Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 23Fev

    Əbəs yerə demirlər ki, yazılı media özündə tarixi yaşadır. Bu, həqiqətən də belədir. Qarşımda saralmış bir qəzet nüsxəsi var–6 noyabr 2003-cü il tarixli “Xalq qəzeti”. Burada mənim “Prezident İlham Əliyev hakimiyyətə ölkənin problemlərini həll etmək üçün gəlib” məqaləm dərc olunub. O zaman mən Bakı elektron hesablayıcı maşınlar zavodunun direktoru işləyirdim. Bu məqaləni oxuyarkən bir daha xalq müdrikliyinin şahidi olursan. Məqalədə deyilir: “Mən Mərkəzi Seçki Komissiyası tərəfindən prezident seçkilərində müşahidəçi kimi iştirak etdim. Əllidən çox məntəqədə oldum. Xarici müşahidəçilər də çox idi. Sözün həqiqi mənasında, heyrət edirdilər. Rusiyalı müşahidəçilər neçə dəfə dilə gətirdilər ki, kaş bizim ölkənin vətəndaşları taleyüklü məsələlərdə belə fəal olaydılar. Adamlar səs vermək üçün növbəyə durmuşdular. Səsvermə prosesi o qədər yüksək səviyyədə keçirdi ki, kimsə irad tutmağa əsas tapmırdı”.
    Məqalədə daha sonra bildirilir ki, ölkəmiz işıqlı gələcək yolundadır. Bu yol Heydər Əliyev yoludur. İndi xalqı bu yolla firavan gələcəyə aparacaq şəxs İlham Əliyevdir. Onu xalq seçib, bu missiyanı da xalq ona həvalə edib. Bilir ki, möhtərəm Heydər Əliyevin xalq, vətən üçün etmək istədiklərini yalnız cənab İlham Əliyev uğurla davam etdirə bilər. Çünki o, Heydər Əliyev məktəbinin ən layiqli yetirməsidir, zəkalıdır, qətiyyətlidir, xalqına və vətəninə bütün varlığı ilə bağlıdır. Xalq bunu bilir və görür.
    Məqalədə Azərbaycanın qarşısında duran taleyüklü məsələlərdən, həllini gözləyən problemlərdən də danışılır. Bildirilir ki, Ulu Öndərin başladığı missiyanı cənab İlham Əliyev uğurla davam etdirəcək.
    2003-cü ildəki Prezident seçkilərindən sonra İlham Əliyev çıxışlarının birində belə demişdi: “Biz azərbaycanı çox qısa bir zamanda zəngin dövlətə çevirmək niyyətindəyik və bunu edəcəyik”. Başqa bir çıxışında isə qeyd etmişdir: “Xalqın sosial problemlərinin həlli Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir”.
    14 il əvvəl yazılmış bu məqaləni oxuyarkən bir daha əmin olursan ki, xalq öz seçimində yanılmayıb. İnsanları narahat edən problemlər həll olunub. Azərbaycan günəş kimi parlayaraq dünya dövlətləri sırasında söz və nüfuz sahibinə çevrilib. Bütün bunlara görə Azərbaycan ziyalıları, o cümlədən cəbhə bölgəsi olan Tərtərin ziyalıları, ağsaqqalları cənab İlham Əliyevi dəstəkləyirlər və növbəti prezident seçkilərində yalnız ona səs verəcəklər.

    Rauf HƏSƏNZADƏ,
    rayon Ağsaqqallar Şurasının üzvü

    Müəllif: Redaktor, 15:20

    Teqlər:

İsmarıclar bağlıdır.