Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,939
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31İyl
    Digər YAP rayon təşkilatı yaranmasının 32-ci ildönümü üçün şərhlər bağlıdır

    PARTİYA ÜZVLƏRİ HƏMİŞƏ ÖNDƏDİRLƏR

    Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP Tərtər Rayon Təşkilatının yaranmasının 32–ci ildönümü münasibəti ilə tədbir keçirilib.
    Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, idarə, müəssisə, təşkilat rəhbərləri, İƏD üzrə nümayəndələr, ərazi partiya təşkilatı sədrləri, partiya veteranları və fəalları iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Mərkəzi Meydanda ucaldılmış abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
    Sonra tədbir YAP rayon təşkilatının inzibati binasında davam etdirilib.
    Əvvəlcə Dövlət himni səsləndirilib, sonra Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın su-verenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin və dünyasını dəyişmiş YAP üzvlərinin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
    Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon təşkila-tının üzvlərini səmimi qəlbdən təbrik edərək, onlara işlərində uğurlar arzulayıb.
    Rayon rəhbəri Azərbaycan xalqının ən ağır, taleyüklü dövründə Ümummilli Lider Heydər Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının təsis edilməsindən və cəmiyyətin aparıcı, intellektual, vətənpərvər kəsiminin YAP-ın sıralarında birləşməsindən, Ulu Öndərin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən geniş bəhs edib.
    Bildirib ki, Yeni Azərbaycan Partiyasının ölkəmiz üçün çətin tarixi dövrdə yaranması heç kim üçün sirr deyil. Keçən 32 il ərzində partiyanın bugünkü inkişafının böyük səylərin, qətiyyətin nəticəsi olduğunu böyük əminliklə qeyd edə bilərik. Partiya sıralarında bütün kateqoriyadan olan insanların təmsil olunması isə onu deməyə əsas verir ki, YAP xalqın partiyasıdır.
    İcra başçısı o dövrdəki ictimai-siyasi durumdan, Azərbaycanın vətənpərvər və ziyalı insanlarının nicat yolunu Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtmasında gördüklərindən, onların Ulu Öndərə müraciət ünvanlamalarından, müraciəti ünvanlayan məşhur “91-lər”in öz tarixi missiyalarını şərəflə yerinə yetirmələrindən danışıb.
    Bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsindən 7 ay sonra YAP-ın iqtidar partiyasına çevrildiyini, Yeni Azərbaycan Partiyası təsis olunduqdan 8 ay sonra isə – 25 iyul 1993-cü il tarixdə rayonumuzda partiyanın ilk təşkilatı yarandığını qeyd edib. Daha ətraflı »

  • 31İyl
    Digər “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi üçün şərhlər bağlıdır

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü İlham Məmmədov, Qərbi Azərbaycan İcmasının Bərdə rayonu üzrə sədri Fəzair Piriyev, YAP rayon təşkilatının sədri Eldar Əsədov, hüquq mühafizə orqanlarının rəhbərləri, Qərbi Azərbaycandan müxtəlif vaxtlarda deportasiya olunmuş vətəndaşlar, rayonun ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Mərkəzi Meydanda ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
    Sonra təqdimata gələnlər Mədəniyyət Mərkəzinin foyesində Qərbi Azərbaycana həsr olunmuş kitab və fotosərgiyə baxıb, Qərbi Azərbaycan mətbəxi ilə tanış olublar.
    Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
    Sonra “Qərbi Azərbaycan TV”-nin hazırladığı “Qərbi Azərbaycan İrsi” silsilə nəşri ilə bağlı hazırlanmış videoçarx nümayiş olunub.
    Tədbiri açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək nəşrin mövzusunun əhəmiyyəti, məqsədi və aktuallığı barədə danışıb. Bildirib ki, Azərbaycan Respublika-sının Prezidenti İlham Əli-yevin tövsiyəsi ilə Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və qeyri-maddi mədəni irsi, məruz qaldıqları tarixi ədalətsizliklər və cinayətlər, itirdikləri maddi-mənəvi sərvətlər haqqında davamlı tədqiqatlar aparılmaqdadır. Bu istiqamətdə müasir elmi yanaşmalara uyğun yeni fundamental araşdırma – “Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyası nəşr edilməyə başlanılıb. “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların mad-di-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildi seriyanın ilk nəşridir və Azərbaycan, ingilis, rus dillərində nəfis tərtibatla çap edilib. Daha ətraflı »

  • 31İyl
    Milli-mənəvi dəyərlər Jurnalistlərə diqqət və qayğının təzahürü üçün şərhlər bağlıdır

