ƏLİ QURBANOV
Qurbanov Əli Əkbər oğlu 1964-cü ildə Kəlbəcər rayonunun Babaşlar kəndində anadan olub.
1981-ci ildə orta təhsilini başa vurub. 1981-1986-cı illərdə Xalq Təsərrüfatı İnstitutunda ali təhsilə yiyələnib.
31 ildir ki, Tərtər rayonunun Bəyimsarov kəndinin icra nümayəndəliyində çalışır. Ailəlidir, 2 övladı var.
DAĞLAR
Ömur kecdi bir an kimi,
Necə doldum yaşa, dağlar? Yazdan, yaydan kam almadım, Nə tez çatdım qışa, dağlar? |
Əli, yar bildin qibləni,
Məni yıxdı hicran qəmi. Olmadın könül həmdəmi, Mən gedirəm, yaşa, dağlar! |
Qəlbim sevinclə dolmamış, Sevgidən ilham almamış, Yar qəlbinə yol salmamış Bəla gəldi başa, dağlar. |
|
Yeni ismarıclar