Təsərrüfatın yaxşı gəlir gətirən sahələrindən biri də tingçilikdir. Bizim Ələsgərli, Bayandur və Yenikənd kəndlərində əksər insanlar əsasən ting əkib becərir, onları calayır, sonra ilin payız, qış fəsillərində tingləri bazara çıxarıb satırlar. Tingçilikdən, calaqçılıqdan yaxşı qazanc götürür, ailə büdcələrini bu hesaba möhkəmləndirirlər.
Ələsgərli kəndində Əbil Əliyevi hamı yaxşı təsərrüfatçı, işgüzar bir əmək adamı kimi tanıyır. İxtisasca aqronomdur. Hər il 3 hektar sahədə ting əkir, calayır və becərir. Bu ailə ata-babadan tingçiliklə məşğul olub. İndi də bu peşəni ailənin böyük oğlu Əbil davam etdirir. İşlərin görülməsində ona bütün ailə üzvləri kömək edirlər.
Əbil hər il həyətyanı torpaq sahəsində 80-100 min müxtəlif növ ağac tingi becərir. Bu tinglər içə-risində müxtəlif növ meyvə, yaşıl dekorativ bəzək ağacları, Eldar şamı, zeytun, badam çoxluq təşkil edir. Daha ətraflı »
-
19YanKənd təsərrüfatı TİNGÇİLİK GƏLİR MƏNBƏYİDİR üçün şərhlər bağlıdır
Teqlər: Kənd təsərrüfatı
-
10YanDigər üçün şərhlər bağlıdır
Azərbaycanı işıqlı gələcəyə aparanlar
Teqlər: Digər
-
10YanDigər TƏBRİK EDİRİK! üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Məmmədov Müstəqim Səyyad oğlu 2-ci dərəcəli “Əmək ordeni” ilə təltif edilmişdir.
Müstəqim Məmmədovu bu münasibətlə təbrik edir, ona məsul işində uğurlar və cansağlığı diləyirik. Arzu edirik ki, 2018-ci ildə əldə etdiyi müvəffəqiyyətlərin sayı daha da artsın.“Yeni Tərtər”çilər
Teqlər: Digər
-
10YanTərtər RİH-də TƏRTƏRLİLƏR 31 DEKABR-DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜNÜ VƏ YENİ İLİ BÖYÜK COŞQU İLƏ QARŞILADILAR üçün şərhlər bağlıdır
Bu münasibətlə Heydər Əliyevin adını daşıyan şəhərin Mərkəzi meydanında izdihamlı bayram tədbiri keçirildi. Yeni ilin atributu olan uca şam ağacının ətrafına tərtərlilərlə birlikdə rayonumuzda məskunlaşmış qaçqın və məcburi köçkünlər, torpaqlarımızın keşiyini çəkən igid əsgərlərimiz toplaşmışdılar. Üzlərdə sevinc, razılıq, şadlıq ifadəsi vardı. Axı, yola saldığımız 2017-ci il çox əlamətdar hadisələrlə yadda qaldı, rayonumuzun tarixinə unudulmaz səhifələr yazdı. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
-
10YanDigər TƏŞƏKKÜR MƏKTUBU üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədova!
Salam! Mən çoxdan idi Tərtər şəhərinə gəlmirdim. Bu günlərdə Sizin şəhərdə oldum. Deyirlər, abad kənd tüstüsündən bilinər. Gəncə–Tərtər istiqamətində yolların keyfiyyətli çəkilişi məni sevindirdi. Binaların dam örtüyünün yenisi ilə əvəz olunması, şəhər daxilində olan küçələrə asfalt döşənməsi təqdirəlayiq haldır. Məni sevindirən hallardan biri də o idi ki kəndlərdə əhali yolun qarşı tərəfinə keçmək üçün piyada zolaqlarından istifadə edir. İnanılmaz idi. Allah sizdən razı olsun. Təşəkkür edirəm.Rövşən Rəhimov
Teqlər: Digər
-
10YanDigər TƏBRİK üçün şərhlər bağlıdır
Hörmətli Tofiq müəllim!
Sizi 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə təbrik edirəm. Sizə uzun ömür, cansağlığı və gələcək işlərinizdə yeni-yeni uğurlar diləyirəm.
