Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 2021-ci il 9 oktyabr tarixində Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Hadrut əməliyyatının əhəmiyyəti barədə söhbətini davam etdirərkən söyləyib ki. , hərbi nöqteyi-nəzərdən Hadrutu götürmək doğrudan da çox böyük fədakarlıq və peşəkarlıq tələb edirdi: “Biz bu əməliyyatı keçirməklə öz gücümüzü bir daha Ermənistana və bütün dünyaya göstərdik. Göstərdik ki, heç kim və heç nə bizim qabağımızda dura bilməz, nəyin bahasına olursa-olsun, biz bütün torpaqlarımızı azad edəcəyik”. Hadrutun strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətini vurğulayan dövlətimizin başçısı deyib: “Qəsəbə ətrafında yerləşən təpələr böyük əraziyə nəzarət etməyə imkan verir və Hadrutu götürmək hərbi nöqteyi-nəzərdən çox çətin idi. Eyni zamanda, Hadrutu götürməklə bizim gələcək planlarımız üçün yeni imkanlar açıldı”. Daha ətraflı »


Məlum olduğu kimi hal-hazırda ölkəmizdə və dünyada koronavirus (COVID-19) epidemiyası ilə mübarizə tədbirləri davam etməkdədir və ölkə ərazisində yarada biləcək təhlükənin qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin intensivləşdirilməsi və effektivliyinin yüksəldilməsi gündəmdədir.
Bildiyimiz kimi 20-ci əsrin əvvəllərində Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. 1991-ci ilin oktyabırın 18-də Ali Sovetin sessiyasında dövlət müstəqilliyi haqqında Konistitutsiya aktı qəbul edildi. Ölkəmizin müstəqilliyi ilk olaraq qardaş Türkiyə Respublikası tərəfindən tanındı. Sonralar Rumıniya, Pakistan, İsveçrə, İran, ABŞ, Rusiya kimi dövlətlər dövlət müstəqilliyimizi tanıdılar. Eyni zamanda 1992-ci ilin mart ayının 2-də Azərbaycan müstəqil bir dövlət olaraq BMT-yə üzv qəbul edildi.
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmdə əməliyyatı ilə rəşadətli ordumuz düşmənə ilk gündən başlayaraq ağır zərbələr vuraraq, öz torpaqlarını erməni təcavüzündən azad etdi.
Prezident İlham Əliyevin 2003-cü il 15 oktyabr tarixində ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən artıq 18 il keçir…
Ölkə başçısı azad olunmuş bölgələrə səfərlərində olduğu kimi, Cəbrayılda da bir çox layihələrin, o cümlədən Memorial Kompleksinin və Cəbrayıl şəhərinin bərpasının təməllərinin qoyulmasında iştirak edib. Prezident İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə 2021-ci il 4 oktyabr tarixində keçirdiyi görüşdəki çıxışı bu dəfə də maraqlı dairələrə siyasi mesajlarla yadda qaldı: “Müharibə bitdi, Azərbaycan xalqı qalib gəldi və yeni reallıq yaratdı. Hər kəs bu reallıqla hesablaşmalıdır. Biz imkan vermərik Ermənistanda yenə də bizə qarşı hansısa təxribat hazırlansın. Bizim legitim hüququmuzdur, əgər təhlükə görsək, əgər təhlükənin kiçik bir təzahürünü görsək, biz lazımi addımı atacağıq və heç kim bizi dayandıra bilməz, heç kim bizim qabağımızda dura bilməz”.
Suqovuşan 3 oktyabr 2020-ci il, Azərbaycan silahlı qüvvələri tərəfindən işğaldan azad olundu. Həmin gün Azərbaycan tarixinə qələbə sevinci ilə yazıldı. Şanlı Azərbaycan bayrağı kənddə ucaldıldı. Bu şad xəbəri xalqa Cənab Prezident İlham Əliyev çatdırdı. Azərbaycan xalqı bu qələbə xəbərinə sevindi, bayram etdi. Zəfər tariximizin ən gözəl gününə çevrildi. Suqovuşan qəsəbəsi əvvəllər Ağdərə rayonun inzibati ərazisinə aid olub. 1992-ci ildə Ağdərə ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Suqovuşan qəsəbəsi isə Tərtər rayonuna birləşdirilib.




Yeni ismarıclar