Tədbir iştirakçıları əvvəlcə rayonun mərkəzi meydanında Ulu Öndərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək, önünə tər gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz hörmət və ehtıramını, ümümxalq məhəbbətini nümayiş etdiriblər. Heydər Əliyev Mərkəzində isə dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Tərtər rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayon ərazisində ağacəkmə aksiyası da keçirilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun, idarə, müəssə, təşkilatların kollektivlərinin, könüllülərin iştirak etdiyi aksiyada “Tərtər-Bərdə”, “Tərtər-Ağdam”, “Tərtər-Gəncə”, “Tərtər-Şıxarx” avtomobil yollarının kənarına və Heydər Əliyev prospektinə 2000-ə yaxın Eldar şamı, çinar, sərv, göyrüş, söyüd, müxtəlif növ meyvə ağacları, 5000 həmişəyaşıl təkgöz və gül kolları əkilib.