18Dek
MİLLİ KİMLİK
Günümüzdə Azərbaycan müasirləşən, Avropa və dünya birliyinə sürətli inteqrasiya yolunu tutan bir ölkədir. Düzdür, müstəqillik qazandıqdan sonra da dövlətimiz və cəmiyyətimizdə qloballaşma tendensiyası müşahidə etmək olardı. Lakin, son dövrlər qloballaşmanın milli kimliyə təsiri cəmiyyətə daha çox yad dəyərləri qəbul etdirmək cəhdi kimi qiymətləndirilir. Heç şübhəsiz ki, müasir dün-yada sürətlə davam edən qloballaşma prosesləri bizim də ölkədən yan keçməyib. Müsbət hal isə ondan ibarətdir ki, artıq cəmiyyətin özündə ona qarşı əks reaksiya başlayıb. Bütün halda millət, xalq ola-raq qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq olmalıyıq.
Hər bir ölkə və xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı və digər xalqların dəyərləri ilə ziddiyət təşkil Daha ətraflı »
18Dek
Bir millət üçün ən böyük, ən qiymətli dəyərlər nələrdir? – Təbii ki, dini və dili, tarixindən miras qalmış mədəni-mənəvi irsi və sairə.
Bir milləti digərlərindən fərqləndirən də əslində elə milli-mənəvi dəyərləridir. Ulu öndər Heydər Əliyev çıxışlarının birində deyirdi: “Dünyada yaşayan azərbaycanlılar öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdırlar. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi vətəni vardır”. O həmçinin deyirdi: “Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıb. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz”. Daha ətraflı »
18Dek
Azərbaycanda toy adətləri – Azərbaycan mədəniyyətinin tərkib hissəsidir. Əsrlər boyu Azərbaycanın müxtəlif tarixi bölgələrində inkişaf edərək vahid və zəngin bir adət sisteminə çevrilmişdir. Toy rəsmi nikah mərasimi olmaqla yanaşı bir-biri ilə bağlı təntənəli ənənələr (qız bəyənmə, elçilik, nişanlılıq dövrü, toy öncəsi adətlər, toy və s.) sistemidir. Milli toy adətlərində azərbaycan xalqına xas olan bütün müsbət xüsusiyyətlər öz əksini tapmışdır.
Toy adətlərinə zəmanənin təsiri hiss edilməkdədir. Son dövrlərdə toyların bir qayda olaraq xüsusi şadlıq saraylarında təşkil edilməsi, bəy-gəlin rəqsinin hazırlanması, mələk libasında kiçik qızların bəy-gəlin ətrafında rəqs etməsi, toyda müasir rəqs üçün vaxt ayrılması, toyun sonunda gəlinin arxaya gül dəstəsi atması, bal ayının keçirilməsi də bu qəbildən-dir. Daha ətraflı »
18Dek
Koronavirus pandemi-yasından əvvəl Azərbaycanda yas mərasimlərində israfçılıq hallarının qarşısının alınması haqda tövsiyələr ətrafında ajiotaj sanki azalmağa başlayırdı. Lakin cəmiyyəti bu məsələdə maarifləndirmək zərurəti nəinki qüvvədən düşmədi, hətta daha aktual forma aldı.
Ailənin yaxın üzvünün son mənzilə yola salınması – mərhuma təkcə hörmət əlaməti deyil, eyni zamanda hansısa sosial aktdır. Amma zamanla bu ritualın mahiyyəti və ilkin səbəbləri sanki unudulur, bizim yaddaşımızdan silinir. Bu fonda bizim üçün çay, plov, halva ilə və nə gizlədək, bir-birini çoxdandır görməyən qohumlar və tanış-ların söhbətləri ilə ənənəvi olan yas mərasimləri təmtəraqlı, dəsgahlı yığıncağa çevrilir. Daha ətraflı »
18Dek
ƏLİ QURBANOV

Qurbanov Əli Əkbər oğlu 1964-cü ildə Kəlbəcər rayonunun Babaşlar kəndində anadan olub.
1981-ci ildə orta təhsilini başa vurub. 1981-1986-cı illərdə Xalq Təsərrüfatı İnstitutunda ali təhsilə yiyələnib.
31 ildir ki, Tərtər rayonunun Bəyimsarov kəndinin icra nümayəndəliyində çalışır. Ailəlidir, 2 övladı var.
DAĞLAR
| Ömur kecdi bir an kimi,
Necə doldum yaşa, dağlar?
Yazdan, yaydan kam almadım,
Nə tez çatdım qışa, dağlar? |
Əli, yar bildin qibləni,
Məni yıxdı hicran qəmi.
Olmadın könül həmdəmi,
Mən gedirəm, yaşa, dağlar! |
|
Qəlbim sevinclə dolmamış,
Sevgidən ilham almamış,
Yar qəlbinə yol salmamış
Bəla gəldi başa, dağlar. |
|
|
|
|
|
Yeni ismarıclar