Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 08Noy

    Rayonumuzdakı Heydər Əliyev Mərkəzində 20 oktyabrdan 20 noyabradək keçirilən “Uşaq hüquqları aylığı” ilə əlaqədar şəhər 1 saylı tam orta məktəbin, 2 saylı məktəb-liseyin şagirdlərinin iştirakı ilə “Dəyirmi masa” keçirildi. Tədbirdə rayon polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun əməkdaşları, “Təmas Regional İnkişaf” İctimai Birliyinin fəalları iştirak etdilər. Tədbirdə uşaq hüquqlarının təbliği , qorunması, müdafiəsi önə çəkildi. Qeyd edildi ki, Ümummilli Lider Heydər Əliyevin “ Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm” ideyası ölkəmizdə dövlət uşaq siyasətinə yeni forma və məzmun qazandırıb.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:44

    Teqlər:

İsmarıclar bağlıdır.