Tərtər ədəbi ictimaiyyətinə ağır itki üz verib. Tanınmış yazıçı-publisist, şair, folklorçu, “Aşıq Pəri” məclisinin və “Tərtərin səsi” ədəbi birliyinin üzvü olmuş, təcrübəli pedoqoq Nubar Əsəd qızı Mədətova vəfat edib.
Nubar Əsəd qızı Mədətova 1 yanvar 1933-cü ildə Ağdam rayonunun Baş Qərvənd kəndində anadan olub. Onun uşaqlığı Böyük Vətən müharibəsi illərinə təsadüf edib. Atası Əsəd kişi kolxozda sıravi işdə çalışır, ailənin ehtiyaclarını çətinliklə qarşılayırdı.
Beşinci sinifdən etibarən Nubar Mədətli təhsilini Ağdam şəhərindəki 1 saylı internat məktəbində davam etdirib. 1949-cı ildə o, ikillik Müəllimlər İnstitutuna daxil olub. İnstitutu bitirdikdən sonra təyinatla Tərtər rayonunun Hüsənli kəndinə göndərilib. Nubar Mədətova burada gələcək həyat yoldaşı Məcidlə tanış olur onunla ailə qurur. Həyat yoldaşı ilə birlikdə 1951-ci ildən rayonun Azadqaraqoyunlu kəndində yaşamağa və birlikdə kənd məktəbində işləməyə başlayıblar. İşləyə-işləyə təhsilini Xankəndində yerləşən pedoqoji institutda davam etdirib.
Nubar Mədətova işlədiyi müddətdə ictimai fəalığı ilə həmişə seçilib. O, qabaqcıl müəllim kimi 1963-cü ildə partiya sıralarına qəbul edilib və uzun müddət məktəb ilk partiya təşkilatının katibi işləyib. 25 illik pedoqoji fəaliyyəti dövründə əvvəlcə müəllim, sonra isə tərbiyə işləri üzrə direktor müavini kimi Daha ətraflı »
-
08OktDigər NUBAR ƏSƏD QIZI MƏDƏTOVA üçün şərhlər bağlıdır
-
08OktDigər Müdrik kəlamlar üçün şərhlər bağlıdır
ƏDALƏT HAQQINDA
“Qanunilik və ədalətlilik eyni şeylərdir.”
SOKRAT
“Ədalətli insan haqsızlıq etməyən deyil, ədalətsiz olmaq imkanı olduğu halda, ədalətsiz olmaq istəməyən biridir.”
MENANDER
“Ədalət dəyərli insanların sahib olduqları ən şərəfli tacdır.”
MARK TULLİ SİSERON
“Kainatın ruhu həqiqətdir.”
İBN SİNA
“Gücün kimin tərəfində olması vacib deyil; vacib olan haqqın kimin tərəfində olmasıdır. “
V. HÜQO
“Ədalətli bir şəkildə həll olunana qədər heç bir şey tamamilə həll edilmir.”
ABRAHAM LİNKOLN
“Ədalət ancaq həqiqətdən, səadət ancaq ədalətdən əmələ gələ bilər.”
ANATOLE FRANCE
“Buraxın ədalət yerini tapsın, istərsə qiyamət qopsun.”
ZİQMUND FREYD -
08OktDigər AZƏRBAYCAN QALİB TƏRƏF OLARAQ SÜLHÜN TƏFƏRRÜATLARINI MÜƏYYƏN ETMƏYƏ VƏ DANIŞIQLARIN APARILMASINA HAZIRDIR. üçün şərhlər bağlıdır
Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə verdiyi müsahibə zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla istənilən zaman danışıqlara hazır olduğunu bildirmişdir.Qeyd etmişdir ki, Azərbaycanla Ermənistan arasında danışıqlar və təmaslar artıq başlamışdır. Azərbaycan, Ermənistan və Rusiyanın Baş nazirlərinin müavinləri səviyyəsində əməkdaşlığın formatı mövcuddur və bu format kommunikasiyaların açılması məsələsinə həsr olunub. Eyni zamanda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutub və bu görüş konstruktiv olmuşdur. Azərbaycanın mövqeyi müharibə bitəndən sonra dəyişməz olaraq qalır. Azərbaycan Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq Daha ətraflı »
-
06OktDigər MİLLƏTİN MƏHƏBBƏTİNİ QAZANMIŞ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ YADDAŞINDA QURUCU VƏ XİLASKAR DÖVLƏT XADİMİ KİMİ ƏBƏDİ YAŞAYACAQDIR. üçün şərhlər bağlıdır
Çoxəsrlik dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının tarixində misilsiz xidmətləri olan şəxsiyyətlər, görkəmli dövlət xadimləri zaman-zaman böyük işləri və əməlləri ilə milli yaddaşımızda silinməz iz buraxmışlar. Belə tarixi şəxsiyyətlərin içərisində müstəqil Azərbaycanın qurucusu və memarı, xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin şəxsiyyəti, onun uzaqgörən və titanik idarəçilik fəaliyyəti müstəsna yer tutur.Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Daha ətraflı »
-
06OktDigər CƏBRAYIL RAYONU 27 İLDƏN SONRA DÜŞMƏN İŞĞALINDAN AZAD EDİLDİ. üçün şərhlər bağlıdır
2016-cı il Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Bununlada Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı.Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır. Oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan işğalından azad edilməsinin 1-ci ildönümüdür.
Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir. Daha ətraflı »
-
02OktDigər ÖZ HƏLLİNİ TAPMIŞ MÜNAQİŞƏ İLƏ BAĞLI SİYASİ MANİPULYASİYALAR YOLVERİLMƏZDİR üçün şərhlər bağlıdır
Prezident İlham Əliyev 2021-ci il 28 sentyabr tarixində “France-24” televiziya kanalına müsahibə vermişdir. Müsahibə əsasən Ermənistan-Azərbaycan münaqişəsinin həllini tapması və gələcəkdə regionda sülhün bərqərar olması kimi müddəalarla yadda qaldı. Fransa jurnalistinin qərəzli suallarına cənab Prezident adekvat cavablar verərək bir daha informasiya cəbhəsində haqq səsimizi beynəlxalq aləmə çatdırdı.Ölkə başçısı bildirdi ki, müharibə artıq bitib, münaqişə öz ədalətli həllini tapıb və sülh və regionun inkişafı naminə Azərbaycan danışıqların aparılmasına hazırdır. Azərbaycan artıq bir neçə dəfə açıq şəkildə Ermənistanla dialoqa başlamağa hazır olduğunu bildirib. Söhbət təkcə dialoqun başlanılmasından getmir, eyni zamanda, Azərbaycan və Ermənistan arasında gələcək sülh razılaşmasının üzərində aparılacaq işdən də gedir. Daha ətraflı »
-
30SenHərbi vətənpərvərlik 27 Sentyabr- Anım Günü üçün şərhlər bağlıdır
TARİXİMİZİN YENİ ZƏFƏR SƏHİFƏSİ


