“Mən jurnalistlərin işini yüksək qiymətləndirirəm. Bu, çox çətin işdir. Bu işdə bəzən jurnalistlər haqsızlıqlarla, təzyiqlərlə üzləşirlər”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
|
|
|
|
Saytın ümumi statistikası:
Saytda məqalələrin sayı - 5,524
Saytda ismarıcların sayı - 0
“Mən jurnalistlərin işini yüksək qiymətləndirirəm. Bu, çox çətin işdir. Bu işdə bəzən jurnalistlər haqsızlıqlarla, təzyiqlərlə üzləşirlər”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü İrəvanlı kəndində oldu. Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
Əvvəlcə İrəvanlı kənd İƏD üzrə nümayəndə Bəxtiyar Cəfərov kəndin sosial-iqtisadi inkişafı və görülən işlər barədə məlumat verdi. Bildirildi ki, İrəvanlı kəndinin 290 təsərrüfatı, 1035 nəfər əhalisi var. Kənd sakinlərinin əsas məşğuliyyəti maldarlıq və əkinçilikdir. Ötən il onlar hər hektardan 33 sentner arpa, 37 sentner buğda, 33,5 sentner pambıq, 400 sentner çuğundur tədarük ediblər. Kümçülər isə 240 kq barama təhvil veriblər.
Bu il isə 51 hektarda pambıq, 35 hektarda taxıl, 38 hektarda arpa, 12 hektarda günəbaxan,174 hektarda yonca əkiblər.
İrəvanlılar bu il hər hektardan 40 sentner taxıl, 32 sentner arpa təhvil veriblər. Kümçülər barama istehsalını 1,5 dəfə artıraraq, 650 kq-a çatdırıblar. Daha ətraflı »
YAP Tərtər Rayon Təşkilatı Qərargahında ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə YAP rayon təşkilatının sədri Ramiz Şabanov “Heydər Əliyev epoxası-50” mövzusunda məruzə ilə çıxış edərək göstərdi ki, müasir Azərbaycan tarixinin son 50 illik dövrü Heydər Əliyev adı ilə bağlıdır.
Ötən əsrin 60-cı illərinin sonlarında Azərbaycan iqtisadiyyatı dərin böhran mərhələsində idi. Respublikanın sosial-iqtisadi həyatında mənfi meyillər özünü göstərirdi.
Respublikanı bu ağır vəziyyətdən qurtarmaq üçün çıxış yolu kimi 14 iyul 1969-cu ildə Azərbaycana Heydər Əliyev kimi güclü, bacarıqlı təşkilatçının, qətiyyətli liderin rəhbər təyin edilməsi ölkədə köklü dəyişikliklərin əsasını qoydu. Ulu öndərin sarsılmaz qətiyyəti sayəsində növbəti illər Azərbaycanın iqtisadi və ictimai-siyasi həyatında dönüş mərhələsi kimi yaşandı.
Müstəqilliyimizin ilk illərində vətəndaş müharibəsi təhlükəsilə üz-üzə qalındığı, xarici qüvvələrin təhriki ilə respublikanın müxtəlif regionlarında separatçı qüvvələrin baş qaldırdığı bir məqamda ulu öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı, siyasi təcrübəsindən faydalanaraq bütün neqativ halların, qarşıdurmaların kəskinləşməsinin qarşısını aldı. Daha ətraflı »
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin t
əşəbbüsü və təşkilatçılığı, Birləşmiş Millətlər Təşkilatının ölkəmizdə fəaliyyət göstərən təsisatlarının rəhbərlərinin iştirakı ilə Tərtər rayonunun Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində “Köçkünlərlə bir gün: heç kim diqqətdən kənarda deyil” adlı tədbir keçirilib. Tədbir ilbəil kəskinləşərək dünya birliyində böyük narahatlıq doğuran qaçqınlıq və köçkünlük probleminə, Azərbaycanda bu problemin həlli istiqamətində görülən işlərə və qarşıda duran məsələlərə həsr edilib.
