Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Yan

                                                      VAKSİNASİYANIN ƏHƏMİYYƏTİ

    Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyva-zov koronavirusa qarşı peyvəndlənmə barədə müsahibə verib.
    Həmin müsahibəni təqdim edirik:
    -Adətən peyvəndlərin tətbiqi necə həyata keçirilir?
    -Vaksinasiya prosesi mərhələlərlə həyata keçirilir. Ayrı-ayrı mərhələdə peyvənd olunan insanlar qrupunu hər bir ölkə özü müəyyənləşdirir. Əksər ölkələrdə birinci mərhələdə əhalinin risk qruplarına aid edilən daha həssas hissəsi bu prosesə cəlb olunur. Bu əhali qruplarına ilk növbədə tibb xidməti işçiləri, tənəffüs sisteminin xroniki xəstəlikləri olan şəxslər, yaşı 65-dən yuxarı olan insanlar və digərləri aiddir.
    -Peyvəndlər koronavirusdan nə dərəcədə qoruya bilər?
    -Hazırda bir sıra ölkələrdə yeni koronavirus infeksi-yasına qarşı vaksinasiya prosesinə start verilib. Bu ölkələr ABŞ, Avropa İttifaqı ölkələri, İngiltərə, Rusiya, Türkiyə və digərləridir. Bu ölkələrdə müvafiq cavabdeh qurumların icazəsi ilə tətbiq olunan peyvəndlərin effektivliyi müxtəlif klinik tədqiqatlar əsasında olduqca yüksək (95-98 faiz) qiymətləndirilib. Lakin müxtəlif əhali qrupları arasında effektivlik göstəriciləri vak-sinin kütləvi istifadəsi əsasında daha da dəqiqləşdiriləcək. Eyni zamanda müşahidələr əsasında vaksinasiya vasitəsilə yaradılmış süni immunitetin nə qədər davamlı olması və yoluxmadan qoruma müddəti də müəyyən ediləcək.
    -Bildiyimiz kimi koronavirusa qarşı peyvəndlər könüllü həyata keçiriləcək. Vaksinasiyadan imtina edən vətəndaşlar hansı təhlükə ilə üzləşə bilərlər?
    -Vaksinasiyanın dövlət hesabına və könüllülük prinsipi əsasında aparılması nəzərdə tutulur. Kütləviliyin təmin olunması üçün əhali arasında peyvəndləmənin aparılmasının vacibliyi və əhəmiyyəti barədə geniş maarifləndirilmə işlərinin də həyata keçirilməsi nəzərdə tutulur. Xüsusən vaksinasiyadan imtina edən şəxslə-rin yoluxaraq xəstələnmə riskinin hər zaman qalması izah edilməlidir.
    -Sizcə vaksinasiyadan sonra hər şey sona çatacaq yoxsa xəstəlik öz təhlükəsini saxlayacaq?
    -Vaksinasiyanın aparılmasının məqsədi əhalidə kollektiv immunitetin yaranmasına nail olmaqdır. Epidemiologiyanın qanunlarına əsasən istər xəstələnmə nəticəsində təbii, istərsə də vaksinasiya vasitəsilə yaranan süni immunitet əhalinin üçdə ikisində formalaşarsa epidemik proses sönəcəkdir. Əhalinin kütləvi vaksinasiyadan gözləntiləri bu infeksiyanın yayılmasının azalması və idarəolunan səviyyədə saxlanılmasıdır. Müxtəlif mutasiyalar nəticəsində virusun mövcud peyvəndlərin təsirindən yayınması nəzəri cəhətdən mümkün olsa da hələlik yeni koronavirus infeksiyası üçün belə faktlar təsdiqlənməyib.
    -Pandemiya dövründə biz infeksion xəstəliklərdən qorunma və gigiyena qaydaları barədə çox məlumatlar əldə etdik. Bunun gələcək üçün müsbət təsirləri nə ola bilər?
    -Pandemiya dövrü biz hava-damcı infeksiyalarından qorunma və gigiyena qaydaları barədə bir çox məlumatlar əldə etdik, müəyyən təcrübə qazandıq. Bu qaydalara gələcəkdə də, xüsusən respirator virus infeksiyalarının mövsümi artımı müşahidə edilən payızqış fəsillərində əhali tərəfindən əməl olunması arzuolunandır və yoluxma hallarının azalması kimi müsbət təsirlərə səbəb olacağı düşünülür.
    -COVID-19 vaksinasiyası milli peyvənd təqviminə salına bilərmi?
    -Bildiyimiz kimi geniş yayılmış və uzun müddət davam edən infeksiyalara qarşı peyvəndlər ölkələrin milli peyvənd təqviminə salınır. Yeni koronavirus infeksiyasına qarşı vaksinasiyanın milli təqvim planına salınması zəruriliyi müxtəlif ölkə alimləri tərəfindən müzakirə olunur və bu mə-sələnin həllinin zamana ehtiyacı var.

    Müəllif: Redaktor, 09:49

İsmarıclar bağlıdır.