18Avq
QƏZETİN İLK REDAKTORU İLƏ MÜSAHİBƏ
–Tofiq müəllim, mən mətbuata təxminən sizinlə eyni vaxtda, yəni ötən əsrin 60-cı illərinin sonunda gəlmişəm. Yaxşı xatırlayıram, mən korrektor, siz isə yerli radio verilişlərinin təşkilatçı müxbiri işləyirdiniz. O dövrdə, bir rayonun radio verilişlərinin məktəb partası arxasından yenicə ayrılmış gəncə tapşırılması böyük məsuliyyət idi. Bu, necə mümkün olmuşdur?
–Bəli, razıyam ki, bu verilişlərin hazırlanması məsuliyyət tələb edirdi. Lakin o biri məsələlərə gəldikdə isə, təcrübəm olmasa da, bu sahəyə kifayət qədər marağım vardı. Orta məktəbi medalla bitirmişdim. Azərbaycan ədəbiyyatını gözəl bilirdim. Üstəlik özüm də yaradıcılıqla məşğul olurdum. Yəni şeir, hekayə yazırdım. Odur ki, Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində həm müsahibədən müvəffəqiyyətlə keçdim, həm də verilən tapşırığı lazımi səviyyədə yerinə yetirdim. Ona görə də həmin vəzifədə işləmək üçün əmrim verildi, o zaman 17 yaşım vardı. Daha ətraflı »
Teqlər: Digər
18Avq
Baş redaktor Tofiq Yusif.“Yeni Tərtəri” öz övladı qədər sevir.Həm də “Yeni Tərtər”lə Tofiq Yusifi ən etibarlı dostlar hesab etmək olar. Qəzetin yaşaması üçün bəzən istəmədiyi adamlardan belə xahiş edir. Dizaynını heç kəsə etibar etmir.Əsəbi adamdır. Lakin bu, anidir, ötərgidir. Əslində hər bir əməkdaşı ürəkdən sevir, onlara böyük hörmət və qayğı bəsləyir. Vay o günə ki, kimsə kənar bir şəxs qəzetin hər hansı işçisi haqqında xoşagəlməz söz desin, onda bütün varlığıyla “üsyan”a qalxır.Hər bir işçinin dərdi-səriynən ayrıca maraqlanır, imkanı daxilində köməklik göstərir.İlk baxışdan sərt görünsə də, çox kövrək, həssas və səmimi bir şair ürəyi var.
Qələminə isə söz ola bilməz. Satirik yazıları dipçəkdə bitən bibər kimi zəhər-zəqqum, publisist yazıları isə maraqlı və oxunaqlıdır… Bunlara görə də qələmi ona böyük hörmət qazandırıb. Daha ətraflı »
Teqlər: Digər
18Avq
(Satirik qələmlə)
“Yalançı Allahın düşmənidir”, “Yalan, Allah yanında ən böyük günahlardan-dır”, “Yalançının evi yandı, heç kim inanmadı”, “Yalançı dəyirmandan başı unlu gəldi, inanmadılar”, “Yalançının vicdanı olmaz”, “Yalan ayaq tutar, amma yeriməz”, “Yalanla qurulan ev tez dağılar”, “Yalançını mənzilinə qədər qovarlar”…
* * *
Yalan haqqında bu hikmətli sözlər zamanın sınaqlarından keçib gələrək bu günümüzə çatıb və hər birində böyük bir ibrətamizlik var. Amma… İndiki zamanda kimdir ki, belə ağıllı kəlamlara əhəmiyyət verən?! Yalan olmasın, hamı yalan danışır. Ər arvadını aldadır, arvad ərini, qardaş bacını aldadır, bacı qardaşı, valideynlər övladlarını, övladlar valideynlərini, ailədə hamı bir-birinə yalan danışır. Cəmiyyətdə bir çox hallarda məmur vətəndaşa yalan danışır, vətəndaş məmura. Beləliklə aldatma vərdişləri get-gedə kütləvi hal almağa başlayıb. Daha ətraflı »
Teqlər: Digər
18Avq
YAY MÖVSÜMÜNÜN GÖZ XƏSTƏLİKLƏRİ
İnsan orqanizmində orqan və toxumaların xəstəlikləri arasında, göz xəstəlikləri və xəsarəti də çoxluq təşkil edir. Bütün xəstəliklər kimi göz xəstəliklərində də mövsümi fəallıq müşahidə edilir.
Yaz, yay fəsillərində aşağıda adları çəkilən xəstəliklər–göz allergiyası, konyunktvit (göz iltihabı), gözlərin qızarması (bletarit,) göz quruluğu, gənə xəstəliyi (demodekoz) daha çox təsadüf edilir.
