20İyl
BİR OCAĞIN İSTİSİ
Başı bəlalar çəkən doğma Tərtərim! Nə yaxşı ki qoynunda həmişə mərd insanların olub. Onlar adlarını tarixə yazıb. Hər dövrünün yaddaşlara həkk olunmuş oğlu, qızı olub, doğma Tərtərim. Onlar sənin övladlarındır, səndən bəhrələnib, sənə güvənib qol-qanad açıblar. Məhs tərtərli adı ilə qü-rurlanıblar, sənin tarixində iz qoyaraq, adı-nı yaşadıblar. Bu dünən də belə idi, bu gün də belədir, sabah da belə olacaq, mənim doğma rayonum!
Hər dəfə belə övladlarının həyatından bəhs edib, nəsə yazanda mən də qürur du-yuram. Nə yaxşı ki, sənin övladın olaraq qoynunda böyüyüb boy atmışam mənim doğma, mərd Tərtərim!
Bu gün də sənin tarixində izi qalan insanlardan söz açacağam. Bunun üçün bir ailənin qonağı olub, saçını illərin sınağında ağartmış, gözlərinin nurunu şagirdlərinə vermiş, ömrünü zərrə-zərrə doğma rayonunun övladlarının savadlanmasına həsr etmiş bir qadın, qayğıkeş ana, nəvələrinin nağıl dünyası, yetirmələrinin dilində unu-dulmayaraq hər an xatırlanan Validə müəllimlə söhbət edirəm.
Məqsədim təkcə onun özündən yazmaq deyil. Bu, mülayim sifətli insanın xatirələrində həm dünəni, həm bu günü, həm də sabahı Daha ətraflı »
20İyl
YURD HƏSRƏTLİ MÜƏLLİM
1993-cü ilin iyun-iyul aylarında Gəncə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verdi. Ağdam üzərinə edilən birinci hücum nəticəsiz qaldı, ermənilər qüvvəni Ağdərə istiqamətində cəmləşdirdi, iyun ayının 26-da Ağdərə düşmən əlinə keçdi. Bunun ardınca ermənilərin iki ordu korpusu Ağdərə istiqamətində əməliyyata başladı. 600 minlik erməni-rus ordusuna qarşı əsasən könüllülərdən ibarət və düşməndən sayca az olan Azərbaycanın döyüşçüləri dururdu.
42 gün davam edən döyüş Ağdamın işğalı ilə sona çatdı. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, bir şəhəri 80 kəndi işğal olundu. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşayır. 90 kəndi, 38 kolxozu, 12 sənaye mərkəzi, 74 məktəbi, 271 mədəniyyət evi, 67 idarə və 99 klubu düşmən əlinə keçdi. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq vətəndaş şəhid oldu. Məcburi köçkün düşən Ağdamlılar Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşdı. Bu işğal nəticəsində ölkəyə ümumilikdə 6 milyard 179 milyon dollar məbləğində ziyan dəydi.
Daha ətraflı »
20İyl
Elə insanlar var ki, onlar öz əməlləri ilə tarixin bir səhifəsinə çevrilir, yaddaşlara həkk olunurlar, yaşadıqları zamandan sonra da xatırlanırlar. Belə insanlardan birinin sorağı ilə onun yaxınlarının görüşünə yollandım. Bir zamanlar göz həkimi Rübabə adlı qadının səsi-sorağı nəinki rayonumuzda hətta ətraf rayonlara da yayılmış, adı sakinlərin dilindən düşməmişdir. Ağrı-acı içində onun yanına üz tutanların sayı gündən-günə artırdı.
Göz həkimi Rübabə Vəiyeva kimiydi? Bu barədə onun ata evində yaşayan bacısının gəlini Rəmziyyə və nəvəsi Elşadla söhbət et-dik. Mən həmin günədək Rəmziyyə xanımı Rübabə həkimin gəlini kimi tanımışdım. Rəmziyyə xanım düşdüyü ocağın böyükləri haqqında fəxrlə danışdı və dedi ki, mən qürur duyuram belə insanların gəlini olmuşam, bu ailə əsl ziyalı ailəsi idi. Daha ətraflı »
20İyl
Dünyanı bürümüş karo-navirus pandemiyası bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də bir sıra çətinliklərin yaranmasına öz təsirini göstərir. Lakin onlayn dərslərin keçirilməsi bu çətinliklərin qarşısını qismən aldı, təhsilin davam etdirilməsinə kömək oldu. Bunun nəticəsini keçirilən olimpiadalarda, respublika fənn yarışmalarında görmək olur.