    III Şuşa Qlobal Media Forumundakı çıxışında və Milli Mətbuatımızın 150 illik yubileyi münasibətilə jurnalistlərə ünvanladığı təbrik məktubunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qa-zanıb. Dövlət başçısı bildirib ki, bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir.
    Prezident deyib: “Media deyəndə mən ilk növbədə jurnalistləri nəzərdə tuturam. Çünki medianı nüfuzlu edən məhz əməkdaşlardır, sizin kimi insanlardır, sizin həmkarlarınızdır”.
    Dövlət başçısının media işçilərinə göstərdiyi diqqət və qayğısının təzahürünü bölgə qəzeti olaraq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovdan görürük.
    Nəinki yerli jurnalistlər, ətraf bölgələrin media nümayəndələri də Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovu medianın təəssübkeşi adlandırırlar. O, bu adı media təmsilçilərinə göstərdiyi böyük diqqət və qayğı sayəsində qazanıb. Rayon rəhbərinin təşkilatçılığı ilə keçirilən qəzetimizin 90 illik yubileyi və digər tədbirlər nəinki bizim üçün, bütövlükdə bölgə mətbuatı üçün əsl bayrama çevrilib və yaddaqalan olub.
    Mili Mətbuatımızın 150 illik yubileyi münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun və YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov kollektivimizlə görüşdü. Çay süfrəsi arxasında aparılan səmimi söhbət, təbriklər, hədiyyələr bir daha bizə mənəvi dəstəyin və qayğının nümayişi oldu.

    “YENİ TƏRTƏR”

  • 31İyl
    Təhsil Sevincin arzusu layiqli vətəndaş və xeyirli övlad olmaqdır üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtər şəhər Şikar Şikarov adına 5 saylı tam orta məktəbin qızıl nişana layiq görülmüş məzunu Əliyeva Sevinc Rizvan qızını qəbul edib. Qəbulda rayon təhsil sektorunun müdiri Oktay Sarıkişiyev, məktəbin direktoru Arzu Babayeva və anası Sevda Əliyeva da iştirak ediblər.
    Rayon rəhbəri Sevinc Əlizadəni qazandığı uğura görə səmim-qəlbdən təbrik edib, ona gələcək təhsilində uğurlar arzulayıb və hədiyyə təqdim edib.
    Qeyd edək ki, şəhər Şikar Şikarov adına 5 saylı tam orta məktəbin məzunu Sevinc Əlizadə tam orta təhsili xüsusi nailiyyətlərlə başa vurduğuna görə “Xüsusi nümunəvi attestat”a və qızıl nişana layiq görülüb. O, həmçinin respublika fənn olim-piadası üzrə yüksək nəticəyə görə gümüş medal qazanıb. Qəbul imtahanında isə 684 bal toplayaraq yüksək nəticə əldə edib. Sevincin arzusu layiqli vətəndaş və xeyirli övlad olmaqdır.
    Məzunun anası Sevda Əliyeva onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

     

  • 31İyl
    Xəbərlər Həsənriz kəndinə daha 29 ailə yola salınıb üçün şərhlər bağlıdır

    İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq davam edir. İyulun 24-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Tərtərdən Ağdərənin Həsənriz kəndinə yola salınıb.
    Həsənriz kəndinə bu mərhələdə 29 ailə – 114 nəfər köçürülür. Bu mərhələdəki köç də nəzərə alınmaqla, ümumilikdə Həsənriz kəndinə 159 ailə – 566 nəfər köçürülüb.
    Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

     

  • 31İyl
    Xəbərlər Tərtər çayının sahilində təmizlik aksiyası keçirilib üçün şərhlər bağlıdır

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Tərtər çayının sahilində təmizlik aksiyası keçirilib.
    Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları və Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin kollektivləri aktiv iştirak edib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadov, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı İsrafil Paşayev çıxış edərək bildiriblər ki, tədbirin keçirilməsində məqsəd ölkə ərazisində ətraf mühitin məişət və digər tullantılarla çikləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsidir. O cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirmək nəzərdə tutulur.
    Qeyd olunub ki, bu cür aksiyalar rayon ərazisində mütəmadi olaraq davam etdiriləcəkdir.

     

  • 23İyl
    Milli-mənəvi dəyərlər Tərtərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində milli mətbuatın 150 illik yubileyi münasibəti ilə mətbuat işçiləri ilə görüş keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Konstitusiya və Suverenlik İli” çərçivəsində 22 iyul- Milli Mətbuatın 150 illik yubileyi münasibəti ilə rayon icra hakimiyyətinin inzibati binasında media nümayəndələri ilə görüş keçirib.