Klub-icma mərkəzində keçirilən tədbirdə iştirakçılar əvvəlcə Ermənistanın işğalı nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş insanların 1990-cı illərin əvvəllərində çəkilmiş fotolarından ibarət sərgi ilə tanış olublar.
Tədbirdə çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycanda mövcud problemin Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində yarandığını qeyd edib. Daha ətraflı »
“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin növbəti tədbiri Tərtərdə olub.
Şəhərin Gənclər Mərkəzində keçirilən tədbiri təşkilatın sədri Sevinc Əzimbəyli giriş sözü ilə açıb. O, milli vətənpərvərlik ruhunun gənclərimizə aşılanmasından geniş söz açıb.
Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli qəhrəman Tərtər şəhidlərinin timsalında Vətən üçün canından keçən bütün şəhidlərimizin əziz ruhlarına dua oxuyub.
O, milli və dini kimliyin vəhdətindən, ölkəmizdə istər dinlərarası, istərsə də məzhəblərarası mövcud olan tolerant münasibətlərin yüksələn xətt üzrə inkişafından söz açıb. Daha ətraflı »
Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində “Əkinçi” qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. “Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. 1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü.
“Əkinçi” qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır. Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş və iki il sonra qəzet bağlanmışdı.
Azərbaycan mətbuatının ilk müjdəçisi “Əkinçi”dən sonra bu sahədə xeyli irəliləyişlər olmuşdu.
XIX əsrin sonlarında “Ziya”(1879), “Kəşkül” (1880), “Kaspi” (80-90-cı illər) qəzetləri nəşrə başlamışdı.
XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şahtaxtinski, Seyid Hüseyn, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparırdılar. Bu gərgin mübarizə öz nəticəsini verdi. “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “Azərbaycan ” (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxdı. 1906-cı ildə “Molla Nəsrəddin” jurnalının nəşrə başlanması ilə Azərbaycan mətbuatında siyasi satiranın əsası qoyuldu. Redaktoru Xədicə xanım Əlibəyova olan “İşıq” jurnalının bütün əməkdaşları qadınlardan ibarət idi.
Sovet hakimiyyəti dövründə bütün sovet respublikalarında olduğu kimi Azərbaycanda da mətbuat sovet ideologiyasının ruporuna çevrilmişdi. Azad və demokratik mətbuatdan söhbət belə gedə bilməzdi. Daha ətraflı »
2019-cu il “NƏSİMİ İLİ”dir
Prezidentimiz İlham Əliyev 2019-cu ili ilin başlanğıcında Azərbaycanda “Nəsimi İli” elan edib. Ölkə başçısı böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq, bu ili ölkəmizdə “Nəsimi İli” elan etdiyini deyib və bununla bağlı rəsmi sərəncam da imzalayıb. Sərəncamda deyilir: “Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm rola malikdir. Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin irsinin ölkəmizdə sistemli tətbiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Böyük söz ustasının 600 illiyinin YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edildiyi və beynəlxalq miqyasda qeyd olunduğu həmin dövrdən etibarən Nəsimi ilə bağlı çox sayda araşdırmalar aparılmışdır. Şairin əsərləri Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, kütləvi nəşr olunaraq, ölkə kitabxanalarına hədiyyə edilmişdir. Ötən illər ərzində Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilmiş və onun ədəbiyyatda, incəsənətdə parlaq obrazı yaradılmış, eləcə də 1979-cu ildə ölkəmizin paytaxtında heykəli ucaldılmışdır. Daha ətraflı »
KÖÇKÜN AİLƏSİ TƏRTƏRDƏ DOĞMALAŞIB
1993-cü il iyulun 23-də Ermənistan Silahlı qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. Ərazisi 1094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4 faizi, 1 şəhər və 87 kəndi ermənilərin əlinə keçib. O vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qaldı. Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub.
Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də 1-ci, dünyada 2-ci olan Çörək muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdılıb.