Tarixi şəxsiyyətlər yetişdirmiş müqəddəs türk torpağı–“Odlar Yurdu”, “Şərqin Günəşi” sayılan Azərbaycan dövlətçiliyinin banisi Ümummilli Lider Heydər Əliyev irsinin ən layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların yerinə yetirilməsində Sizə və rəhbərlik etdiyiniz kollektivə səmərəli fəaliyyət arzulayıram.
Qoy üzümüzə gələn illər həyatımıza yeni nəfəs və təravət bəxş etsin.
Sizi daha xoş arzu və istəklərə qovuşdursun!
Hörmətlə: şəhid gizir Aydın Abdullayevin atasıƏmirsoltan Abdullayev
Bakı şəhəriTeqlər: Digər
-
10YanXəbərlər HƏRBİ HİSSƏLƏRDƏ “AÇIQ QAPI” GÜNÜ üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə və müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rayonun ərazisində yerləşən hərbi hissələrdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Açıq qapı” günü keçirilib.
Tədbirlərdə rayon icra hakimiyyətinin nümayəndələri, əsgər valideynləri və doğmaları, müharibə veteranları, şəhid ailələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, məktəblilər və rayon ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.
Nümayəndələr əvvəlcə hərbi hissələrdə əsgərlərin yaşayış, məişət şəraiti ilə tanış olub, xidməti və inzibati binalarda, əsgər yataqxanalarında, yeməkxanalarda olublar. Daha ətraflı »Teqlər: Xəbərlər
-
10YanXəbərlər HƏMYERLİMİZ, AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI, ŞƏHİD ELMAN HÜSEYNOVUN AİLƏSİNƏ BAKIDA 3 OTAQLI MƏNZİL VERİLDİ üçün şərhlər bağlıdır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qaradağ rayonunun Lökbatan qəsəbəsində yeni inşa olunmuş yaşayış binalarında təmir etdirilmiş 33 ədəd mənzil Qarabağ müharibəsi veteranları və şəhid ailələrinə təqdim edilib.
Həmin binadakı 3 otaqlı mənzillərdən biri Azərbaycanın Milli Qəhrəmanı, şəhid Elman Hüseynovun ailəsinə təqdim edilib.
Milli Qəhrəmanın oğlu Emin Hüseynov bununla bağlı ailəsi adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq edib: “Mən öz adımdan, ailəmiz adından cənab Prezidentə minnətdarlığımı bildirirəm. Ümumiyyətlə, bu işdə əziyyəti, əməyi olan hər kəsə təşəkkür edirəm!”“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
10YanXəbərlər “ŞƏHADƏT” SƏNƏDLİ FİLMİ NÜMAYİŞ ETDİRİLDİ üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə rayon Gənclər Mərkəzində “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə Tərtər RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavinidini qurumlarla işin təşkilatçısı Elvin Umudov, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Tərtər rayon “Cümə” Məscidi Dini İcmasının sədri Sadiq Cəfərov, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Elvin Umudov “Şəhadət” sənədli filmi haqqında danışaraq bildirib ki, film gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyətə malikdir. Daha ətraflı »Teqlər: Xəbərlər
-
10YanXəbərlər İTKİNLƏR ANILDI üçün şərhlər bağlıdır
Yeni il ərəfəsində rayonumuzun Tarix-Diyarşünaslıq Muzeyində “İtkinlər anılır” adlı tədbir keçirilib. Mərasimdə Tərtərdən və qonşu rayonlardan itkin düşmüş şəxslərin ailə üzvləri, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə şəhid olanların və itkin düşənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra muzeyin direktoru Aybəniz Məmmədova ölkəmizdə itkinlərin anılması, axtarışı ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb.
Bu mövzu ilə əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşı Vaqif İsmayılov ətraflı məlumat verib. O bildirib ki, 2009-2011-ci illərdə Beynəlxalq Qızıl Xaç Komitəsi itkinlərlə bağlı geniş proqram həyata keçirib. Bu işə yüzlərlə könüllü cəlb olunub. Onlar itkin düşmüş şəxslərin ailələrinə baş çəkərək, hər biri haqqında ətraflı məlumat toplayıblar. Hazırda işin növbəti mərhələsi davam edir. Daha ətraflı »Teqlər: Xəbərlər
Yeni ismarıclar