    Görüşdə YAP rayon təşkilatının sədri Eldar Əsədov, Qarabağ və Şərqi Zəngəzur bölgəsində fəaliyyət göstərən mətbuat işçiləri iştirak ediblər.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov kütləvi informasiya vasitələrinin nümayəndələrini peşə bayramları münasibəti ilə təbrik edib, onlara uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

    Rayon rəhbəri öz çıxışında əsası 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə Həsən bəy Zərdabi tərəfindən qoyulan milli mətbuatımızın keçdiyi çətin və şərəfli yoldan danışaraq bildirib ki, Milli mətbuatımızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Beləki, Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açdı.

    1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu mətbuatın inkişafına ciddi təkan verdi.

    Mətbuat-cəmiyyət münasibətlərini tənzimləmək məqsədilə Jurnalistlərin I qurultayında Mətbuat Şurasının yaradılması, media sahəsində qanunvericilik bazasının formalaşdırılması və təkmilləşdirilməsi Ümummilli Liderin bu sahəyə diqqətinin bariz nümunələridir.

    Ümummilli Lider Heydər Əliyev jurnalist əməyini daim yüksək qiymətləndirib, jurnalistlərin peşəkarlığının artırılması istiqamətində biri-birindən əhəmiyyətli addımlar atıb, fərman və sərəncamlar imzalayıb. Ümummilli Liderin bu diqqət və qayığsının nəticəsi idi ki, 2002-ci ildə O, “Jurnalistlərin dostu” mükafatına layiq görülüb.

    Rayon rəhbəri qeyd edib ki, bu gün media ictimaiyyəti Ulu Öndər Heydər Əliyevin ölkə mətbuatının inkişafı üçün göstərdiyi tarixi xidmətləri unutmur və hər zaman əziz xatirəsini hörmətlə yad edir. İcra başçısı öz çıxışında ölkə rəhbəri cənab İlham Əliyevin jurnalistlərə göstərdiyi diqqət və qayğını da dilə gətirib, media nümayəndələrinin 44 günlük Vətən müharibəsində göstərdikləri fədakarlıqdan, sözün həqiqi mənasında qələmləri ilə informasiya müharibəsində göstərdikləri şücaətlərindən danışıb. Daha ətraflı »

  • 23İyl
    Milli-mənəvi dəyərlər İcra başçısı milli mətbuatın 150 illik yubileyi münasibəti ilə “Yeni Tərtər” qəzetinin kollektivi ilə görüşüb üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə milli mətbuatın 150 illik yubleyi münasibəti ilə “Yeni Tərtər” qəzetinin redaksiyasında qəzetin kollektivi ilə görüşüb, onları peşə bayramları münasibəti ilə təbrik edib, uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

    Çay süfrəsi arxasında keçən səmimi görüşdə rayon rəhbəri milli mətbuat haqqında yerli medianın nümayəndələri ilə fikir mübadiləsi edib.

    Qeyd olunub ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində özünü göstərib.

    Azərbaycanda söz, fikir, mətbuat azadlığının formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider KİV-nin cəmiyyətdə rolunu yüksək qiymətləndirmiş, bu məsələyə böyük önəm vermişdir. Məhz buna görə də “Jurnalistlərin dostu” olmuşdur. Bu gün isə möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövlət-mətbuat münasibətlərində Heydər Əliyev siyasətini uğurla davam etdirir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində mətbuat orqanlarının maddi-texniki bazası möhkəmləndirilir, jurnalistlərin sosial- iqtisadi, mənzil-məişət şəraitləri yaxşılaşdırılır.

    Rayon rəhbəri Respublika Prezidenti cənab İlham Əliyevin Azərbaycan mətbuatı haqqında bir fikrini vurğulayıb: “Bünövrəsi “Əkinçi” ilə qoyulmuş Milli Mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir”.

    Media işçiləri istər torpaqlarımız işğal altında olanda, istərsə də Vətən müharibəsi zamanı Azərbaycanın haqq səsini bütün dünyaya çatdırıb. Ali Baş Komandanımızın dediyi kimi jurnalistlər vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli tövhələr veriblər.

    Sonra “Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova çıxış edərək, mətbuata dövlət dəstəyindən, müasir mətbuatın vəzifələrindən, mətbuatın cəmiyyətin tərəqqisindəki rolundan danışıb. Media işçilərinə göstərilən diqqət və qayğıya görə respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

    Sonda xatirə şəkilləri çəkilib.