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.
Silahlı Qüvvələrimizdən söz düşmüşkən, bir məqamı xüsusi vurğulamaq istərdik. Belə ki, Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.
Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu faktiki olaraq iflic vəziyyətinə gətirdi. Müasir texnoloji silahlar Silahlı Qüvvələrimizin güc alətlərindən yalnız biri idi. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Daha ətraflı » -
30SenXəbərlər TÜRKİYƏNİN BAŞ KONSULU TƏRTƏRDƏ üçün şərhlər bağlıdır
Səfər çərçivəsində qonaq Tərtər rayon İcra Hakimiyyətinin İnzibati binasında Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb. Rayon rəhbəri konsula rayon haqqında məlumat verməzdən öncə Ulu Öndərin “Azərbaycan ilə Türkiyənin bir millət, iki dövlət olması” fikrini dilə gətirdi.
Sonra rayon rəhbəri bildirdi ki, müharibənin vurduğu ciddi ziyanlara baxmayaraq Tərtər rayonu günü-gündən böyüyür, gözəlləşir, rayonda geniş tikinti-abadlıq işləri aparılır, yeni binalar, sosial obyektlər tikilir. Yaşıllıq zolaqları salınır, yollar çəkilir.
Sonra konsul hər iki dövləti bir-birinə bağlayan dostluq və qardaşlıq münasibətlərindən danışdı. Səmimi qəbula və ətraflı məlumata görə öz minnətdarlığını ifadə etdi.
Baş Konsul Tərtər rayon Tarix-diyarşünaslıq müzeyinə baş çəkib. İcra başçısı muzeydə Nuru Paşanın 1918-ci ildə Tərtərə gəlməsindən və onun burda təmtəraqla qarşılanmasından, sonra Tərtər rayonunda yerləşən 24 tarixi abidənin 1-i olan dünya əhəmiyyətli Bor-sunlu kurqanlarından danı-şıb. Görüş səmimi və yaddaqalan keçib. Daha ətraflı » -
30SenXəbərlər FAKTARAŞDIRICI MİSSYA DAVAM EDİR üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti ilə ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) prezidentinin rəhbərlik etdiyi və Assosiasiyanın Baş katibi müşavirinin iştirakı ilə nümayəndə heyəti Tərtər rayonunda olub. Qonaqlar əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Nümayəndə heyəti Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən ən çox atəşə məruz qalan Tərtərdə faktaraşdırıcı missiya həyata keçirib.
Səfər zamanı Tərtərdə Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalmış yaşayış evinə və rayona atılmış qadağan edilmiş raketlərin qalıqlarına baxış keçirilib.
Nümayəndə heyəti sonra ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən “Marağa-150” abidəsi ilə tanış olublar. Bildirilib ki, ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə Daha ətraflı » -
30SenXəbərlər ANIM GÜNÜ MÜNASİBƏTİ İLƏ ŞƏHİD MƏZARLARI ZİYARƏT OLUNDU üçün şərhlər bağlıdır


Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2020-ci il tarixli “Anım gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən hər il 27 sentyabrın anım günü kimi qeyd edilməsi qərara alınmışdır. Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtər şəhərində və royonun kəndlərində şəhidlərimizin məzarlarını ziyarət etmiş, onların xatirəsini dərin hörmət və ehtiramla yad edərək, məzarları önünə gül dəstələri düzüb.
Sonra rayon rəhbəri şəhid ailələrində olub, onların problemləri, qayğıları ilə maraqlanıb.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.


Yeni ismarıclar