Mamırlı kənd tam orta məktəbinin şagirdi Murad Qarayevin Respublika fənn olimpiadasında qazandığı uğur təkcə həmin məktəbin uğuru deyildir. Əlbətdə, burada həm də müəllim–şagird birgə zəhmətinin nəticəsi vardır. Fənn müəllimi Səbuhi Kərimovun altıncı sinifdən şagirdinə coğrafiya fənnini sevdirməsi pedaqoji təcrübənin
yerində olmasından xəbər verir. Məhz bunun nəticəsi məktəbin, ailənin, bütünlükdə bir təhsil ocağının və sonda rayonun müvəffəqiyyətinə səbəb olur.
Qazanılmış “Diplom” və bürünc medal münasibə-tilə Səbuhi Kərimovu və onun şagirdi Murad Qarayevi təbrik edib, hər birinə gələcəkdə daha böyük uğurlar arzulayırıq!
Ülviyyə Akif qızı
20İyl
PAMBIQ
Kənd təsərrüfatının mühüm sahələrindən birinə çevrilən pambıqçılığın inkişafı gündən-günə həm ölkəyə layiqli gəlir gətirir, həm də bu sahədə çalışanların maddi-rifah halının yaxşılaşdırılmasında mühüm rol oynayır. Buna görə də son illər unudulan bu sahənin inkişafına diqqət artırılaraq pambıqçılığın əvvəlki şöhrətinin yenidən özünə qaytarılması məqsədi ilə müəyyən işlər aparılır.
Tərtər pambıqçıları da bu sahədə öz üzərlərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Bu il pambıq-çılarımız 2981 hektarda səpin aparmışlar. Tarlalarda normal bitiş alınıb. Hazırda pambıq sahələrində becərmə işləri mütəşəkkilliklə davam etdirilir, vegetasiya suvarılması aparılır, ziyanverici və həşaratlara qarşı mübarizə tədbirləri həyata keçirilir. Rayonumuzun “ağ qızıl” sahələrində çalışan zəhmət adamları bol və keyfiyyətli məhsul götürmək üçün qüvvə və bacarıqlarını əsirgəmirlər. Yüksək və keyfiyyətli məhsul götürmək pambıqçılarımızın ümdə vəzifəsidir.
20İyl
TAXIL
Qeyri-neft sektorunu inkişaf etdirmək məqsədilə taxılçılarımız ildən-ilə əkin sahələrini artıraraq bol məhsul əldə olunmasına çalışırlar. Bu il taxılçılarımız bu sahədən daha çox məhsul götürməyi qarşılarına məqsəd qoydular. Torpağı sevən və ona ürəkdən bağlanan insanlar yaxşı bilirlər ki, təsərrüfat işləri ilə məşğul olmaqla güzaranlarını daha da yaxşılaşdıra bilərlər. Odur ki, bu il fermerlərimiz 10599 hektarda taxıl əkmişlər.
Artıq zəmilərdə biçin başa çatıb. Sahələrdən 42056,1 ton məhsul götürülmüşdür. Bunun 6056,9 hektarı buğda əkini, 4542,9 hektarı isə arpa əkini sahələri olub. Götürülən məhsulun isə 25620 tonu buğda, 16436,1 tonu arpadır. Hər hektardan məhsuldarlıq buğda üzrə 42,3 sentner, arpa üzrə 36,2 sentner, ümumi məhsuldarlıq isə 39,7 sentner olmuşdur.
20İyl
QARĞIDALI
Bu il fermerlərimiz yem bazasının möhkəmləndiril-məsi məqsədi ilə 400 hektara yaxın ərazidə qarğıdalı əkilməsini planlaşdırıblar. Artıq 315 hektarda şum aparılıb. 295 hektarda isə dənlik və silosluq məqsədilə səpin keçirilib. Qarğıdalı səpini davam etdirilir.