Göz allergiyası əslində ciddi fəsadlara yol açmasa da, insanı narahat edən problemdir. Yayın gəlişi ilə əlaqədar bu problem özünü daha qabarıq göstərir. Bu xəstəlik gözün ağ hissəsinin və qapağının qızarması ilə meydana çıxır. Qızarma, sulanma, yanma hissiyatı, göz qapağının şişməsi, işığa həssaslıq xəstəliyin əsas əlamətləridir. Məişət tozları, gül-çiçəklərdə gedən tozlanma prosesi, ev heyvanları ilə kontaktda olmaq göz allerigiyasının yaranmasına səbəb ola bilər. Daha ətraflı »
Teqlər: Səhiyyə
18Avq
QARABAĞA BÖYÜK QAYIDIŞ BU İL CƏBRAYILIN COCUQ MƏRCANLI KƏNDİNDƏN BAŞLADI
Avqustun 23-ündə Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı iki rayonunun–Cəbrayıl və Füzulinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 24 ili tamam olur. İşğalın 24-cü ili Azərbaycan tarixinə həm də Böyük Qayıdışın başlanğıcı kimi düşdü. Məhz bu il–2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində böyük tikinti işlərinə başlanıldı və müasir tipli qəsəbə tikildi. Uzun illər doğma yerlərinə həsrət qalan ailələr bir-birinin ardınca kəndə qayıtmağa başladılar. Bu qayıdış hər kəsin qəlbində ümid çırağını daha da alovlandırdı. Çünki bu işğala, erməni özbaşınalığına artıq son qoyulmalıdır. Daha ətraflı »
Teqlər: Digər
18Avq
BİLMƏDİM
Həyat çəkdi oda, közə,
Girdim, yan dura bilmədim.
Bəxtim qondu əlyetməzə,
Neynim, endirə bilmədim.
Qına, eşqim, qına məni,
Qına dönə-dönə məni.
Çıraq oldun, bir şöləni
Çıxıb, yandıra bilmədim.
Dönüb istəyə, mehirə,
Çıxdın ürəkdən zahirə,
Düşdün tilsimə, sehirə,
Qırıb, sındıra bilmədim. Daha ətraflı »
Teqlər: Ədəbiyyat
18Avq
Can Vətəndən oldu baha,
Dözüm dedik bu günaha.
İntizardan doyub daha
Ruhum dağlara çəkilib.
Kef düşkünü diksin, üşən
Bağrımdı köz üstə bişən.
Təntənədən perik düşən.
Ahım dağlara çəkilib.
Talemi bu, qəzamı bu,
Bizə Haqdan cəzamı bu,
Qiyamətdən “vizamı” bu,
Nuhum dağlara çəkilib? Daha ətraflı »
Teqlər: Ədəbiyyat
18Avq
Günəş qalxdı asimana,
Ordan boylandı Orxana.
Orxan yatağından qalxdı,
Pəncərədən çölə baxdı.
Aləm nura boyanmışdı,
Nənə təzdən oyanmışdı.
İndi küpdən dən səpirdi,
Toyuq-cücə dənlənirdi.
Orxan geydi köynəyini,
Daradı ipək telini.
Çıxdı çölə əldə sini,
Salamladı nənəsini.
Gülə-gülə şən səsiylə,
Təbəssümlü çöhrəsiylə
Çevrildi nənəyə sarı:
–Dürmək elə, ver mən yeyim, Daha ətraflı »
Teqlər: Ədəbiyyat
10Avq
Azərbaycan 2017-ci ilin birinci yarısında uğurla inkişaf edib, qarşıda duran bütün vəzifələr icra olunub, ölkəmiz daha da güclənib və beynəlxalq əlaqələrimiz daha da dərinləşib. Əfsuslar olsun ki, 2017-ci ildə dünyada çox təhlükəli meyillər daha da güclənir. Həm bizim bölgəmizdə, həm dünyada narahatedici məqamlar kifayət qədər çoxdur. Müharibələr, münaqişələr, qanlı toqquşmalar, böhranlar – əfsuslar olsun ki, bugünkü beynəlxalq mənzərənin əlamətləri bunlardır. Azərbaycan isə uğurla inkişaf edir. Azərbaycanda sabitlik möhkəmlənir. Sabitliyin mənbəyi Azərbaycan xalqıdır, xalq-iqtidar birliyidir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Teqlər: Digər
10Avq
“Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Tərtər rayonunda aparılan tikinti-abadlıq və quruculuq işləri 2017-ci ilin birinci yarısında uğurla davam etdirilib. Bu dövrdə 57 milyon 545,5 min manatlıq tikinti-quraşdırma işləri aparılıb, 3 milyon 988,1 min manat dəyərində əsas fondlar istifadəyə verilib. Bu barədə Tərtər rayonunda 2017-ci ilin birinci yarısının yekunlarına həsr olunan hesabat yığıncağında məlumat verilib. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun məruzəsində bildirilib ki, ilin altı ayında rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirilib. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
Yeni ismarıclar