| BƏNÖVŞƏNİ
Sevdalı baharın ilk müjdəsi tək Dərib göndərirəm, al bənövşəni. Onu da mənim tək incitmə, zalım, Əzizlə, qeydinə qal, bənövşəni
Bağlayıb ümidin hər il bahara, O da mənim kimi həsrətdi yara. Sən də ürəyinə vurma bir yara, Onsuz da qanadıb kol bənövşəni.
Dəysin qoy ayağım o gülşən bağa, Sən allah dərdimi döndərmə dağa! Göndərirəm səndən cavab almağa, Naümid qaytarma gəl bənövşəni
Bəxtimə nə yaman qaranlıq çökür?! Ömür sarayını dərdi-qəm sökür. Sənə söyləyərdi, Rafiq, nə çəkir Tale etməsəydi lal bənövşəni. |
O GÖZ ƏLİYƏ
La ilahə illəllahdır əzbərim, Vurğunam sözdəki o gözəlliyə. Cənnət qoxusunun həsrətindəyəm, Ruhum bələnəydi o gözəl iyə.
Qıyma, gözəl, vaxtsız gedə göz əldən, Gözəl toxum əksən bitər gözəl dən. Gözəlliyi duymaq üçün gözəldən. Bu göz sayıb-seçə, o göz əliyə.
Rafiq, kimin evi halal tikilib El-oba içində başı dikəlib. Haqqa çatmaq üçün daim dikilib Bu göz Məhəmmədə, o göz Əliyə.
|
-
18YanƏdəbiyyat üçün şərhlər bağlıdır
Teqlər: Ədəbiyyat
-
18YanƏdəbiyyat üçün şərhlər bağlıdır
AY BULAQ Kürəyini söykəmisən dağlara,
Üzü bəri ağayana axırsan.
Sığal çəkib yal-yamacın telinə,
Çiçəklərdən çələng hörüb taxırsan,
Bir bizə də xeyrin olsun, ay bulaq!
Bu dağ döşü, bu sal qaya, busa su,
Allah necə sehirləyib bu səsi?!
Yanağında gözəllərin busəsi,
Sevən könlü yandırırsan-yaxırsan,
Bir bizə də xeyrin olsun, ay bulaq!
Sevib-savdın, heç qalmadı day çiçək,
Mümkündürsə, birini də biz seçək.
Əyildik ki, bircə qudum su içək,
Barmağını gözümüzə soxursan,
Bir bizə də xeyrin olsun, ay bulaq!
Mən özümə sirdaş billəm tək səni,
Könlüm olur rahat görəntək səni.
Gözlərində saxla yarın əksini,
Məndən artıq o gözələ baxırsan,
Bir bizə də xeyrin olsun, ay bulaq!
Yanaq lalə, göz piyalə, dodaq bal,
Mail oldun, apardımı səni hal?
Rafiqin ürəyinə salma xal,
Şairin də könlünü al axır sən,
Bir bizə də xeyrin olsun, ay bulaq!
TƏHƏRİNDƏDİR Kasıbın dərdini yuxu aparar,
Ümidi açılan səhərindədir.
Çətində titrəməz igidin dizi,
Zəiflik qəlbinin qəhərindədir.
Bərəkət tökülər haqq verən öyə,
Nadana layiqdi özünü öyə.
Çox da ki, qələmə millənir göyə,
Uçalıq ağacın bəhərindədir.
Dost tut günlərinin bacar ağında,
Al yaman gününün bacar ağın da.
Köhlənin tərifi qaçarağında,
Yabının qiyməti yəhərindədir.
Vətən həsrətlisi gör nələr çəkir,
Gözü bir gün gülür, beş gün yaş tökür.
Füzuli qürbətdə ölsə də, şükür,
Məzarı Kərbala şəhərindədir!
Rafiq, hər sözünün bax mənasına,
Zərgər qiymət verər zər dənəsinə.
İnşallah, tuş gəlməz el tənəsinə,
Yazdığın tövründə, təhərindədir.
Teqlər: Ədəbiyyat
-
18YanƏdəbiyyat üçün şərhlər bağlıdır
SEVMƏYİ A xan çinar, xanlığını unutma,
Belə tənha hiss eləmə özünü,
Toplaginən qanadının altına,
Üstümüzdən əskik etmə gözünü,
Öyrət bizə bu torpağı sevməyi.
Yıxılmazsan, torpaqdadır ayağın,
Sənə verib ürəyinin o yağın.
Sən torpağın, torpaq sənin dayağın,
Dost vəfası ağ eləyib üzünü,
Öyrət bizə bu torpağı sevməyi.
Ağrısını-acısını duymadıq,
Ac qurd kimi çalıb-çapdıq, doymadıq.
