Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,662
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29İyn
    Tərtər RİH-də SƏYYAR QƏBUL üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü Mamırlı kəndində oldu.
    Əvvəlcə Mamırlı kənd İƏD üzrə nümayəndə əvəzi Şahid Məmmədov kəndin sosial-iqtisadi vəziyyəti və əhalinin məşğuliyyəti barədə məlumat verdi. Sonra vətəndaşların müraciətləri dinlənildi.
    Mamırlı kənd tam orta məktəbin direktoru Məzahir Cəfərov, sakinlərdən Kəmalə Cəfərova, Aynurə Mustafayeva, Mehman Həsənov, Məzahir Sadıqov, Vəliyəddin Əliyev müxtəlif məsələlər barədə müraciət etdilər.
    Qaldırılan məsələlər barədə icra başçısı əlaqədar qurumlara lazımi tapşırıqlar verdi. Daha ətraflı »

    Teqlər:

  • 29İyn
    Səhiyyə TİBB İŞÇİLƏRİ GÜNÜ üçün şərhlər bağlıdır

    Tibb İşçilərinin Peşə Bayramı günü münasibəti ilə tədbir keçirildi.
    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etdilər.
    Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tibb işçilərini peşə bayramları münasibətilə təbrik etdi. Sonra dedi ki, möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzində saxlanılır.
    Sonra Mərkəzi Rayon Xəstə-xanasının baş həkimi Yaşar Hüseynov tibb işçilərini bayramları münasibəti ilə təbrik edərək, səhiyyənin keçmişindən və bu günündən danışdı. Daha ətraflı »

    Teqlər:

  • 29İyn
    Xəbərlər “VƏTƏN UĞRUNDA!” SƏYYAR TƏŞVİQAT DƏSTƏSİ TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

    Gəncə Qarnizonu Zabitlər Evinin “Vətən Uğrunda!” səyyar təşviqat dəstəsi Tərtər rayon İcra Hakimiyyəti ilə birlikdə rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə tədbir keçirib.
    Tədbirdə Tərtər rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-Siyasi və Humanitar Məsələlər Şöbəsinin müdir müavini Elvin Umudov çıxış edərək əsgər və zabitləri Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun adından təbrik edib və Azərbaycan Ordusunun keçdiyi şərəfli yoldan danışıb.
    Sonra hərbi hissə komandirinin müavini Anar Cavadov çıxış edərək bildirib ki, bu kimi tədbirlərin keçirilməsi əsgərlərin milli və hərbi vətənpərvərlik tərbiyəsinin güclənməsində böyük əhəmiyyətə malikdir.
    Zabitlər Evi kollektivinin təqdim etdiyi musiqili proqram tədbir iştrakçıları tərəfindən alqışlarla qarşılanıb.

    Teqlər:

  • 29İyn
    Xəbərlər “VƏTƏNİN XİLASI, XALQIN QURTULUŞU” üçün şərhlər bağlıdır

    Heydər Əliyev Mərkəzində Qurtuluş günü ilə əlaqədar “Vətənin xilası, xalqın qurtuluşu” adlı “Dəyirmi masa” keçirildi. Tədbirdə Laçın rayonunun Nərimaniya kənd ümumi məktəbin müəllim və şagird kollektivi iştirak etdi.
    Əvvəlcə ümummilli liderin büstü önünə gül-çiçək dəstələri qoyan ziyarətçilər ekspozisiya zalı ilə tanış oldular, sonra kitab sərgisinə baxdılar. “Dəyirmi masa”da mərkəzin direktoru Səlimə Yusibova Qurtuluş tarixindən ətraflı məruzə etdi.
    İradə Əkbərli, Fərqanə Orucova, Aybəniz Məmmədova, Sevda İsgəndərova, Əli Əhmədov, Aynur Quliyeva çıxış et-dilər.
    Sonda qısametrajlı videoçarx nümayiş etdirildi.

