YAP rayon təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə rayon Qadınlar Şurasının üzvləri, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan fəal YAP üzvü olan qadınlar iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni qəsbkarlarının rus ordusuna məxsus 366-cı alayın bilavasitə iştirakı ilə Xocalı şəhərinə edilən basqın və bunun nəticəsi olaraq yüzlərlə uşaq, qadın və qoca insanların vəhşicəsinə qətlə yetirilmələrindən, o zamankı qətiyyətsiz respublika rəhbərliyinin qətiyyətsizliyindən, bu qanlı faciənin gələcək nəsillərə çatdırılması üçün partiya üzvlərinin məsuliyyətindən danışdı. Daha ətraflı »
Yeni ismarıclar