30İyn
MƏNƏ YÜZ İL ÖMÜR ARZULAMAYIN
| Mənə yüz il ömür arzulamayın,
Payız yarpağıtək qovmasın külək.
Gözlərim görsə də, ayağım, əlim,
Əsalıq olanda dayansın ürək
|
Sağlıqlar deyəndə hərdən şənimə,
Nə özüm kövrəlim, nə sizə gülüm.
Tanrıdan bir ömür diləyin mənə,
Hər vaxt sevə bilim, sevilə bilim |
|
| Mənə “Yüz il yaşa!” deməsin dostlar,
Gülüşüm, yerişim, səsim itməsin.
Məndən cavan olan, gümrah olanlar
Çiynimdə dünyadan köçüb getməsin
|
. Taleyim sevgiylə baxsın üzümə;
Görsün yad payına şərik deyiləm.
Gərək olmayanda özüm-özümə,
Deməli, heç kəsə gərək deyiləm |
|
| Mənə yüz il ömür arzulamayın,
Bu qədər yaşayan hansı çiçəkdir?
Sən yaşda qalmırsa tay-tuşun, tayın,
Qurdla qiyamətə qalmaq deməkdir.
|
,Mənə yüz il ömür arzulamayın,
Ləyaqət, təmiz ad atıb getməsin.
Dünyaya qalacaq malı dünyanın,
Karvanım lənətə batıb getməsin!
Mənə yüz il ömür arzulamayın…
|
|
| Mənə elə ömür arzulayın ki,
Ölüncə ümmantək çağlaya bilim.
Qapı-pəncərəni öz evimdəki
Özüm aça bilim, bağlaya bilim
|
|
Vahid ƏZİZ,
Xalq şairi
|
|
29İyn
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünya dövlətləri sırasında öncül yerlərdən birinə layiq olduğu bir daha əyani şəkildə sübut edildi. Prezident İlham Əliyevin qlobal liderlik qabiliyyəti, dünyada cərəyan edən hadisələrə operativ və real reaksiyası, müxtəlif beynəlxalq məsələlərin həllində təşəbbüskarlığı, siyasi iradə göstərməsi ona çox yüksək nüfuz və hörmət qazandırmışdır.
Prezident İlham Əliyev həmişə öz çıxışlarında qeyd edir ki, COVİD-19 pandemiyası şəraitində özünü təcrid xarakter daşıyan tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac vardır.
Təəssüf ki, bu günə kimi beynəlxalq münasibətlər sistemində BMT və onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu görünmür. BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü fikir ayrılığına görə baş tutmadı. BMT Baş Məclisi çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də onların da əksəriyyəti uğurla nəticələnmədi. Daha ətraflı »
27İyn
Dünya təcrübəsinə və hərb tarixinə nəzər saldıqda görünür ki, silahlı qüvvələrin gücünü, döyüş qabiliyyətini müəyyən edən mühüm faktorlardan biri vətənpərvərlik ruhudur. Xüsusilə də, bu, müharibə şəraitində yaşayan ölkə və xalqlar üçün mühüm əhəmiyyətə malikdir. Ölkəmizin təcrübəsi bu baxımdan müsbət nümunə kimi çıxış edir. Sevindirici haldır ki, Azərbaycan Silahlı Qüvvələrində sağlam mənəvi-psixoloji durum, ruh yüksəkliyi, özünəinam, güclü vətənpərvərlik hissləri hökm sürür. Bu səbəbdən cəmiyyətimiz Azərbaycan Ordusuna vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi böyük inam bəsləyir.
Ökəmiz müharibə şəraitində yaşayır və belə olan halda ordu ilə bağlı bütün məsələlər ən başlıca vəzifədir; Xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb. Prezidentin göstərişi ilə bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar faktiki olaraq yenidən qurulur. Daha ətraflı »
19İyn
Öz populist və daxili auditoriyaya hesablanmış sərsəm bəyənatları ilə öz xalqını çaş-baş salan Ermənistanın baş naziri Nikol Paşinyanın bugünkü durumu artıq onun ölkəni idarə edə bilməməsindən və Ermənistanda ictimai-siyasi vəziyyətin öz məcrasından çıxmasından xəbər verir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən öz vəzifə postunu daha da möhkəmləndirmək üçün istifadə etməyə çalışan Nikol Paşinyan bu sahədə də ardıcıl iflasa uğrayır və beynəlxalq aləmdə naşı bir siyasətçi vəziyyətinə düşür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nikol Paşinyan üzərində dəfələrlə diplomatik qələbələri dünya ölkələrinə Azərbaycanın haqlı tərəf olduğunu sübut edir. Prezident İlham Əliyev həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın siyasi savadsız və təcrübəsiz bir ölkə başçısı olduğunu yüksək səviyyəli görüşlərdə təkzibolunmaz faktlarla sübut edib.
