Cari ilin yanvar ayında 20 icra nümayəndəliyində hesabat yığıncaqları keçirilib, görülən işlər təhlil olunub və qarşıda duran vəzifələr müəyyən edilib. Bu yığıncaqlarda iştirak edən 2662 nəfərdən 243 nəfəri çıxış edib, 214 tənqidi qeyd və təklif irəli sürülüb.
YEKUNLARDAN VƏ HƏDƏFLƏRDƏN DANIŞILDI
Tərtər şəhər İƏD üzrə nümayəndəliyin ötən ilin yekunlarına dair hesabat yığıncağı keçirildi.
Yığıncaqda Tərtər şəhər İƏD üzrə nümayəndə Sahib Həsənovun hesabatı dinlənildi.
Hesabat yığıncağında çıxışlar oldu. Rayon mənzil istehsalat istismar idarəsinin rəisi Hafiz Ələkbərov, su-kanal idarəsinin rəisi Elnur Abbasov, kommunal təsərrüfatı idarəsinin mühəndisi Adil Əhmədov, Tərtər Paylayıcı Elektrik Şəbəkəsinin rəisi Zülfü Salahov, təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, Tərtər Regional Qaz İstismarı İdarəsi rəisinin Tərtər xidmət sahəsi üzrə müavini Müxlis Əmirov, Tərtər “Cümə” məscidinin imamı Sadiq Cəfərov, rayon Ağsaqqallar Şurasının üzvü Rauf Həsənzadə çıxış etdilər.
Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək rayonun sosial-iqtisadi inkişafından, həyata keçirilən məqsədyönlü tədbirlərdən, qarşıda duran vəzifələrdən danışdı, ölkə rəhbərinə Tərtərə göstərdiyi diqqət və qayğıya görə sakinlər adından minnətdarlığını bildirdi.
“Yeni Tərtər”