     

     

     

     

     

     

     

     

     

  • 23İyl
    Digər Qarabağ münaqişəsi başa çatandan sonra sabitlik, təhlükəsizlik və inkişaf üçün perspektivlər daha aydın və genişdir üçün şərhlər bağlıdır

    İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış edib. Ölkə başçısı çıxışında bildirib ki, üçüncü dəfədir ki, belə bir mühüm tədbir Qarabağda keçirilir.

    Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Ümid edirəm ki, bu ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, coğrafi əhatə daha da genişlənir. Bütün bunlar bir daha göstərir ki, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var. Söhbət təkcə mediadan deyil, həmçinin qlobal gündəlikdən gedir. Dünyada vəziyyət sürətlə dəyişir. Əgər ötən il Şuşada keçirilmiş Forumdan başlasaq görərik ki, nə qədər çox dəyişikliklər baş verib.

    Əlbəttə ki, ilk növbədə, mətbuat belə tədbirlərə qatılır, bütün hekayələri söyləyir, bu dəyişiklikləri, hadisələri təsvir edir və öz cavabını, rəyini bildirir. Bugünkü görüşü burada, yeni tikilmiş Konqres Mərkəzində, Xankəndinin Zəfər meydanında keçirmək qərarına gəldik. Beləliklə, əminəm ki, bura qonaqlar üçün maraqlı olacaq, yenidənqurma, eləcə də 30 ildən artıq bu yerlərdən didərgin düşmüş insanların qayıtması baxımından ərazilər azad olunandan sonra görülmüş işlərə baxmaq cəlbedici olacaq.

    Cənab prezident qeyd edib ki, ötən il 197 ölkənin iştirakı ilə keçirilmiş COP29 ölkədə ilin tədbiri oldu. Belə bir mühüm iqlim dəyişmələri konfransında bütün dünyada çox böyük auditoriya var idi. Qeydiyyatdan keçmiş 77 min iştirakçı oldu. Qeyd etdiyim kimi, təxminən 200 ölkədən nümayəndə gəlmişdi. Onların sırasında 70 dövlət və hökumət başçısı var idi. Bu, həmin mövzunun əhəmiyyətini aydın şəkildə göstərdi. Həmçinin bir çox insan Bakıya, Azərbaycana ilk dəfə idi ki, səfərə gəlmişdi. Qlobal iqlim gündəliyinə töhfəmizə gəldikdə deyərdim ki, Azərbaycan ekologiyaya hörmətlə yanaşan ölkədir. Biz elektrik enerjisinin istehsalında nə kömürdən, nə də ki, yanacaqdan istifadə edirik. Biz yalnız su və təbii qaz ehtiyatlarından istifadə edirik və bu yaxınlarda Günəş enerjisindən istifadəyə başlamışıq.

    2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələri əsasında biz ən azı 6 giqavatlıq yaşıl enerjini, o cümlədən Günəş, külək və su elektrik enerjisini istehsal edəcəyik. Su elektrik enerjisi Qarabağ və Şərqi Zəngəzurda əsas yer tutur. Biz ümumi 280 meqavat gücündə 30 kiçik su elektrik stansiyasını artıq istismara vermişik. Beləliklə, yaşıl gündəliyimiz həqiqətən çox genişdir. Eyni zamanda, Azərbaycanın mesajı ondan ibarət idi ki, biz həmin məsələyə realist və praqmatik yanaşmalıyıq. Hamımız anlayırıq ki, biz planeti qorumalıyıq. Lakin ətraf mühit böhranına ən çox rəvac verənlər, yəqin ki, bu yükü öz üzərinə götürməlidirlər. Daha ətraflı »

  • 18İyl
    Milli-mənəvi dəyərlər 22 İyul Milli Mətbuat Günüdür üçün şərhlər bağlıdır

    Dövlət maraqlarını həmişə uca tutan Azərbaycan mediası

    Ulu Öndər Heydər Əliyev deyib: “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.”

    Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan mətbuatı 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzetinin bəyan etdiyi prinsipləri rəhbər tutaraq böyük inkişaf yolu keçmişdir.

    “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub.

    Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb.

    1875-ci ildən sonra çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir.

    “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Dəbistan”, “İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq söz” kimi onlarla qəzet və jurnal ötən əsrin əvvəllərində anadilli mətbuatımızın sonrakı tarixini yaratdılar. 1896-cı ildən Həsən bəyin fəal iştirakı və kürəkəni Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə nəşr olunan rusdilli “Kaspi” qəzeti də mövzu və məfkurə baxımından Zərdabi istəklərinin daşıyıcısına çevrildi. Daha ətraflı »