Bölüşdürdük, bir qarış da qoymadıq,
Qopartmışıq yarasının gözünü,
Öyrət bizə bu torpağı sevməyi.
Xeyir tapmaz kim ki, ona xor baxdı,
Məsəl vardır: “Ağac kəsmə bar vaxtı”.
Sən xan çinar, xanım anam torpaqdı.
Gərək öpüb, qucaqlayaq dizini,
Öyrət bizə bu torpağı sevməyi.
A xan çinar, bu dünyanın dərdi bol,
Rafiqin qəm yükünə şərik ol.
Son mənzildi, axır gedir ona yol,
Vallah, bizdən döndərəcək üzünü,
Öyrət bizə bu torpağı sevməyi!
İLLƏRİ Tərlan könlüm qərar tutmaz bir yerdə,
Əzəl gündən məskən etmiş elləri.
Aşiqiyəm bir xınalı kəkliyin,
Soraqlaşıb dolaşıram çölləri.
Qəlbim çətin yad ellərdən yar uma,
Dönük çıxsan, yar, eşqindən yarıma.
Hansı namərd qıysa mənim yarıma,
Tanrı çəksin gözlərinə milləri.
Naşı, mənlə bəhsə girmə bir də ha!
Köhlən atım mənzil döyər bir dəhə.
Tale bizə ürcah etdi bir daha
Qaymaqlanmış şirin-şəkər dilləri.
Vaxt var idi ölmə-diril dolandıq,
Bulud kimi boşalandıq, dolandıq.
Axır biz də o bağçanı dolandıq,
Manşırladıq qızqaytaran gülləri.
Öyünmə ki, Rafiiq, könlüm da şaddı,
Hacan dedim həyat mənə daş atdı.
Gəncliyimi torba ilə daşıtdı,
Deyin necə qınamayım illəri?!
Teqlər: Ədəbiyyat
-
18YanƏdəbiyyat üçün şərhlər bağlıdır
MƏMMƏD ARAZIN
(TOFİQ YUSİFƏ)
Nələr gördü, nə düşündü, nə yazdı,
Şükür hələ Dədəm Qorqud varıymış.
Anlamayan yəqin ağlı dayazmış,
Söz mülkünün sərvətiymiş, varıymış,
Qəbri nurla dolsun Məmməd Arazın!
Sən ilqara, vəfaya bax, a qardaş
Tənhalıqda uca dağa qar adaş.
Bizdən ötrü o göyərən qara daş
Dar ayaqda arpa cadı, darıymış.
Qəbri nurla dolsun Məmməd Arazın!
Duman tutub, çətin keçəm bu dağdan,
Yurd gəzirəm o dağ zülmət, bu dağ dan.
Ağıl dözmür, sallanan çox budaqdan,
Gövdədə ki, bir qocalmış qarıymış.
Qəbri nurla dolsun Məmməd Arazın!
Sən də hərdən, ara dostu, dəy, toxun,
Nə bir qəlbi incit, nə də dəy, toxun.
Mun-min acdan yox xəbəri day toxun–
Dövlətlinin qulaqları karıymış.
Qəbri nurla dolsun Məmməd Arazın!
Bu xinaya bənzəməyir o xına,
Müəmmadır, çətin hələ oxuna.
Su tökdülər Yalıncığın oxuna,
Onun da ki, əsli-kökü xarıymış.
Qəbri nurla dolsun Məmməd Arazın!
Rafiq, ha dönsə də dünyanın dəfi,
Şair–haqq aşiqi, pozulmaz səfi.
Getdi, qoydu varis Tofiq Yusifi,
Halal olsun, bəxti ona yarıymış!
Qəbri nurla dolsun Məmməd Arazın!
İNCİMƏZ
Ürəkləri sevdiyimi küləklər
Gedib yara bildirməsə yaxşıdır.
Vahid Əziz Vahid
Əziz, belə dərddən çox ola,
Çiçəklərin aşiqləri çoxala.
Ürəyindən şübhələri qovala,
Sev çiçəyi, yarın səndən inciməz.
Eşqin ilə sal aləmə haray sən,
Külək onu hər tərəfə qoy yaysın.
Bu sevginə nə gileylən, nə vaysın,
Sev çiçəyi, yarın səndən inciməz.
Buz bulaqdan lilpar ilə dər su iç,
Kəkotudan çay dəmlədib süfrə aç.
Hər dərdimə hər çiçəyim bir əlac,
Sev çiçəyi, yarın səndən inciməz.
İlham pərim qızılgüldü, nərgizdi,
Hər ləçəyi yüz mənalı bir sözdü.