Dünyada özünü səbatlı bir dövlət rəhbəri kimi təsdiq edə bilməyən Ermənistan Baş naziri Nikol Paşinyan koronavirus pandemiyası dövründə də vətəndaşların sosial-iqtisadi problemlərini həll etməkdə ciddi çətinliklərlə qarşılaşır, xəstəliyin yoluxma sayının artmasının qarşısını ala bilməməsi səbəbilə sürətlə sosial dayaqlarını itirir.
Baş nazirdən narazılığın əsas səbəbini isə parlament müxalifətinin, xüsusilə də Çiçəklənən Ermənistan Partiyasının açıq şəkildə hökuməti tam tərkibdə istefasını tələb etməsi göstərilir.
Nikol Paşinyanın müxalifətin və Çiçəklənən Ermənistan Partiyasının istefaya çağırış tələblərinə cavabı gecikmədi, Milli Təhlükəsizlik Xidməti Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Çarukyana və tərəfdarlarına qarşı bir gündə üç cinayət işi açdı. Daha ətraflı »
19İyn
Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun ümumtəhsil məktəblərini bitirən məzunları “Son Zəng” və 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə onlayın qaydada təbrik etdi.
Rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tərtərə iyunun 3-də etdiyi səfərdən ətraflı danışdı. Cənab Prezident səfərindən dərhal sonra Tərtər rayonunun Xoruzlu kəndində 432 şagird yerlik yeni ümum-təhsil məktəbi binasının tikintisi üçün 2 milyon manat vəsait ayrılması ilə bağlı Sərəncam imzaladı.
Sonra icra başçısı bildirdi ki, bu il rayonun 34 tam, 10 ümumi orta məktəbi üzrə 593 nəfər şagird XI sinfi, 856 nəfər şagird isə IX sinfi bitirir. Daha ətraflı »
19İyn
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məm-mədov 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş onlayın videokonfrans keçirib.
Konfransda inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı təmin edilib.
Tədbiri açan rayon rəhbəri Ulu Öndərin Azərbaycan xalqı qarşısında xilaskarlıq missiyasından və müstəqil dövlətçilik ənənələrinin bərpa edilib qorunmasından ətraflı danısıb. 1993-cü ildə təzəcə müstəqilliyini elan etmiş bir respublikanın suverenliyinə təhlükə yaranmışdı.
Hakimiyyətdə olanlar özləri dərk etdilər ki, Azərbaycan parçalanmaq və bir dövlət kimi məhv olmaq təhlükəsindədir. Xalqın təkidli tələbi və iqtidarın xahişi ilə Heydər Əliyev 1993-cü il iyunun 15-də Ali Sovetə sədr seçildi. Həmin gün Qurtuluş günü kimi tarixə düşdü. Daha ətraflı »
19İyn
Tərtər rayonunda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə kompleks şəkildə profilaktik tədbirlər davam etdirilir. Epidemiya ilə bağlı tibbi-proflaktik vəziyyət ciddi nəzarət altında saxlanılaraq təxirəsalınmaz işlər görülür.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərin ən mühüm hissəsi vətəndaşların sosial izolyasiya qaydalarına əməl etməsi və ünsiyyətin minimuma endirilməsidir. Bununla əlaqədar olaraq rayon ərazisində yerləşən Kapital Bankın, Beynəlxalq Bankın, həmçinin Azərpoçtun binasının qarşısında və bankomatların qarşısında vətəndaşların sosial izolyasiya qaydalarına əməl etməsi üçün nişanlanma işləri aparılmışdır. Həmçinin mütəmadi olaraq Tərtər Rayon İcra Hakimiyyətində yaradılmış mobil qrupun üzvləri tərəfindən Tərtər şəhərində və rayonun kəndlərində Daha ətraflı »
Yeni ismarıclar