    “Yeni Tərtər”

    Teqlər:

  • 29İyn
    Xəbərlər TALEYÜKLÜ TARİX üçün şərhlər bağlıdır

    Rayonun tarix-diyarşünaslıq muzeyində Qurtuluş Günü münasibəti ilə tədbir keçirildi.
    Tədbiri giriş sözü ilə muzeyin direktor əvəzi Aybəniz Məmmədova açaraq bildirdi ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə “Milli Qurtuluş Günü” kimi daxil olub. Həmin gün dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib.
    Muzeyin bərpaçısı Aybəniz Şahbazi geniş məruzə ilə çıxış etdi.
    Məruzə ətrafında MKS-in metodika və biblioqrafya söbəsinin müdiri Ətrabə Süleymanova, Heydər Əliyev Mərkəzinin elmi işçısi İradə Əkbərli və MKS-in Kovdadıq kənd kitabxanasının işçisi Fərqanə Orucova çıxış etdilər.

    Teqlər:

  • 29İyn
    Xəbərlər “SAĞLAM GƏNCLİK VƏ SAĞLAM GƏLƏCƏK” üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İnnovativ Gənclər” İctimai Birliyi rayon icra hakimiyyəti ilə birlikdə “Region gəncləri arasında müxtəlif idman oyunları vasitəsi ilə vətənpərvərliyin təbliği” layihəsi çərçivəsində voleybol turniri keçirmişdir.
    Tədbiri giriş sözü ilə açan “İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov donor təşkilat, ölkədə uğurla həyata keçirilən gənclər siyasəti və bölgələrdə təşkil olunan tədbirlər haqqında ətraflı məlumat verdi.
    Tədbirdə iştirak edən Tərtər rayon Uşaq-Gənclər, İdman və Şahmat məktəbinin direktoru Emin Quliyev ölkə Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan danışdı.
    Sonda “Lider” komandası birinciliyə layiq görüldü. Bu komandanın üzvləri kubok, hədiyyə və sertifikatlarla təltif olundular.

    Teqlər:

  • 29İyn
    Mədəniyyət BAYRAM KONSERTİ üçün şərhlər bağlıdır

    Ulu Öndərin adını daşıyan parkda Milli Qurtuluş Günü münasibəti ilə konsert təşkil olunub.
    Konsertdə rayon mədəniyyət mərkəzinin özfəaliyyət kollektivinin, uşaq-gənclər inkişaf mərkəzinin və muğam müsabiqəsinin laureatı Şəmsəddin İbrahimovun ifasında səslənən mahnılar və rəqs nümunələri tamaşaçılarda xoş təəssüratlar yaradıb.
    Tədbirdə rayon rəhbəri tərəfindən rayon mədəniyyət mərkəzinin, musiqi məktəbinin və uşaq-gənclər inkişaf mərkəzinin kollektivlərinə fəxri fərmanlar təqdim olunub.

    Teqlər:

  • 29İyn
    Milli-mənəvi dəyərlər Milli-mənəvi dəyərlərimizi qoruyaq üçün şərhlər bağlıdır

    DAĞIL, A DÜNYA!!!

    Babalarımızın “Kişi papağı” qoyduqları, nənələrimizin “12 taxta tuman” geyindikləri vaxtlarda nə bir belə boşanma halı vardı, nə bir belə dava-dalaş, nə zorakılıq, nə də atalı-analı yetim uşaqlar. Gənclər özlərindən böyüklərin yanlarında kəlmə kəsməzdilər, qızları, qadınları dindirsəydilər utandıqlarından cavab verməzdilər, həya edərdilər. Hər kəsin arasında bir abır-ismət pərdəsi vardı. Böyüyün böyük yeri, kiçiyin kiçik yeri olardı. Cavanlar arasında siqaret çəkmək nə idi, içki içmək nə idi? Gənclərin öz aralarında da bir hörmət-izzət münasibəti vardı. Sevmək, sevilmək də tərbiyəli, yəni öz əndazasındaydı.
    Bəs nə oldu bizə?! Niyə bu günlərə düşdük?! Azərbaycan xalqının dünyaya nümunə olası milli-mənəvi dəyərləri niyə zədələndi?! Niyə gözəl adət-ənənələrimiz yavaş-yavaş unudulur?! Daha ətraflı »

