Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,691
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 08May

    01-07 may 2025-ci il tarixlərdə Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Gənclər və İdman İdarəsinin və Qarabağ Regional Təhsil İdarəsinin birgə razılaşdırılmış tədbirlər planına əsasən Tərtər rayonunun ümumtəhsil məktəblərinin X-Xl sinif şagirdlərindən ibarət komandaları arasında minifutbol idman növü üzrə rayon turniri keçirilmişdir. Maraqlı mübarizə şəraitində davam edən yarışa 27 məktəb komandası qatılmışdır.

    Turnirin bağlanış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Anar Əsgərov, Qarabağ RTİ-nin Tərtər və Ağdərə rayonları üzrə Təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Tərtər rayon komitəsinin sədri Niyaməddin Aslanov və rayonun ümumtəhsil məktəblərinin direktorları iştirak etmişdir.

    Olimpiya sistemi əsasında yekun vurulan yarışda şəhər 5 saylı tam orta məktəbin komandası l yeri, şəhər 1 saylı tam orta məktəbin komandası ll yeri, Qaradağlı kənd tam orta məktəbin komandası isə lll yerin qalibi olmuşdur.

    Yekunda qalib komandalar Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Tərtər rayon komitəsi tərəfindən kubok və toplarla, Qarabağ RGİİ-nin isə diplomları ilə təltif edilmişlər.

     

    Müəllif: Redaktor, 11:19

İsmarıclar bağlıdır.