Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Tərtər rayon təşkilatının sədri Suliddin Yusibov redaksiyamızda olarkən bildirdi ki, müharibə veteranları birmənalı olaraq YAP-ın qurultayında qəbul edilən qərarı dəstəkləyirlər. Cənab İlham Əliyev müharibə veteranlarına çox həssas, doğma münasibət göstərir, onların qayğıları ilə yaxından maraqlanır. Bu təbəqədən olan insanlar üçün mənzillər, fərdi evlər tikilib istifadəyə verilir, onlar minik maşınları ilə təmin edilirlər. Şəhid ailələri, əlillər də bu qayğıdan kənarda qalmırlar.
Veteranlar əmindirlər ki, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş xarici siyasət nəticəsində işğal altında olan torpaqlarımız azad ediləcək, məcburi köçkün soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar.
Söhbətinin sonunda Suliddin Yusibov dedi: “Bizim yeganə liderimiz cənab İlham Əliyevdir”.
“Yeni Tərtər”