Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Fev

    Xocalı faciəsi tariximizin ən dəhşətli və qanlı səhifəsidir. Bu səhifəni andıqca dinc əhalinin çəkdiyi əzab-əziyyətin acısına dözmək olmur. Bir gecənin dəhşətli qırğını, ermənilərin insanlığa sığmayan qəddarlığı Xocalının yüzlərlə sakininin al-qanına boyanmasına, qətlə yetirilməsinə səbəb oldu.
    Əsli Kərimova da Xocalı qaçqınıdır. O, Laçın rayonundan öz əmisi oğlu Ələsgərlə ailə qurub Xocalıya gəlmişdi. Ailə xoşbəxt yaşayırdı. Ələsgər su idarəsində sürücü, Əsli isə kəndin fermasında sağıcı işləyirdi. Normal dolanışıqları vardı. 3 yaşında qızı Gülaba, 1 yaş 2 aylıq oğlu Ələkbər qayğısız böyüyürdülər.
    Əslinin dediklərindən
    –Aereport yolunda yaşayırdıq. Orada evimizi tikdirən zaman ermənilər “tikin axırda bizim olacaq”. –deyirdilər. Onların sözünün fərqinə varmırdıq. Lakin 26 fevral gecəsində başımıza gətirilən müsibət mənfurların iç üzünü açdı. Qarlı-şaxtalı gecədə oğlumu və qızımı qucağıma alıb qaçırdıq. Qəlpə əvvəl sağ qoluma, sonra sol qoluma dəydi. Qollarım heydən düşdüyündən qızımı qaynanam Zeynəb götürdü, həyat yoldaşım mənim hayıma qaldı. 1 yaş 2 aylıq oğlumdan xəbərimiz olmadı. Şelli kəndində onu itirdik. Məni isə yaralandığım üçün bir başa “Semaşko” xəstəxanasına çatdırdılar. 2 aydan çox xətəxanada qaldım. Çıxandan sonra uşağımı tapdıq.
    O qanlı gecənin dəhşəti unudulası deyil.
    Hələ də qolumda qəlpə daşıyıram.
    Əsli danışdıqca qəhərlənir, gözlərində yaş gilələnirdi. Yaxın qohumlarının ermənilər tərəfindən öldürülməsini, kimisinin itkin düşməsini göz yaşları ilə söylədi. Onu da bildirdi ki, Tərtərdə məskunlaşanadək İsmayıllı, Şirvan, Ağcabədi və Bərdə rayonlarında, Quzanlıda yaşayıblar. Şükr edərək söylədi ki, yaxşı ki, üzərimizdə dövlət qayğısı var. Artıq Şıxarx qəsəbəsində dövlətimiz bizə ev verib Buradakı şəraitdən çox razıyıq. Əsli həyat yoldaşı Ələsgərin, qaynanası Zeynəbin Xocalı həsrətinə dözmədiklərindən söz açdı. Bu həsrət hər bir Xocalılının ürəyində bir yaradır. Bu yaranın sağalması üçün elə Xocalı lazımdır. İnanıram ki, nəinki təkcə Xocalılar, hətta ürəyindən keçən hər kəs bunu görəcək. Bizdə bu inamı yaradan dövlətimizin başçısı İlham Əliyevin apardığı siyasətdir. Xocalını mütləq görəcəyik!

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 09:23

    Teqlər:

İsmarıclar bağlıdır.