Ürəyinin lap başında dər gəzdi,
Sev çiçəyi, yarın səndən inciməz
Duyan olsa çiçəklərin sirrini
Hər addımda ovsunlayar sirr onu.
Nazlı yarın qədəminə sər onu,
Sev çiçəyi, yarın səndən inciməz.
Rafiq, heyif, qəddimizi yaş əyir!
Qocaltdıqca bizi, özün yaş öyür.
Çiçək varsa dünyamız da yaşayır,
Sev çiçəyi, yarın səndən inciməz.
Teqlər: Ədəbiyyat
-
10YanXəbərlər TƏRTƏRLİLƏR 2018-ci İLİ UĞURLU NƏTİCƏLƏRLƏ YOLA SALDILAR üçün şərhlər bağlıdır

Respublikamızın hər bir guşəsində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da 31 dekabr –Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı böyük sevinc və ruh yüksəkliyi ilə qeyd olunub. Daha ətraflı » -
10YanXəbərlər HƏRBİ HİSSƏLƏRDƏ “AÇIQ QAPI” GÜNÜ üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rayonun ərazisində yerləşən hərbi hissələrdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Açıq qapı” günü keçirilib.
Tədbirlərdə rayon icra hakimiyyətinin nümayəndələri, əsgər valideynləri və doğmaları, müharibə veteranları, şəhid ailələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, məktəblilər və rayon ictimaiyyətinin təmsilçiləri iştirak ediblər. Daha ətraflı »Teqlər: Xəbərlər
-
10YanXəbərlər YENİ KÖRPƏLƏR EVİ-UŞAQ BAĞÇASI üçün şərhlər bağlıdır
Tərtər şəhər 4 nömrəli körpələr evi-uşaq bağçası üçün yeni inşa olunan bina istifadəyə verilib.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov uşaqları, onların valideynlərini, bağça kollektivini təbrik edib.
Diqqətə çatdırılıb ki, son illərdə Tərtər şəhər 4 nömrəli, “Nərgizim”, Şıxarx qəsəbə uşaq bağçaları üçün yeni binalar inşa edilib, 2 nömrəli, Seydimli, Güləbatlı, Sarıcalı kənd körpələr evi-uşaq bağçaları əsaslı təmir olunub.
Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin bölgələr üzrə layihə rəhbəri Vəli Albəndov agentlik tərəfindən həyata keçirilən layihələr haqqında məlumat verib, uşaqları bağçanın açılışı münasibətilə təbrik edib, onlara firavan gələcək və şən həyat arzulayıb. Daha ətraflı »Teqlər: Xəbərlər
-
10YanTərtər RİH-də NÖVBƏTİ SƏYYAR QƏBUL-GÖRÜŞ YUXARI QARADAĞLI KƏNDİNDƏ OLUB üçün şərhlər bağlıdır

Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Qaraağacı kənd İƏD üzrə nümayəndəliyin Yuxarı Qaradağlı kəndində olub.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Qaraağacı kənd İƏD üzrə nümayəndə Lətif Həmidov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
10YanMədəniyyət AĞKƏND KƏNDİNDƏ YENİ KİTABXANA İSTİFADƏYƏ VERİLİB üçün şərhlər bağlıdır
Yeni il ərəfəsində Tərtər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Ağkənd kənd kitabxana filialı üçün yeni inşa edilən bina istifadəyə verilib.
Bina Akademik Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovun maliyyə vəsaiti və Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə tikilib.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov yeni mədəniyyət müəssisəsinin istifadəyə verilməsi münasibətilə kənd sakinlərini təbrik edib. Ölkəmizdə mədəni sahənin inkişafına göstərilən dövlət qayğısından danışıb, mədəniyyətin inkişafına xüsusi diqqət yetirildiyini bildirib. Daha ətraflı »Teqlər: Mədəniyyət
-
10YanXəbərlər AYAP-ın 2018-ci İLİN YEKUNLARINA HƏSR OLUNMUŞ TƏDBİRİ üçün şərhlər bağlıdır
BMT-nin Uşaq Fondunun (UNICEF) ölkəmizdəki nümayəndəliyi və Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) birgə təşəbbüslə Tərtər rayonunda “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsinin 2018-ci il üçün yekunlarına həsr olunmuş tədbir keçirib.
Tədbirdə AYAP Məşvərət Şurası üzvlərinin sosial mövzular üzərində hazırladıqları forum teatrlar nümayiş etdirilmiş, ardınca isə forum teatrların mövzularına dair fikir mübadiləsi aparılmış və sonda məzunlara sertifikatlar təqdim olunmuşdur. Daha ətraflı »Teqlər: Xəbərlər


Yeni ismarıclar