Ağdam düşmənlə döyüşlərdə 6 min şəhid verib, onlardan 16-sı Milli Qəhrəmandır. İşğal nəticəsində rayonun 160 min nəfər əhalisindən 143 min nəfəri öz ölkəsində məcburi köçkünə çevrilib. Daha ətraflı »
Fikrim-xəyalım yenə də şəhid ruhu üzərində cəmləşib. Yenə də qələm əlimdə titrəyir. Murdar məxluq olan ermənilərə qarşı qəzəbim aşıb-daşır. Nifrətimin gücündən əlimə düşsələr o mənfurların hər birini odda yandıraram! Gör nə qədər oğullarımız yırtıcıların caynağına tuş gəldi, ölümün ağzına atıldı. Vətən, torpaq qeyrəti neçə-neçə igidlərimizin şəhidlik yoluna çevrilərək, həyatına son qoydu. Nəydi onların günahı? Yüzlərlə pəhləvan cüssəli oğullarımızın, onların ata-analarının arzuları yarımçıq qaldı.
Abdullayev Habil Kalam oğlu 1969-cu il fevralın 1-də rayonumuzun Dəmirçilər kəndində doğulmuşdu. Elə həmin kənddə böyüyüb, boya-başa çatmışdı. Ağlı, zəkası ilə qardaş-bacılarından fərqlənirdi, iti baxışı, inadkarlığı ilə seçilirdi. Ailədəki 4 övladın kiçiyi idi. Əsgəri xidmətini Sovet ordusu sıralarında çəkmişdi. Bir az da böyümüş, kişiləşmişdi.
Təhsilini davam etdirirdi. Ağdam rayonunda Kənd Təsərrüfatı Texnikumunda elektrik fakültəsində təhsil alırdı. 4-cü kursda oxuyurdu, həm də Tərtər paylayıcı elektrik şəbəkəsində beşinci il idi ki, yüksək gərginlik xətləri üzrə usta vəzifəsində çalışırdı. Bu, 1993-cü il idi. Vətənimizin göylərini qara buludlar aldığı, torpaqlarımızın parçalandığı, igidlərin qanına boyandığı il idi. Əlinə silah alıb Vətənin müdafiəsinə qalxan yüzlərlə oğullara Habil də könüllü qoşuldu…
Böyük qardaşı Əli ailəli idi. 2 övladı varıydı. Habil razı olmadı ki, qardaşı könüllü savaşa qoşulsun: “Mən onun uşaqlarını saxlaya bilmərəm”–dedi. Milli ordu sıralarında Habil döyüşdü. Özü də ürəklə, mərdliklə. Hətta azğın düşmənin atdığı mərminin qəlpəsi 2 dəfə onu yaralasa da döyüşdən aralanmadı, döyüş yoldaşlarını tək qoymadı. Ağdərəətrafı kəndlərin ermənilərdən təmizlənməsində var gücü ilə vuruşdu. Evlərinə gələndə fəxrlə danışıb ki, biz qalib gələcəyik, erməniləri yerində susduran oğullarımız var. Daha ətraflı »
Dahi şair Nizami Gəncəvinin dediyi kimi: “hər bir kitab elmə yiyələnmək istəyən şəxs üçün bir xəzinədir”.
Kitabları oxuduqca elmin sirlərinə daha yaxından bələd oluruq. İnsan təfəkkürünün məhsulu olan kitabın yaranmasına səbəb yazı materialları olub.
Müasir dövrdə bütün məlumatların elektronlaşması sayəsində insanlar az mütaliə edirlər. Hər hansı bir əsəri kitabdan oxuyarkən insanın təfəkkürü zənginləşir, dünyagörüşüşü artır. Psixoloqlar insanın kitab oxumaqla stresdən xilas olduqlarını deyirlər. İnsanın yaradıcılıq qabiliyyətinin artmasında kitabların böyük rolu vardır.
Keçmişdə avam insanların təbiət hadisələrini şər qüvvələrlə əlaqələndirməsi onların təbiət elmlərindən bixəbər olmasının nəticəsi idi.
Kitablar bizim həyatımızın bəzəyidir. Daha ətraflı »
Yeni ismarıclar