Yeni Azərbaycan Partiyası (YAP) Tərtər Rayon Təşkilatı 44 günlük Vətən müharibəsində şəhid olanların ailələri ilə görüşlərini davam etdirir.
Bu günlərdə YAP Rayon Təşkilatının üzvləri Vətən müharibəsi şəhidi İsaxlı Anar Rəsul oğlunun doğum günü ilə əlaqədar onun ailəsini ziyarət ediblər. Görüş zamanı Azərbaycan ordusunun 44 günlük müharibədə şücaətindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbədən, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışılıb.
Həmçinin bildirilib ki, Tərtər rayon Cəmilli kənd sakini Anar İsaxlı 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğ-runda gedən döyüşlərdə iştirak edib. Düşmənin artilleriya atəşi nəticəsində həlak olub. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
YAP fəalları şəhidin ailəsinin problemləri ilə maraqlanılıb və köməkliklər göstəriblər.
Şəhid Anar İsaxlının doğum günü ilə əlaqədar onun məzarı ziyarət olunaraq ruhuna dualar oxunub.
-
10İyn
Müəllif: Redaktor, 12:15