Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Dek

    Bu yaxınlarda sevə-sevə oxuduğum “Ədalət” qəzetində gənc yazar Ayxan Ayvazın Yafəs Türksəslə müsahibəsini oxudum (16 noyabr 2018-ci il). Etiraf edim ki, Yafəs Türksəs haqqında heç bir məlumatım yox idi, şeirləri ilə də tanış deyildim. Ancaq yazıdan onun da, onun sevgilisi kimi təqdim etdiyi (deyəsən o da tanımadığım şairələrdəndir) Yeganə xanımın həyat yoldaşının da nə qədər “xoşqeyrət” olduğunu anladım. Müsahibədə sevdiyi qadının həyat yoldaşı haqqında dediklərini olduğu kimi yazıram: “Biz Yeganəylə kafedə oturub yemək yeyirdik, əri işdən gəlirdi, görüşürdük. Çox normal qarşılayırdı. Onun əri savadlı insandı, dünya ədəbiyyatını yaxşı bilir. (A kişilər, dünya ədəbiyyatı bizə biqeyrətsizlikmi öyrədir ?!). Hətta bir çox yazıçımızdan da yaxşı. Xətrimi çox istəyirdi (qeyrətinə heç kim yox, elə öz həyat yoldaşı qurban olsun) bizim aramızda heç bir inciklik olmadı. Əri Yeganə xanıma inanıb(?). Deyibmiş ki, bizim aramızda yaxınlıq yoxdur, dostuq, eləcə mənim saçımı sığallayır.”
    Müsahibədən aydın olur ki, bu Yeganə xanım kimdirsə elə yeganə ağıl sahibidir ki, gündəmdə olmaq, kitabını çap etdirmək, iş tapmaq üçün müqəddəs sayılan ailə dəyərlərini heçə endirib. Və bu müsahibəni sözsüz ki, Yafəs Türksəsin də, Yeganə xanımın da qohum-əqrabası, övladları da oxuyur, bu müsahibədən sonra həmin qadın ətrafdakı insanların üzünə necə baxır? Yafəs Türksəs (şair): “ Mən ümumiyyətlə, ailəni müqəddəs bir şey hesab etmirəm” –deyir.
    Əlbəttə, namusu, əxlaqı olan ağıllı bir kəs belə iyrənc ifadə işlətməz. Görünür, onun adı Türksəs olsa da özü türk deyil.
    Belə bir müsahibə kimə, nəyə gərəkdir? Bu milləti hara, nəyə aparırlar? Bütün günü bir-birindən fərqlənməyən televiziya kanallarında tərbiyəsizlər tərbiyədən, ailəsi olmayanlar ailə dəyərlərindən, bir sözlə, kimdə nə yoxdursa, ondan danışırlar. Şəxsən mən bu “şairlə” müsahibəni oxuduqdan sonra çox əsəbləşdim və onun yaradıcılğı ilə tanış olmadığıma heç də təəssüflənmədim. Bu müsahibə nəinki tək onun özünə və Yeganə adlı qadına yox, onu tanıyanlara da, tanımayanlara da utanc gətirən bir müsahibədir. Qeyrətsizliyi və əxlaqsızlığı ictimailəşdirmək, mətbuata çıxarmaq həyasızlıq və tərbiyəsizlikdir!
    Yafəs Türksəs, mən də jurnalistəm, dünya ədəbiyyatından da xəbərim var. Ancaq qeyrətsizliyi götürə bilmirəm. Sizin nəyi təbliğ etdiyinizi də anlaya bilmədim. Deyəsən, Yeganə “xanımla” kafeyə gedəndə yolda yıxılmısınız və yəqin ki, başınızdan zədə aldığınız üçün ağlınız çaşıb. Ayıbdır!

    Svetlana ƏZİZOVA

    Müəllif: Redaktor, 10:42

    Teqlər:

İsmarıclar bağlıdır.