    Teqlər:

  • 29İyn
    Digər İRƏVANLI KƏNDİNİN TARİXİ HAQQINDA QISA MƏLUMAT üçün şərhlər bağlıdır

    Kəndin salınma tarixi çox qədim deyil. Amma bu kəndin sakinləri keçmiş tariximizi yaşadan insanlar olmuş, çətin, keşməkeşli tale yolları keçmişlər.
    Onlar qədim Azərbaycan torpağı olan Dərələyəz mahalının Ağkənd kəndindən köçüb gəlmişdilər. 1918-ci ildə Stepan Şaumyanın rəhbərliyi ilə azərbaycanlılara qarşı törədilən soyqırımları əzəli torpağımız olan Dərələyəz mahalından da yan keçməmişdir. Bu mahalın Ağkənd kəndində ermənilər görünməmiş vəhşiliklər törətmişlər. Anaların qarnında uşaqlar süngüyə keçirilmiş, qadınların döşü kəsilmiş, insanların bellərinə qaynar samovarlar bağlanmışdı. Qocaya, uşağa, qadına–heç kimə aman verilməmişdir. Evlərə girib qundaqda olan uşaqların xəncərlə başlarını kəsmişlər. İrəvanlı kəndinin ilk sakini olan Qasım Məmmədovun 2 aylıq uşağının gözləri qarşısında başı kəsilmişdi. Bundan sonra o, İrana köçmüş, bir müddət orada yaşamışdı.
    Dərələyəz mahalında baş vermiş qırğınlar zamanı ölənlər çox oldu. Qırğından canını qurtaranlar isə gecəynən kənddən qaçmışdılar. Kəndin ağsaqqalı Abbas baba (Sultanov) camaatı başına toplayıb Naxçıvana qaçmağa qərar vermişdir. Onlar meşə ilə gedərkən bir ananın qucağındakı uşaq ağlayaraq hamının taleyini təhlükə altına atır. Daha ətraflı »

    Teqlər:

  • 29İyn
    Digər 2 iyul Azərbaycan Polisi Günüdür üçün şərhlər bağlıdır

    AZƏRBAYCAN POLİSİ ŞƏRƏFLİ BİR TARİXİ-100 İLLİYİNİ QEYD EDİR

    Azərbaycan polisinin keçdiyi yol dövlətimizin tarixi ilə sıx bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaranmış bu struktur həmin illərdə böyük vətənpərvərliklə müstəqil dövlətimizin milli maraqlarının keşiyində dayanıb.
    Cümhuriyyət xarici və daxili münaqişələrə tab gətirməyərək süqut edəndən sonra Azərbaycan Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində də daxili işlər orqanları inkişaf etmiş, ictimai asayişin qorunmasında yüksək nəticələr qazanmışdır. Azərbaycan milisi xüsusilə Böyük Vətən müharibəsi illərində fədakarlıqlar göstərmiş, 800-ə yaxın milis əməkdaşı, bilavasitə ön cəbhədə alman faşistlərinə qarşı vuruşmuşdur.
    Asayişin keşikçiləri müharibədən sonrakı dövrdə də ictimai təhlükəsizliyin qorunması sahəsində səylərini əsirgəməmişlər. Xüsusən, ulu öndər Heydər Əliyevin respublikamıza birinci dəfə rəhbərlik etdiyi dövr Daxili İşlər Nazirliyinin tarixində ən mühüm mərhələ olub. Daha ətraflı »

    Teqlər: