Rayon tarix-diyarşünaslıq muzeyində Gənclər Günü münasibəti ilə “Gənclərlə irəli” adlı tədbir keçirilib. Fəal tərtərli gənclərin iştirakı ilə keçirilən toplantını müzeyin direktor əvəzi Aybəniz Məmmədova açıb. Fond müdiri Pəri Yusifli Gənclər Gününə həsr olunmuş məruzə ilə çıxış edib. O bildirib ki, bugünkü gənclər cəmiyyətdə fəal iştirakı, hərtərəfli bilikləri, təşəbbüskarlıqları ilə seçilirlər. Onlar dövlətin qayğısı ilə əhatə olunublar. Gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qızıl Aypara Tərtər rayon təşkilatının üzvü Aytən Qarayeva, rayon uşaq-gənclər idman şahmat məktəbinin direktoru Emin Quliyev, məktəbin metodisti Azər Musayev, “Ca qroup”un (SCAG) rəhbəri Coşqun Aslanov, musiqi məktəbinin müəllimi Müşfiq Ağayev çıxış edərək gənclərin üzərinə düşən məsul vəzifələrdən danışıblar.
Kənən HÜSEYNZADƏ