Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20May

                 HƏLƏ Kİ…                                                                                 ƏZİZİM

    Elə hələ deyib, hələ dözürük,

    Hələ ki, hələnin hələsiyəm mən.

    Nə sərhəd tanımaz aşiq Kərəməm,

    Nə də xan oğlunun Lələsiyəm mən.

    Dağ başında qar üstünə qar gələr,

    Gileylənmək zirvələrə ar gələr,

    Hər nə geysəm vücuduma dar gələr,

    Bu darlığa dözmək olmur, əzizim.

     

    Nahaqlar önündə neçin kiridim?

    Qal bu xəcalətdə, ağzı kilidim.

    Guya bu dünyada neyləyə bildim?

    Deyim ki, təzədən gələsiyəm mən?

    Əzəl gündən dünya yalan dünyadır,

    Baha satan, ucuz alan dünyadır,

    Arzuları nakam qalan dünyadır,

    Dağılanı düzmək olmur, əzizim.

     

    Bekar əl neçin də sözümə baxsın?

    Əlimin üzü yox üzümə baxsın.

    O hansı ümiddir bizi çağırsın,

    Durub arxasınca tələsiyəm mən?

    Heç bilməzdim daşım belə ağırdır,

    Bəxtim belə bicarədir, fağırdır,

    Gedəcəyəm, göylər məni cağırdı,

    Daha yerdə gəzmək olmur, əzizim.

     

    Dayan, durum gedim bazarımgilə,

    Dünya bolluğuna ərkim bir gilə.

    Qalmışam özümə lap gülə-gülə,

    Elə gülə-gülə öləsiyəm mən.

    Kaşki dünya zalımlığın ataydı,

    Qəlbim bir an istəyinə cataydı,

    Yaşamağım göz yaşıdır, haraydır,

    Göz yaşında üzmək olmur, əzizim.

     

    Kimlərə borcum var, dolub siyahı,

    Vura bilmədiyim hədəf günahı–

    Kəsib barmağımı verib silahı,

    Bir namərd hakımın köləsiyəm mən.

                            Musa YAQUB,

                           Xalq şairi

    Dalğalara yalvarmaqdan bezmişəm,

    Hönkürməkdən, ağlamaqdan bezmişəm,

    Səndən ayrı yaşamaqdan bezmişəm,

    El-obadan bezmək olmur, əzizim

                                   Vahid ƏZİZ,

                                     Xalq şair

    Müəllif: Redaktor, 11:13

İsmarıclar bağlıdır.