaktoru Tofiq Yusif ölkəmizdə jurnalistlərə və onların timsalında “Yeni Tərtər”in kollektivinə göstərilən qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə kollektiv adından minnətdarlığını bildirdi. Qeyd etdi ki, ilk nömrəmizdən başlayaraq “Yeni Tərtər”in əsas mövzusu vətənpərvərlik, dövlətə və dövlətçiliyə sədaqətdir. Rayonda gö-rülən bütün müsbət işlər qəzetdə öz əksini tapır. Eyni zamanda, Tərtər cəbhə bölgəsi olduğu üçun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin işıqlandırılması əməkdaşlarımız tərəfindən diqqət mərkəzində saxlanılır.
    Çıxış edən Əvəz Nəsirov diqqət və qayğıya görə bir daha rayon rəhbərliyinə kollektiv adından təşəkkür etdi.
    Rayon icra hakimiyyəti tərəfindən “Yeni Tərtər”in kollektivinə yubiley hədiyyəsi təqdim olundu.
    Sonda xatirə şəkli çəkdirildi.

    Svetlana BAĞIROVA

     

    Müəllif: Redaktor, 09:38

    Teqlər:

İsmarıclar bağlıdır.