Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 iyun 2020-ci il tarixli, 2075 nömrəli Sərəncamına uyğun olaraq Tərtər rayonunun Xoruzlu kəndində 432 şagird yerlik tam orta məktəbin tikintisinə başlanılıb. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Xoruzlu kəndində məktəbin tikinti işləri ilə yerində tanış olub, müvafiq tövsiyələrini verib.
Artıq yeni məktəbin bünövrəsi tökülüb, izolyasiya olunub, hazırda hörgü işləri aparılır.
Məktəbin həyətində hər birinin 150 kubmetr tutumu olan 2 ədəd su anbarının bünövrəsi də tökülüb. İndi isə 120 metr uzunluğunda məktəbin hasarının bünövrəsi tökülür.
Yeni məktəbin tikintisi müəllim və şagirdləri, valideynləri ürəkdən sevindirib. Onlar Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya kənd sakinlərinə, təhsilə göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.