18İyl
Öz faşist xislətlərinə uyğun olaraq yenidən Azərbaycan torpaqlarını qəsb etmək istəyən erməni irticaçılarının çirkin niyyətləri həmişəki kimi gözlərində qaldı. 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz istiqamətindəki sərhəd ərazilərinə xaincəsinə basqınından və ordumuzun düşmənə layiqli cavabından sonra Azərbaycanda əsl Ali Baş Komandan-xalq, ön və arxa cəbhə birliyi, vəhdəti yaşanır. Siyasi baxışlarından, yaşından, statusundan, məşğuliyyət növündən, cinsindən asılı olmayaraq Azərbaycan vətəndaşları ağır pandemiyanın törətdiyi çətinlikləri və məhrumiyyətləri unudaraq, mənfur düşmənin növbəti dəfə Vətən torpaqlarına göz dikdiyi zaman bir nəfər kimi Ali Baş Komandana, Silahlı Qüvvələrimizə dəstəklərini ifadə etmişlər.
Ölkə ərazisində fəaliyyət göstərən siyasi partiyalar da bu prosesdən geri qalmamışlar, praktiki olaraq Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq müxtəlif proqramı, platforması, fərqli məqsədi və məramı olan siyasi partiyalar iqtidar partiyası ilə olan fikir ayrılığını, məsələlərə müxtəlif yanaşma tərzini bir yana qoyaraq, həmrəylik nümayiş etdirmiş və Ali Baş Komandanın yanında olduqlarını bəyan etmişlər. Daha ətraflı »
17İyl
Ermənistan silahlı qüvvələri həmişə olduğu kimi yenə də heç bir beynəlxalq qaydaya əməl etmədən Azərbaycan ərazisinə növbəti dəfə təcavüz etmiş, vandalizm və barbarlıq aktları törətmişlər. Bunun nəticəsində Azərbaycan ordusu şəhidlər vermiş, mülki əhali arasında tələfat olmuş, evlər, həyətlər dağıdılmışdırş
Bu məsələlərə prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan nitqində aydınlıq gətirmişdir. Qeyd etmişdir ki, iyulun 12-də erməni silahlı qüvvələri Azərbaycan mövqelərinə artilleriya atəşi ilə zərbə endirmişlər və bu gözlənilməz zərbə nəticəsində bizim hərbçilərimiz həlak olmuş, yaralanmışlar. Ermənistan bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etmişdir. Bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz yoxdur.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbçilərimizin intiqamı alınmış, onların qanı yerdə qalmamış və düşmənə elə bir zərbə endirilmişdir ki, uzun illər bundan sonra da yaddan çıxarmayacaqlar. Daha ətraflı »
14İyl
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi tarixi hadisə kimi qiymətləndirilməlidir.
BMT-yə üzv olan 193 ölkədən 130-nun Azərbaycanın, onun Prezidentinin təşəbbüsünü dəstəkləməsi tarixi hadisədir. Bu təşəbbüsün dəstəklənməsi dünya miqyaslı hadisə kimi qiymətləndirilməlidir. Çünki cənab Prezidentin təşəbbüsünün hər bir ölkə üçün böyük faydası var. Ona görə də, bu təşəbbüs müzakirə obyekti deyil. Müzakirə mövzusu odur ki, bu təşəbbüs Azərbaycan və onun Prezidenti tərəfindən irəli sürülüb.
Sual oluna bilər ki, bu təşəbbüsü başqa ölkələr də edə bilməzdimi? Axı böyük dövlətlər, BMT Təhlükəsizlik Şurasının üzvləri, inkişaf etmiş ölkələr var… Bütün bunları təhlil edərək təəssüflə qeyd etməliyik ki, beynəlxalq təşkilatlarda böhran, ölkələrdə özünə qapanma var. Dünyanın faciəsi ondadır ki, xüsusilə böyük dövlətlər öz maraqlarını düşünməyə çalışır. Bəzi ölkələrin də eqoizmi buna imkan vermir. Yəni onlar hansısa ölkənin təşəbbüslərlə çıxış etmələrindən qıcıqlanırlar. Belə bir zamanda Azərbaycan Prezidentinin təşəbbüsü çox faydalıdır. Çünki Azərbaycanın siyasəti və bu təşəbbüsü nəticəsində bir sıra ölkələr öz aralarında rəqabəti kənara qoyub əməkdaşlıq edirlər. Daha ətraflı »
Yeni ismarıclar